Icma.az
close
up
RU
“CƏNUBİ QAFQAZDA YENİ DÖVR BAŞLAYIR” “Proses çoxlu qeyri müəyyənliklərlə müşayiət olunur”

“CƏNUBİ QAFQAZDA YENİ DÖVR BAŞLAYIR” “Proses çoxlu qeyri müəyyənliklərlə müşayiət olunur”

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fərhad Məmmədov: “Əsas məsələ odur ki, siyasi-diplomatik mexanizmlər artıq müəyyən edilib”

“8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin vasitəçiliyi ilə imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması bölgədə tamamilə yeni konfiqurasiyanın əsasını qoyub”.

“AzPolitika” bildirir ki, bunu politoloq Fərhad Məmmədov Cənubi Qafqaz regionunda gedən transformasiya prosesini şərh edərkən bildirib. Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərindən formalaşmış regional düzən artıq etibarlılığını itirib və 44 günlük müharibənin nəticələri Cənubi Qafqaza yeni “opsiyalar” təqdim edib.

“Birinci nəticə – Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır”

Politoloq qeyd edib ki, bu reallıqla ilk olaraq Rusiya 10 noyabr 2020-ci il bəyanatı ilə razılaşıb, daha sonra Avropa İttifaqı və Fransa 7 oktyabr 2022-ci ildə bunu faktiki qəbul edib, ABŞ isə 2025-ci ilin avqustunda təsdiqləyib. Onun fikrincə, ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistanın bu nəticəni tanıması ədalətli yekunun rəsmiləşməsi deməkdir.

“İkinci nəticə – Azərbaycanla Ermənistan arasında sülh”

F. Məmmədov deyib ki, münaqişənin ərazi komponenti artıq paraflanmış sülh sazişinin mətnində həll olunub və Birgə Bəyannamə tərəflərə aydın yol xəritəsi təqdim edir. O bildirib ki, etnik komponentin tam neytrallaşdırılması uzunmüddətli proses olacaq və burada həm hökumətlərin, həm də vətəndaş cəmiyyətinin koordinasiyalı fəaliyyəti vacibdir.

Politoloq əlavə edib ki, sülh sazişinin imzalanması və ratifikasiyası mərhələsində hələ də qeyri-müəyyənlik mövcuddur. O, Ermənistanın parlament seçkilərinin və yeni Konstitusiya üzrə referendumun nəticələrini əsas risk amili kimi göstərib.

“Üçüncü nəticə – Ermənistan–Türkiyə münasibətlərinin normallaşması”

Fərhad Məmmədov vurğulayıb ki, Ankara ilə İrəvan arasında normallaşma prosesi birbaşa Azərbaycan–Ermənistan xəttindəki dinamikanın nəticəsidir. O deyib ki, bu prosesin zamanında baş verəcəyi gözlənilir. Lakin yenə də Ermənistanın seçki və referendum nəticələri, həmçinin xarici aktorların prosesi süni şəkildə sürətləndirməyə cəhd etməsi risk yaradır.

“Dördüncü nəticə – kommunikasiya xətlərinin açılması”

Ekspert bu istiqamətdə qeyri-müəyyənliklərin daha çox olduğunu bildirib:

TRIPP rejiminin Ermənistan və ABŞ tərəfindən təsdiqlənməsi və Azərbaycanla razılaşdırılması;Naxçıvanda dəmir yolunun modernizasiyası, bunun vaxt və maliyyə çərçivəsi;Naxçıvanın Türkiyə və Ermənistanla dəmir yolu bağlantısının qurulması;Qars–Naxçıvan dəmir yolunun tikintisinin vaxtı;Ermənistan ərazisində “Rusiya Dəmir Yolları”nın statusuna Qərbin reaksiyası və TRIPP-in rus konsessionerini faktiki olaraq nəzərə almaması.

Fərhad Məmmədov hesab edir ki, transformasiya dövrünün risklərlə müşayiət olunması normaldır. Əsas məsələ odur ki, siyasi-diplomatik mexanizmlər artıq müəyyən edilib və bütün məsələlərin məhz bu çərçivədə həll olunacağına dair öhdəliklər mövcuddur.

Qeyri-müəyyənlik olan hər bir mövzu üzrə həll variantları və konkret müddətlər müəyyən olunub: “Deməli, vəziyyət o qədər də pis deyil”.

Sonda politoloq bildirib ki, Cənubi Qafqaza təqdim olunan yeni geosiyasi opsiyalar region ölkələrinin suverenliyini və müstəqilliyini gücləndirməli, həmçinin xarici aktorların öz rəqabətlərini açıq qarşıdurma səviyyəsinə qaldırmasının qarşısını almalıdır.

Rasim Əliyev
“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Dekabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri