Icma.az
close
up
RU
“Son 5 ildə “Fənərbaxça” da biriki dəfə çempion ola bilərdi”

“Son 5 ildə “Fənərbaxça” da biriki dəfə çempion ola bilərdi”

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

12-ci pillədə qəbul etdiyi “Qalatasaray”ı yenidən dirçəldən, ardıcıl iki çempionluq qazanan və saysız-hesabsız rekordlar qıraraq sanki Fatih Terimin davamçısına çevrilən Okan Buruk “HT Spor” kanalının qonağı olub.

"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis gündəmdə duran məsələlər barədə danışaraq maraqlı açıqlamalar verib.
* “Qalatasaray”ın hazırda səviyyəli heyəti var. Düzdü, bəzən özümüzdən də səviyyəli rəqiblərlə qarşılaşırıq. Məsələn, “Bavariya” kimi rəqiblə oyunda səviyyə fərqini aradan qaldırmaq üçün daim onları təzyiqdə saxlamalı və göz açmağa imkan verməməlisən. “Tottenhem”lə qarşılaşmada da bizim üçün ən vacib məqam rəqibin ad-sanından çəkinməmək idi. Ondan öncə “Beşiktaş”a qarşı 4-4-2 sxemi ilə oynamışdıq. Mertensi ehtiyatda saxlamışdıq. Bu dəfə Şallai olmadığı üçün Mertensi də start heyətində oynatdıq. Rəqibin də oyun düzülüşünə baxandan sonra 3-4-1-2-nin bizim üçün daha uyğun olacağını gördük.
* Biz nə qədər öndə oynasaq, bir o qədər yaxşı oynayırıq. Düzdü, bizim ölkədə 3 müdafiəçili sistemdən çox da istifadə olunmur. Bu sistemə soyuq baxırıq. “Fənərbaxça”da bir dönəm Pereyra və Jezuş, “Beşiktaş”da İsmael, Luçesku bu taktikaya üstünlük vermişdi. Biz cinahlarda Barış Alpər Yılmaz və Yunus Akgünlə oynadıqda çox hücumameyilli bir 3-5-2 ortaya çıxır. Torreyra ilə Saranın üzərinə böyük yük düşür, daha çox qaçmaq məcburiyyətində qalırlar. “Tottenhem”lə oyundan öncə 10 günlük boşluğumuz oldu. Həmin müddətdən istifadə edərək 3 müdafiəçili taktikanın üzərində çalışdıq. Adətən, hazırlaşmaq üçün bu qədər imkanımız olmur. Dincəldik və yaxşı çalışaraq oyuna çıxdıq. Bu da öz bəhrəsini verdi.
* Futbolda hər şey çox tez dəyişir. Məsələn, 10 il öncə ilə bu gün arasında çox fərq var. Hər nəsil fərqli yetişir. 30 il öncə başqa, 20 il öncə başqa, 10 il öncə başqa... Hər şeyə çox tez uyğunlaşmaq lazımdı. Komandada 20 fərqli xaraketrə malik futbolçu olur. Onların peşəkarlığından, komandaya bağlılığından çox şey asılıdı. Qvardiola tərzini bəyəndiyim məşqçilərdəndi. Hər dəfə yeni bir şey icad edir. İndi ardıcıl 4 məğlubiyyət yaşayıb. Növbəti oyunda yenə mütləq nəsə bir şey fikirləşəcək...
* Mövsümöncəsi superkubokda “Beşiktaş”a 0:5 uduzmaq bizim üçün çox ağır oldu. Əslində oyundan öncə tam hazır olmadığımızı bilirdim. Yığmanın düşərgəsində olduğu üçün tətildən gec dönən futbolçular komanda ilə cəmi bir həftə məşqə çıxmışdılar. Bütün bunlar azmış kimi, bizim üçün həm də çox şanssız bir matç oldu. Oyun başlayan kimi qol buraxdıq. Sonra sanki biz üstün tərəf kimi görünürdük. Növbəti qolu vurmağa yaxın idik. Amma fasilədən sonra 2-ci, 3-cü qolları buraxdıq, qırmızı vərəqə aldıq və dağıldıq.
* Məşqçi üçün ədalətli davranmaq, təbii ki, önəmlidi. Amma həmişə 100 faiz ədalətli ola bilmirsən. Bir futbolçunu çox yaxşı tanıyısansa, məşqdəki performansı pis olsa belə, ona rəsmi matçda güvənirsən. Çünki rəsmi oyunda necə oynayacağını bilirsən. Amma məşqdə yaxşı, oyunda isə pis oynayan futbolçular var. Belələrinə məşqçini qovduran futbolçular deyirlər.
* Bəzi futbolçular var ki, xüsusi istirahət proqramları olur. Məsələn, biz, adətən, Bafetimbi Qomisə oyundan öncə 2 gün istirahət verirdik. Bazar günü oyun olurdusa, cümə günü son məşqinə çıxırdı. Hətta bəzən həmin gün də çıxmırdı. Dincəlmək istəyirdi. İşin psixoloji tərəfi də var. İkardi bura gəldiyi gündən bəri zədəli halda çox oynadı. Ümumi götürdükdə tam sağlam şəkildə oynadığı matçların sayı zədəli şəkildə oynadığı matçların sayından azdı. Hər dəfə sağalmaq üzrə olarkən yenə zədələnir. Bir zədə özü ilə sanki digərini də gətirir.
* Osimhen mövsümün sonuna qədər bizimlə qalmaq istəyir. İlk gəldiyi gündən bu niyyətini dilə gətirdi və indi də eyni fikirdədi. Bəli, müqaviləsində yanvar üçün bir maddə var. Ona görə də onunla bağlı çox söz-söhbət gəzir. Amma əsas oyunçunun öz istəyidi. Çünki qərar verən futbolçu özüdü. Osimhen isə bizə burda qalacağını söyləyib. Açığı, Qardi (italiyalı menecer – red.) ilk dəfə mənə Osimhenin Türkiyəyə gəlmək ehtimalının olduğunu söyləyəndə inanmadım. Mənə real gəlmədi. “Adana Dəmirspor”la oyundan sonra hava limanındaca Osimhenlə görüntülü danışdım. Sonra məsələni həm transfer komitəmiz, həm də başqan ilə müzakirə etdik. Hər kəs razılıq verdikdən sonra transferi reallaşdırdıq. İlk vaxtlar futbolçular da bunun mümkünlüyünə inanmırdı. Məsələn, Mertens Osimheni gözəl tanıyırdı və bizə “bu, mümkünsüz bir şeydi” dedi. Təbii ki, İkardinin də fikrini öyrəndik. O da “Napoli”nin Osimheni buraxmayacağını söylədi. Amma transfer baş tutandan sonra İkardi başda olmaqla hər kəs sevindi. İkardi üçün komandanın uğuru ön plandadı. Gələn futbolçu komandaya fayda verirsə, qalan şeylər onun üçün problem yaratmır. Osimhenlə ilk görüntülü söhbətimdə onunla İkardini eyni anda oynadacağımı dedim. İkisi də sağlam olduğu vaxt, gördüyünüz kimi, bir yerdə oynatdım. Batşuayi də çox pozitivdi və qısa müddətdə komandaya alışdı. Məşqlərdə yaxşı çalışır və bizə fayda verir. Əsl peşəkardı. Bizə lazım olan profildə futbolçudu. Avropada heç kimdə bu cür hücum “üçlüy”ü yoxdu!
* Hədəflərimiz böyükdü və buna uyğun da oyunçular gətiririk. Ötən mövsüm çempion olduq və Avropada bir qədər də irəliləyə bilərdik. “Sparta” ilə oyunlardan öncə bəzi çətinliklər yaşadıq. Boeni satdıq, Anxelinyonu göndərdik. Cəzalılar, zədəlilər də var idi. Amma ötən mövsümdəki transferlərimizin yanlış olduğunu düşünmürəm. Hər mövqedə iki elit səviyyəli futbolçumuzun olmasını istədik.
* “Fənərbaxça”nın ötən mövsüm İsmayıl Kartal ilə 99 xal toplaması mənə görə çox böyük bir uğurdu. Futbol ictimaiyyətimizdə ikinci olan uğursuz kimi görünür. Amma mən elə düşünmürəm. Hər iki klubun uğurlu mövsüm keçirdiyini düşünürəm. Ondan əvvəlki mövsümdə də çempionluq mübarizəsi, demək olar, son tura qədər davam etdi. Əvvəllər belə deyildi. İndi hər oyunda qalib gəlmək məcburiyyətindəsən. Bu da qələbə faizinin artmasına səbəb olur. Bizim yalnız yayda - mövsümöncəsi toplanışlarda nəticələrimiz ürəkaçan olmur. Çünki tam heyətlə məşq edə bilmirik. Amma bütün oyunçular gələndən sonra nəticələr düzəlməyə başlayır.
* İkardinin zədələnməsi “Rams Park”ın ot örtüyü ilə bağlı deyil. İkardi “Tottenhem”lə oyunda fiziki cəhətdən ən yaxşı səviyyəsində deyildi. Həmin həftə onun üçün çətin keçmişdi. Konkret ot örtüyünü günahlandıra bilmərik. Pressinq etməyə çalışdığı məqamda belə şanssızlıqla üzləşdi. Bizim stadionun quruluşu bir az çətindi. Çox qapalıdı. Amma ləvazimatları yenilədik. İşıq sisteminin gücləndirilməsinə vəsait ayırdıq. Çıxış yolu məhz budu. Cari mövsüm bir andaca xəstəlik gəldi və ot örtüyü pis duruma düşdü. Stadionun işçiləri əllərindən gələni edir. Bu, bir günə düzələn məsələ deyil. Stadionun hava almaması, günəş işığı görməməsi problemlər yaradır. Dediyim kimi, qapalı stadiondu.
* Hər məşqçi kimi, mənim də Avropada çalışmaq hədəfim var. Amma indi mənim üçün ön planda məhz “Qalatasaray”dı. İndi əsas hədəf çempionluq seriyamızı davam etdirməkdi. Həm də çempion olan gələn mövsüm birbaşa ÇL-ə düşəcək. Bu baxımdan da çempionluq önəmlidi. Avropa Liqasında finala qədər irəliləyə bilərik. Ötən mövsüm ÇL-də qrupa iki güclü rəqib düşəndən sonra 3-cü olub AL-ə getməyə çalışırdın. İndi artıq AL-dəsən və üstəlik ÇL-dən də heç bir komanda gəlməyəcək.
* “Roma”dan təklif almışammı? Məşqçilərin çoxu premyer-liqada işləməyə can atır. İtaliyanın mənim üçün üstünlüyü odu ki, italyan dilində danışa bilirəm. Ora da variantlardan biridi. Bu mövzuda heç bir açıqlamam olmayıb. Zatən təklif gəlsə belə, bu dönəmdə “Qalatasaray”dan ayrılmaram. Birbaşa mənim özümlə əlaqə saxlayanlar olub. Amma klubla əlaqə saxlayanların olub-olmadığını bilmirəm.
* Ardıcıl ikinci çempionluqlar hər zaman çətindi. 1996-2000 dönəmində də ikinci çempionluğu çətin qazanmışdıq. İlk dövrədən sonra 9 xal geridəydik. Elə ötən mövsümdəki çempionluq da çətin oldu. Fərq ondadı ki, sadəcə, əvvəlki illərdə xal itkiləri daha çox olurdu. Son 5 mövsümdə 4 fərqli komanda çempion olub. “Fənərbaxça” da bəzi səhvlər etməsə, bu illərdə bir-iki dəfə çempion ola bilərdi. Məsələn, “Beşiktaş”ın çempion olduğu mövsümdə sondan əvvəlki turda evdə “Sivasspor”a uduzdular. Əks təqdirdə son tura lider kimi daxil olacaqdılar. 34, 36, 38 turluq uzun bir marafondan bəhs edirik. Layiq olmayan heç vaxt çempion olmaz. 2-3 oyunluq turnir olsa, bəxtsizlik saymaq olar. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Hakim sənə qarşı bir dəfə səhv edər. Növbəti tur sənin lehinə səhv edər. Bunlar hər komandaya qarşı olur. Ona görə də bilərəkdən kiməsə qarşı nəsə edildiyinə inanmıram. Bu söz-söhbətlər, danışıqlar da əslində futbolun gözəl tərəfidi. Məncə, gözümüzü yumub işimizə köklənməliyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri