Icma.az
close
up
RU
Sonsuzluğun səbəbləri, süni mayalanma istəyi Ginekoloqla MÜSAHİBƏ

Sonsuzluğun səbəbləri, süni mayalanma istəyi Ginekoloqla MÜSAHİBƏ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qadınlarda sonsuzluq problemi bu gün cəmiyyətimizdə həm tibbi, həm də psixoloji baxımdan müzakirə olunann mühüm mövzulardan biridir. Belə ki, müxtəlif hormonal pozğunluqlar, reproduktiv orqanlardakı problemlər və həyat tərzi amilləri qadının hamilə qalmaq imkanını azalda bilər. Beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də bu problemə rast gəlinir. 

Modern.az saytı qadınlarda baş verən sonsuzluq problem ilə bağlı cərrah mama-ginekoloq Fəxrəndə Rəsulova ilə həmsöhbət olub.

- Son illərdə “sonsuzluq” diaqnozu daha çox səslənir. Sizcə, bu artımın əsas səbəbi nədir? Tibbin inkişafı ilə diaqnozların dəqiqləşməsində, yoxsa doğrudan da qadın reproduktiv sağlamlığında geriləmədə?

- Düzünü desək, burada hər iki amil rol oynayır. Bir tərəfdən tibbin, xüsusilə də laborator və diaqnostik imkanların inkişafı nəticəsində artıq problemləri daha erkən və dəqiq aşkarlamaq mümkündür. Əvvəllər “səbəbi bilinməyən sonsuzluq” kimi dəyərləndirilən hallar indi konkret diaqnozlarla izah olunur. Digər tərəfdən isə təəssüf ki, qadın reproduktiv sağlamlığında geriləmə də müşahidə olunur. Cinsi yolla keçən infeksiyaların çoxalması, hormonal disfunksiyalar, həyat tərzinin dəyişməsi bu artımda mühüm rol oynayır. Bəzən cütlüklər ailə qurmadan öncə lazım olan müayinələrdən keçmir, nəticədə sonradan ciddi problemlərlə üzləşirlər.

- Qadınlarda uşaq dünyaya gətirməyə ən çox hansı tibbi və ya həyat tərzi amilləri mane olur?

- Əslində, bu məsələdə həm tibbi, həm də sosial amillər iç-içədir. Ən önəmli faktorlardan biri ailələrin maliyyə və sosial vəziyyətidir. Gərgin iş qrafiki, daimi stress, qeyri-sağlam qidalanma, siqaret və alkoqol istifadəsi, gec yatmaq, fiziki aktivliyin az olması kimi amillər qadının hormonal balansına ciddi təsir göstərir. Hormonal disfunksiya, yumurtalıq rezervinin azalması, endometrioz, boruların keçməzliyi kimi tibbi səbəblər də geniş yayılıb. Bütün bunlar bir yerdə sonsuzluğa gətirib çıxara bilir. Sağlam həyat tərzi və vaxtında müayinələr isə bu risklərin əksəriyyətini azalda bilər.

- Bəzən qadınlar illərlə müalicə alsa da, amma nəticə əldə olunmur. Bu kimi hallarda əsas məsuliyyət kimdə olur - pasiyentin özündə, yoxsa həkimin yanaşmasında?

- Açığı, bu suala birmənalı cavab vermək çətindir, çünki hər iki tərəfdən qaynaqlanan problemlər var. Bəzən həkim tərəfindən düzgün diaqnoz qoyulmur, səbəb tam başqa yerdə axtarılır, yaxud lazımi ardıcıllıqla müalicə planı qurulmur. Digər hallarda isə pasiyentlər maliyyə və ya vaxt çatışmazlığı səbəbindən müalicəni yarımçıq saxlayır, verilən tövsiyələrə riayət etmirlər. Sonsuzluq müalicəsində səbr, ardıcıllıq və düzgün yanaşma çox vacibdir.

- Sonsuzluq mövzusunda cəmiyyətdə hələ də tabu və yanlış fikirlər çoxdur. Sizcə, bu stereotiplər qadınların müalicəyə vaxtında müraciət etməsinə necə təsir edir?

- Təəssüf ki, bu gün də bəzi ailələrdə belə yanaşma qalır. Qız övladında menstrual pozğunluq, hormonal problem və ya digər ginekoloji əlamətlər müşahidə olunsa da, “el nə deyər” qorxusu ilə həkimə aparılmır. Bu isə sonradan, ailə qurduqdan sonra ciddi reproduktiv problemlərə səbəb olur. Cəmiyyətimizdə hələ də sonsuzluq yalnız qadınla əlaqələndirilir, amma reallıqda bu, hər iki tərəfə aid olan bir problemdir. Maarifləndirmə işləri və düzgün məlumatlandırma cür stereotipləri sındırmaq üçün çox önəmlidir.

- Texnologiyanın inkişafı ilə süni mayalanma üsulu da ölkəmizdə getdikcə daha çox yayılır. Siz bu metodu necə qiymətləndirirsiniz? Beynəlxalq təcrübə ilə müqayisədə ölkəmizdə vəziyyət necədir?

- Süni mayalanma müasir tibbin ən mühüm nailiyyətlərindən biridir və bir çox ailə üçün yeganə ümiddir. Ölkəmizdə də bu sahədə ciddi irəliləyişlər var, belə ki, təcrübəli mütəxəssislər, müasir laboratoriyalar, yeni texnologiyalar tətbiq olunur. Lakin etiraf etməliyik ki, bəzən bu sahə sırf maliyyə məqsədi ilə sui-istifadə edilir. Bəzi hallarda pasiyentlər tam müayinə olunmadan və lazımi hazırlıq mərhələləri keçilmədən süni mayalanmaya yönləndirilir. Bu isə həm uğursuz nəticələrə, həm də ailələrin həm maddi, həm də psixoloji cəhətdən itkilərinə səbəb olur. Doğru yanaşma odur ki, cütlük əvvəlcə hərtərəfli müayinə olunsun, səbəb müəyyənləşdirilsin, yalnız bundan sonra süni mayalanma qərarı verilsin.

- Son olaraq, sonsuzluqdan əziyyət çəkən xanımlara hansı tövsiyələri verərdiniz?

- Əgər artıq iki ilə yaxındır ailəlisiniz və hamiləlik baş vermirsə, mütləq həkimə müraciət edin. Hər iki partnyor birlikdə müayinədən keçməli və bir-birinə dəstək olmalıdır. Ən vacibi, səbəbi düzgün tapmaq və müalicəni ardıcıl aparmaqdır. Tam müalicə olunduqdan sonra isə hamiləlik planlamalarını məsləhət görərdim. Unutmayaq ki, sonsuzluq diaqnozu ümidsizlik demək deyil - sadəcə, səbəbin müəyyənləşdirilib düzgün istiqamətdə addım atmaq lazımdır. Tibbin bu günkü imkanları ilə bir çox hallarda belə uğurlu nəticə əldə etmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri