Icma.az
close
up
RU
Son 140 ilin ən yüksək temperaturu qeydə alındı

Son 140 ilin ən yüksək temperaturu qeydə alındı

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Honkonqda son 140 ildən artıq müddətin temperatur rekordu yenilənib. Şəhərdə 36,9 dərəcə Selsi temperatur qeydə alınıb.

Turkustan.az xəbər verir ki, Honkonq Rəsədxanasının məlumatına görə, bazar günü şəhərin əsas meteoroloji müşahidə məntəqəsində 36,9 dərəcə temperatur qeydə alınıb.

Bu, 1884-cü ildən bəri həmin stansiyada qeydə alınan ən yüksək göstəricidir.

Honkonqda əvvəlki temperatur rekordu 22 avqust 2017-ci ildə, “Hato” tayfununun şəhərə yaxınlaşmasından əvvəl qeydə alınmışdı. Həmin gün temperatur 36,6 dərəcəyə yüksəlmişdi.

Lakin şəhərin bəzi ərazilərində temperatur bundan da yüksək olub. Şimaldakı Şeunq Şui bölgəsində 39,8 dərəcə qeydə alınıb. Bu göstərici 1980-ci illərdə avtomatik meteoroloji stansiyaların fəaliyyətə başlamasından bəri Honkonqda qeydə alınan ən yüksək temperatur hesab olunur.

Meteoroloqlar anomal istiliyin “Delfin” tropik siklonu ilə əlaqəli olduğunu bildirirlər. Siklon Çinin şərq sahillərinə doğru irəlilədikcə, onun yaratdığı hava axınlarının Honkonq və ətraf ərazilərə isti hava gətirdiyi qeyd olunur.

Honkonq Rəsədxanası şəhərdə “Çox isti hava” xəbərdarlığı elan edib. Sakinlərə kifayət qədər su içmək, günəş altında uzun müddət qalmamaq və açıq havada ağır fiziki fəaliyyətlə məşğul olmaqdan çəkinmək tövsiyə olunub.

“Delfin” siklonunun Çinin sıx məskunlaşmış şərq sahillərinə yaxınlaşması bölgədə ciddi tədbirlərə səbəb olub. Siklonla əlaqədar 1000-dən çox uçuş ləğv edilib, bəzi ərazilərdə əhali təxliyə olunub və yüksək səviyyəli hava xəbərdarlıqları verilib.

Siklonun Çjetszyan və ya qonşu Fucyen əyalətinə çatacağı gözlənilir. /Cebheinfo.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Avqust 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri