Son dörd ildə icbari tibbi sığortaya yatırılan investisiyalar nəticəsində 135,5 milyon manat gəlir əldə edilib
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
2020-ci ildən etibarən, icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək məqsədilə həyata keçirilən investisiyalar nəticəsində 135,5 milyon manat gəlir əldə olunub.
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu il üçün həmin rəqəm 74,2 milyon manat təşkil edir:
“İnvestisiyalardan əldə olunan hər bir vəsait sığortaolunanlara daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur”.
Sədr əlavə edib ki, səhiyyəyə ayrılan vəsait 2,8 milyard manatı ötür:
"Bu vəsaitlərin əsas hissəsini dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait, işəgötürən və işçi tərəfindən ödənilən sığortahaqları təşkil edir. Agentlik 2020-2023-cü illər və 2024-cü ilin ilk 10 ayı ərzində dövlət tibb müəssisələrini 400 milyon manatdan çox məbləğdə dərman/tibbi sərflə təmin edib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 17 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















