SON DƏQİQƏ! Təbriz bazarı bağlandı, tacirlər AYAĞA QALXDI İran ÇALXALANIR
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Təbriz tacirləri də İranda baş verən etirazlara qoşularaq bazarı bağlamaq qərarına gəliblər”.
Bu sözləri güneyli yazar Sayman Aruz Musavat.com-a açıqlamasında deyib.
O bildirib ki, Güney Azərbaycanın ticarət obyektləri mərkəzi hakimiyyətin siyasətinə etiraz olaraq fəaliyyətini dayandırıb:
“Təbriz bazarçıları bəyanat yayaraq bildiriblər ki, Azərbaycan xalqının mövqelərini dəstəkləyirlər. Onlar Tehran mərkəzli cərəyanların hər zaman Azərbaycana qarşı mənfi baxışda olduqlarını vurğulayır və “Azadlıq, ədalət, milli hökumət” əsas şüarı ilə etiraz və tətil elan edirlər. Bu çağırış Təbrizin mərkəzində olmaqla yanaşı, Ərdəbil, Urmiya, Zəncan, Əhər, Həris, Xiyov, Xoy, Zəncan, Sulduz, Marağa və digər şəhərlərdəki bütün bazarçıları da etiraza səsləyir.
Təbriz bazarçılarının əsas fikri ondan ibarətdir ki, İranda baş verən etiraz aksiyaları demokratik haqlar və insan haqları uğrunda aparılan mübarizənin tərkib hissəsidir və bu mübarizəyə Təbriz tacirləri, eləcə də ticarət obyektlərinin sahibləri də qoşulurlar. Lakin təbii ki, onların irəli sürdüyü şüarlar və məqsədlər bəzi digər qüvvələrin hədəfləri ilə üst-üstə düşmür. Belə ki, onlar şahın oğluna dəstək vermir, qəti şəkildə Pəhləvinin İrana qayıtmasının əleyhinə olduqlarını bildirirlər. Onların öz şüarı isə dəyişməz olaraq “Azadlıq, ədalət, milli hökumət”dir. Yəni Təbriz tacirləri azadlıq, ədalət və milli hökumət axtarışındadırlar və etirazlara da məhz bu şüarlarla, bu məqsədlərlə qoşulurlar. Bu mübarizə Azərbaycan cəmiyyətinin milli haqlarının, azərbaycançılıq düşüncəsinin azadlığının, ədalətin bərpasının və qorunmasının təmin olunmasına yönəlib. Güney Azərbaycan bu etirazlarda öz yolunu və məqsədini açıq şəkildə ortaya qoyaraq həmin istiqamətdə hərəkət edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 07 Yanvar 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















