Icma.az
close
up
RU
Son 24 saat etibarilə Zelenski müharibə boyunca İLK dəfədir bunu edir Deputatdan SENSASİON YAZI

Son 24 saat etibarilə Zelenski müharibə boyunca İLK dəfədir bunu edir Deputatdan SENSASİON YAZI

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Görünən budur ki, Tramp ilə Zelenskinin gərgin atmosferdə keçən görüşü əslində kritikaya deyil, sülhə yol açacaq. Və səbəb də çox sadədir: Bu kuliminasiya nə vaxtsa (mütləq) yaşanmalı, əsəblər maksimum tarıma çəkilməli, ürək və dildəki bütün sözlər deyilməli və...yalnız ondan sonra münasibətlər təbii inersiya qaydasında inkişaf etməli idi.

Əgər diqqət etdinizsə, Zelenski "oval otaq”dan çıxıb öz avtomobilinə əyləşəndən dərhal sonra söhbətin də, məramın da, hadisələrin də istiqaməti 180 dərəcə dəyişdi və onun tərəfindən əvvəlcə "X” platformasında, daha sonra isə rəsmi formatda verilən açıqlamalar əslində prosesin heç də göründüyü və sanıldığı kimi irəliləməyəcəyini təsbit etdi.

Nə baş verir? Ya da verdi?

Məncə, Zelenski bu gərgin müzakirədən sonra sanki qəflət yuxusundan ayıldı və ilk dəfə anladı ki, səbr və müdriklik bir liderin ayıbı yox, üstünlüyüdür. Ona görə, mədəni formada geri addım atdı.

Hadisələr göstərdi ki, Avropanın mərkəz dövlətləri Rusiya və Ukrayna müharibəsinin qızışmasında, daha doğrusu, qızışdırılmasında əsas katalizatordur və Zelenski əgər bu dəfə də onların "tırka”sına getsəydi və Trampa qarşı "oval otaq”da sərgilədiklərini inkişaf etdirsəydi, o zaman özünün də, təmsil etdiyi dövlətin də üzərindən yekə və qara bir xətt çəkəcəkdi! Amma çəkmədi. Düz elədi. Dayandı. Ya da kimsə ona (təbii, kənardan) başa saldı ki, dayanmaq lazımdır.

Tramp aqressiv olsa da, Ukraynanın düşməni deyil. Üstəlik, əminəm ki, Rusiyanın da dostu deyil. O, sadəcə realistdir və ola bilsin kobud formada, fəqət, dürüstcə bunu izah etməyə çalışırdı ki, güc faktoru ilə barışmaq, qırğını dayandırmaq, Avropadakı bəzi vampirlərə güvənməmək və gec olmadan yanlışları düzəltmək lazımdır.

Ukrayna bu müharibədə haqlıdırmı? - Əsas sual, dilemma bax budur! Deyil! Torpaqlarını, ərazi bütövlüyünü tələb etməkdə haqlıdır. Krımla, digər ərazilərlə bağlı ortaya iradə qoymaqda haqlıdır. Hətta müharibə belə eləməkdə haqlıdır - Razıyam. Amma bu şəkildə - yox! Öz gücünü hesablamadan, Baydenə, Consona güvənib ortaya atılaraq – yox! Milyonlarla insanı – heç zaman girmədiyi və girməyəcəyi NATO-nun badına verərək – yox! "Haqqımı qoruyuram” deyən yerdə 118 min kvadratı da itirərək - yox! Qaş düzəltdiyi yerdə göz çıxararaq – yox!

Yəni Ukrayna müharibə eləməkdə haqlıdır! Fəqət, bu şəkildə eləməkdə haqlı deyil. Həm də heç deyil. Onu qəsd edirəm...

Yaxşı, bəs görəsən Avropa niyə qızışıb, özünə "əl qatıb” və Ukrayna məsələsində papadan artıq kotolik olmağa çalışır? Bunun da səbəbləri var. Çünki məlum ssenari – tarixin bütün mərhələlərində "gözəgörünməz” rola sahib olan, "saman altdan su yeridən” Böyük Britaniyaya məxsusdur və onlar da həmin ssenarinin pozulmasını hələm-hələm həzm etməzlər. Çünki Makron kimi dəllallar, dələduzlar Ukraynaya yardım adı ilə büdcədən böyük pullar silirdi və eyni zamanda təbii sərvətdən, əsas da minerallardan bol olan Ukraynanı gələcəkdə sümürməyi planlayırdı – o perspektiv də əldən çıxdı! Çünki, hazırda Trampın özündən "qırdığı” Avropa tamamən çaşqın vəziyyətdədir və ABŞ -a güc göstərməkdə də məqsəd heç də həmin ABŞ-ı yenidən qazanmaq deyil, tam əksi: özünü Çin bazarına daha baha qiymətə təklif etmək və yeni dünya gücünün timsalında himayədar axtarmaqdır.

***

Əlqərəz, kimin əli kimin cibindədir, artıq anlaşılmır. Amma bu məqamda tək bir şeyi əminliklə deyə bilərəm ki, son 24 saat etibarilə Zelenski bəlkə də müharibə boyunca ilk dəfədir, özünü müdrik və adekvat aparır. Belə lazımdır, Volodimir! Müharibəni təcili bitirmək, insan qırğınını saxlamaq və ən nəhayət: arzuladıqlarınla reallığı, gücün çatanla haqq elədiklərini bir-birinə qətiyyən qarışdırmamaq lazımdır...

Qətiyyən və qətiyyən!  

P.S. Yeri gəlmişkən. Hazırda Ukraynadan da, Avropadan da daha çətin durumda bizim radikal müxalifətdir. Çün, gilinc qalıblar. Kimi müdafiə etsinlər deyə. Gah Trampı tərifləyirlər, gah Zelenskini. Gah  "oval otaq”dakı üsyankar çıxışı təqdir edirlər, gah da hər şeyə rəğmən imzalanması gözlənilən ikitərəfli müqaviləni...

Bədbəxt adamlar!

Allahımız verib ki, sizin ağlınızın və proqnozlarınızın ümidinə qalmamışıq.

Yoxsa indi Ukraynadan betər gündə idik.

7news.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Mart 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri