Icma.az
close
up
RU
Sosial məsuliyyətin reklam ı... Xeyriyyə aksiyalarındakı yardım ürəkdənmi gəlir, PR üçünmü edilir?

Sosial məsuliyyətin reklam ı... Xeyriyyə aksiyalarındakı yardım ürəkdənmi gəlir, PR üçünmü edilir?

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xeyriyyəçilik insanlığın ən gözəl dəyərlərindən biridir. Ehtiyacı olan birinə əl uzatmaq, imkanı az olanlara dəstək olmaq həm fərdi, həm də cəmiyyət üçün zəruri olan mənəvi borcdur. Lakin son illərdə xeyriyyə aksiyaları ilə bağlı ictimaiyyətdə bir sual daha çox səslənir: bu yardımlar həqiqətən ürəkdən gəlir, yoxsa sadəcə PR məqsədilə edilir?

Bir tərəfdən, insanlar və şirkətlər yardımlarını sosial şəbəkələrdə paylaşır, mediada yayımlayır, hər kəsə göstərirlər. Bu, bəzilərində narazılıq yaradır: “Əgər yaxşılıq edirsənsə, niyə göstərirsən?!” Digər tərəfdən isə, belə aksiyaların ictimailəşdirilməsi başqaları üçün də stimul olur, yardım mədəniyyətini təşviq edir.

Problem ondadır ki, bəzi hallarda xeyriyyə aksiyaları reklam kampaniyasına çevrilir. Yardımın özündən çox, onu edən şəxsin adı ön plana çıxır. Fotoqraf çəkir, operator lentə alır, sosial şəbəkələrdə “nə qədər yaxşı insan” imici formalaşdırılır. Halbuki yardımın mahiyyəti səmimiyyətindədir.

Əsl xeyriyyəçilik qarşılığında heç nə gözləmədən edilən köməkdir. Əgər yardım edən insanın əsas məqsədi sosial statusunu qaldırmaq, özünü cəmiyyətə göstərməkdirsə, bu artıq PR aksiyasıdır. Amma obyektiv yanaşmaq da vacibdir. Bəzən yardımların paylaşılması əslində şəffaflıq və hesabatlıq üçün edilir. İnsanlar bilmək istəyir ki, toplanan vəsait hara xərcləndi, kimlərə çatdı. Bu baxımdan paylaşımın da müsbət tərəfi var. Odur ki, məsələni ayırd etmək lazımdır: yardım ürəkdənmi gəlir, yoxsa sadəcə görüntü üçünmü edilir. Cavab isə yardım edən şəxsin niyyətində gizlidir. Cəmiyyət olaraq biz isə bir şeyi unutmamalıyıq ki, kiminsə səmimiyyətini mühakimə etməkdənsə, yardımın öz dəyərinə fokuslanmaq daha faydalıdır.

Ən gözəl yardım səs-küysüz edilən, ehtiyacı olanın qəlbinə toxunan yardımdır. Çünki reklam üçün edilən xeyirxahlıq tez unudulur, amma ürəkdən edilən kömək illərlə xatırlanır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Oktyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri