Icma.az
close
up
RU
Sosial şəbəkələrdə məşhurlaşan qarmon ifaçısı: Toylara, el şənliklərinə də çağırırlar

Sosial şəbəkələrdə məşhurlaşan qarmon ifaçısı: Toylara, el şənliklərinə də çağırırlar

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lənkəran, 17 may, İlkin Adıyev, AZƏRTAC

Lənkəranın təbiət incisi sayılan Xanbulan bu dəfə yalnız gölü və çayı ilə deyil, insanın ruhuna toxunan musiqi sədaları ilə ziyarətçilərin qəlbini oxşayır. Bu musiqi sədalarının sahibi isə qarmon ifaçısı İqbal Novruzovdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sosial şəbəkələrdə yayılan bir video İqbal Novruzovun həyatını tamamilə dəyişib. Onun qarmon ifa edərkən çəkilən videosu qısa zamanda minlərlə baxış toplayaraq sosial şəbəkələrdə böyük marağa səbəb olub. Ruh oxşayan ifası ilə insanların qəlbinə yol tapan musiqiçi indi artıq toylara, el şənliklərinə və müxtəlif tədbirlərə dəvət olunur. Onun ifası təkcə dinləyicilərin deyil, peşəkar musiqiçilərin də diqqətini çəkib.

Ən maraqlısı isə odur ki, İqbalın peşəkar musiqi təhsili yoxdur. O, cəmi bir neçə gün musiqi müəlliminin yanına gedib. Qalan bütün bacarıqlarını isə öz zəhməti, marağı və hissləri ilə formalaşdırıb. Bu gün ifa etdiyi hər bir melodiya təkcə notların birləşməsi deyil, həm də onun iç dünyasının, illərlə topladığı duyğuların səsi kimidir.

“Qarmonla tanışlığım uşaq yaşlarımdan başladı. Hər dəfə kiminsə bu alətdə ifa etdiyini eşidəndə qəribə bir duyğu yaşayırdım. Heç bir musiqi məktəbini bitirməmişəm. Düzü, imkanımız da olmayıb. Sadəcə cəmi 4 gün musiqi müəlliminin yanına getmişəm. O 4 gündə öyrəndiklərim mənə bir ömürlük yol göstərdi. Sonrasını isə özüm məşq etməklə, qulaq asmaqla, hiss etməklə öyrəndim. İndi toylara, el şənliklərinə çağırırlar. Sosial şəbəkədə bir gün Xanbulanda ifa etdiyim bir video paylaşıldı. O gündən sonra tanınmağa başladım. İnsanların sevgisi, xoş sözləri mənə həm ruh verir, həm də daha çox çalışmağa həvəs yaradır”, - deyə qarmon ifaçısı İqbal Novruzov bildirir.

Xanbulana yolu düşənlər onun ifasını canlı olaraq dinləmək şansını əldə edirlər. "Ağ Göyərçinim" və "Cavanlığım" kimi sevilən mahnıları qarmonla elə ustalıqla ifa edir ki, musiqi ilə təbiət sanki bir ahəngə çevrilir. Sakit göl, əsən meh və dağların qoynunda ucalan qarmon sədası burada istirahəti daha da yaddaqalan edir: "Ağ Göyərçinim", "Cavanlığım" – bu mahnılar mənim üçün çox dəyərlidir. Hər dəfə ifa edəndə öz keçmişimi, gəncliyimi, yaşadığım duyğuları xatırlayıram. Hiss edirəm ki, bu mahnılar təkcə mənim yox, dinləyənlərin də qəlbinə toxunur”.

Qarmon onun üçün sadəcə musiqi aləti deyil. İqbal Novruzov bu alətlə həm ailəsini dolandırır, həm də onun səsindən zövq aldığını deyir. Bəzən sakit bir yerdə, tək-tənha oturub ifa etdiyi zaman bütün dərdini, sevincini sanki qarmona danışır. “Təbiətin qoynunda, Xanbulan gölü, çayı, dağları arasında qarmonun səsi başqa cür gəlir. Sanki hər şey susur, bircə musiqi danışır”, - deyir həmsöhbətim.

İqbal Novruzovun həyat yolu bir çox musiqiçilərdən fərqlənir. O, heç bir peşəkar musiqi təhsili almadan illərdir ki, qarmon sənətini öz zəhməti ilə yaşadır. Musiqi onun üçün sadəcə sənət deyil, həm dolanışıq mənbəyi, həm də ruhun dili və həyatla əlaqəsini qoruyan sanki bir körpüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri