Icma.az
close
up
RU
Sosial mediada vətəndaşlara qarşı dələduzluq: İşbazların toruna düşməmək üçün nə edək?

Sosial mediada vətəndaşlara qarşı dələduzluq: İşbazların toruna düşməmək üçün nə edək?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlər internet məkanında, xüsusən də sosial media platformasında vətəndaşlara qarşı dələduzluq, kibercinayətkarlıq halları artıb. Ayrı-ayrı şəxslər asan pul qazanmaq üçün "TikTok", "Instagram" və "Facebook"da səhifələr yaradır, ödəniş müqabilində müxtəlif xidmətlər təklif edirlər. Çox təəssüf ki, bir sıra hallarda vətəndaşlar bu işbazların toruna düşür, aldadılır, maddi və mənəvi itki ilə üzləşirlər.

"Nə vəsaitimi qaytarır, nə də mənzilimi təmir etdirir"

Oxu.Az bildirir ki, "Kaspi" qəzetinə şikayət məktubu ilə müraciət edən Vətən müharibəsi iştirakçısı Nadir Tərlan oğlu Qasımov da sosial mediada təklif olunan tikinti-təmir xidməti elanı ilə maraqlandığını, tələb olunan şərtləri yerinə yetirdiyini, lakin sonunda gözlənilən nəticəni əldə etmədiyini, faktiki olaraq aldadıldığını, böyük maddi itki ilə üzləşdiyini bildirir. Onun sözlərinə görə, sahibi olduğu mənzili təmir etdirmək üçün "Instagram" sosial media platformasında təmir-tikinti elanları ilə maraqlanıb. "Ümid İnşaat" MMC-yə məxsus səhifədə paylaşılan ev təmiri görüntülərini bəyənib və həmin şirkətlə əlaqə saxlayıb. "Ümid İnşaat" MMC ilə vətəndaş arasında 14 yanvar 2025-ci il tarixdə Təmir Podrat Müqaviləsi bağlanıb: "Müqavilənin şərtlərinə əsasən "Ümid İnşaat" MMC mənə məxsus olan mənzili üç ay müddətində tam təmir edərək təhvil verməyi öhdəsinə götürmüşdü. Müqavilənin ümumi qiyməti 20 000 manat təşkil edirdi. "Ümid İnşaat" MMC-nin direktoru Zahir Əsgərov məni əmin etdi ki, üç ayadək mənzilimi tam təmir edib təhvil verəcəklər. Lakin sonradan nə bu öhdəlik, nə də verilən vədlər yerinə yetirildi. Sonrakı proseslər sübut etdi ki, əslində tikinti şirkətinin rəhbəri Zahir Əsgərovun əvvəldən məqsədi məni aldadaraq pulumu mənimsəmək olub. Mənzil sahibi olaraq mənimlə "Ümid İnşaat" MMC arasında 14.01.2025-ci il tarixdə imzalanan müqavilə də formal xarakter daşıyıb. Biz bunu sonradan bildik. Bizimlə müqavilə bağlamaqla Zahir Əsgərov "İş görmək" görüntüsü yaradıb. Hətta bizə bildirmişdi ki, mənzilin təmiri üçün müqavilədə qeyd olunan məbləği birdəfəlik şəkildə ödəyəcəyimiz təqdirdə, güzəşt olunacaq. Bununla bağlı "WhatsApp" sosial şəbəkəsi vasitəsilə səslər yollayıb, məni və ailə üzvlərimi inandırıb. Amma sonradan etibarımızdan sui-istifadə edib, bizə qarşı dələduzluq edib. Sən demə, müqavilənin bağlanmasında yeganə məqsəd məhz bu kimi dələduzluq əməllərini pərdələmək olub. Məndən 20 000 manatla yanaşı, xırda xərclər üçün əlavə olaraq 1000 manat məbləğində vəsait də alıb. İndi nə vəsaitimi qaytarır, nə də verdiyi vədə, imzaladığı müqaviləyə uyğun olaraq mənzilimi təmir etdirir".

Şikayətin izi ilə...

Vətəndaş N.Qasımov üzləşdiyi dələduzluq halı ilə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN), o cümlədən qeydiyyat üzrə Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini bildirib. İddia edib ki, bu günə qədər onun şikayətinin araşdırılması, dələduzluq edən Z.Əsgərovun məsuliyyətə cəlb olunması, qanun qarşısında cavab verməsi üçün əməli addımlar atılmayıb. Şikayətçi "Ümid İnşaat" MMC-nin direktoru Z.Əsgərovun dərhal məsuliyyətə cəlb olunmasını, ona vurulmuş maddi zərərin ödənilməsini istəyir.

N.Qasımovun şikayətini araşdırmaq üçün ilk növbədə adıçəkilən tikinti şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin "Ümid İnşaat" MMC-nin hər hansı nümayəndəsi ilə danışmaq, şirkət ünvanına səsləndirilən ittihamlara münasibət öyrənmək cəhdlərimiz uğursuz oldu. Elanda göstərilən nömrəyə davamlı edilən zəngləri gah cavablandıran olmadı, gah da bu nömrənin aktiv olmadığı üzə çıxdı.

Bunun ardınca DİN-ə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Cəsarət Qənbərli sorğumuza cavab olaraq bildirdi ki, vətəndaş müraciəti əsasında təhqiqat araşdırmaları aparılıb: "Polisə vətəndaş Nadir Qasımovun evinin təmiri üçün paytaxtın Nərimanov rayonunda yerləşən özəl şirkətlərdən biri ilə müqavilə bağlaması və ödəniş miqdarına uyğun tikinti işlərinin aparılmaması ilə bağlı müraciəti daxil olub. Müraciət əsasında təhqiqat araşdırmaları aparılıb. Tərəflər arasında yaranan mübahisənin məhkəmə predmeti olması müəyyən edilərək vətəndaşa müvafiq cavab verilib. Tövsiyə olunub ki, mülki xarakterli halla bağlı məhkəməyə müraciət edilsin".

Qanun nə deyir?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, vətəndaşa qarşı hər hansı formada dələduzluq edilibsə, bu halda ilk növbədə hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. Vətəndaş həmin dələduzluq halının araşdırılmasını tələb etməlidir. Araşdırma aparan orqan araşdırma nəticəsində müəyyən etsə ki, şikayət olunan tərəfin əməlində həqiqətən də dələduzluq halı, yaxud Cinayət Məcəlləsində nəzərdə tutulan hər hansı digər hüquqazidd əməl var, bununla bağlı cinayət işini başladır: "Ardınca bu əmələ yol vermiş şəxsin əməli ilə bağlı ibtidai istintaq aparılır və cinayət işi baxılması üçün məhkəməyə göndərilir. Məhkəmədə həmin şəxsə elan olunmuş ittiham üzrə təqsir müvafiq qaydada məhkəmə tərəfindən sübut olunarsa, bu zaman ittiham üzrə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəza təyin edilir".

Vəkilin sözlərinə görə, əgər araşdırma aparan hüquq-mühafizə orqanı müəyyən etsə ki, şəxsin əməlində cinayət tərkibi yoxdur və tərəflər arasındakı münasibət mülki münasibətdir, bu halda cinayət işinin başladılmasının rədd olunması barədə qərar qəbul edilir: "Bu zaman şəxsə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunur. Vətəndaş da qarşı tərəflə arasında imzalanmış hər hansı müqavilənin, razılaşmanın şərtlərinin, ümumi öhdəliklərin yerinə yetirilməməsi əsasları ilə məhkəməyə müraciət edir. Nəticə etibarilə vətəndaş ona dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada prosesə başlayır, hüquqlarını qanun çərçivəsində qoruyur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Oktyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see174

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see149

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see142

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see139

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see133

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see133

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see132

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see131

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see130

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see130

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see128

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see124

Cabir İmanovun dəfnində ŞOK görüntü FOTO

04 Oktyabr 2025 01:20see124

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see122

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see121

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri