Icma.az
close
up
RU
Son siqaretdən sonra bədəndə nə baş verir?

Son siqaretdən sonra bədəndə nə baş verir?

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əgər siqaret çəkirsiniz və daha sağlam olmaq istəyirsinizsə, sadə və effektiv bir yol var siqareti tərgitmək. Bu, sadəcə söz deyil: orqanizm son siqaretdən cəmi 20 dəqiqə sonra bərpa prosesinə başlayır.

Lent.az siqaretin zərərlərini təqdim edir:

Tütündən nə qədər uzun müddət uzaq qalsanız, bədəninizdə və ümumi vəziyyətinizdə bir o qədər çox müsbət dəyişiklik hiss edəcəksiniz.  Siqareti tərgitmək çətindir, amma inanılmaz dərəcədə faydalıdır. Bərpa demək olar ki, dərhal başlayır və zaman keçdikcə faydası daha da artır: qan dövranının yaxşılaşmasından tutmuş ürək xəstəlikləri və xərçəng riskinin azalmasına qədər.

Son siqaretdən sonra nə baş verir

20 dəqiqə sonra

Qan təzyiqi və ürək ritmi normal göstəricilərə qayıdır.

Qan damarları genişlənməyə başladığı üçün əl və ayaqların temperaturu yüksəlir.

8 saat sonra

Qanda karbonmonoksid (zəhərli qaz) səviyyəsi azalır, oksigen isə artır. Bu, bədənin hər bir hüceyrəsini daha yaxşı qidalandırır.

24 saat sonra

Ürək tutması riski azalmağa başlayır.

48 saat sonra

Sinir ucları bərpa olunmağa başlayır, dad hissiyyatı yenidən güclənir.

72 saat sonra

Nəfəs alma daha rahat olur: bronxlar boşalır, selikli qişa qıcıqlanmadan təmizlənməyə başlayır.

1-3 ay sonra

Qan dövranı və dözümlülük yaxşılaşır. Artıq gəzinti, idman və fiziki aktivlik daha asan həyata keçirilir.

1-9 ay sonra

Öskürək və nəfəs darlığı azalır.

Ağciyərlər bərpa olunur, tənəffüs yolları selik və toksinlərdən təmizlənir.

1 il sonra

Ürək xəstəlikləri riski siqaret çəkənlərlə müqayisədə iki dəfə azalır.

5 il sonra

İnsult riski heç vaxt siqaret çəkməmiş insanların səviyyəsinə yaxınlaşır.

10 il sonra

Ağciyər xərçəngi riski yarıbayarı azalır.

Ağız boşluğu, qırtlaq, yemək borusu, sidik kisəsi, böyrəklər və mədəaltı vəzi kimi digər xərçəng növlərinin yaranma ehtimalı da azalır. Siqareti tərgitmək təkcə daha uzun ömür üçün addım deyil, həm də daha yaxşı özünü hiss etmək, enerjinin artması və ciddi xəstəlik risklərinin azalması deməkdir. Bəli, ilk günlərdə çəkilmə (imtina) əlamətləri səbəbindən çətin ola bilər, amma dəstək və düzgün planla bunun öhdəsindən gəlmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Yanvar 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see483

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see448

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see422

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see327

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Avqust 2026 23:24see300

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

04 Avqust 2026 11:52see252

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see226

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see218

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see214

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see201

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see201

“Neftçi” məşqləri bərpa etdi

04 Avqust 2026 00:52see193

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see191

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see188

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see184

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see182

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see180

Əzələlərimiz yaşlanmanı necə idarə edir..?

03 Avqust 2026 21:33see176

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see160

“Nizami” və “28 May” arasında fəaliyyət göstərəcək avtobuslar pullu olacaq

04 Avqust 2026 15:41see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri