SON DƏQİQƏ! Bakı klubunda məşqçilər arasında narazılıq Rəhbərliyə şikayət etdi İdmanXəbər
Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən “Səbail”də baş məşqçi Cavid Hüseynovla rəhbərlik arasında iclas keçirilib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “dənizçilər”in çalışdırıcısı klub rəhbərliyinə köməkçi məşqçi Vüqar Bəybalayevdən narazılıq edib. Hüseynov onunla işləmək istəmədiyini bildirib.
Rəhbərlik baş məşqçinin istəyini nəzərə alsa da, hələlik konkret cavab verməyib. Ancaq böyük ehtimalla Bəybalayev artıq Cavid Hüseynovun məşqçilər heyətində yer almayacaq.
Baş məşqçinin onunla çalışmaq istəməməsi rəhbərliyin də fikirlərinə təsir edib. Məlumata görə, rəhbərlik baş məşqçinin istəyini geri çevirməyəcək.
Xatırladaq ki, Vüqar Bəybalayevlə yanaşı, Elvin Məmmədov və Fuad Əsədov Cavid Hüseynovun köməkçiləridi.
Qeyd edək ki, “Səbail” mövsümün ilk dövrəsini sonuncu sırada başa vurub.
Tunar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 25 Dekabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















