Sosial sığorta haqları üzrə illik vəsait 5 milyard manatı keçib Nazirlik
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son illər aparılan sosial-iqtisadi islahatlar əməkhaqlarının, əmək müqavilələrinin sayının, əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin əhəmiyyətli şəkildə artmasına imkan verib.
Moderator.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında bildirilib.
Məlumatda qeyd olunub ki, bu müsbət proseslər nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda da davamlı artım dinamikasına şərait yaradıb: "2018-2024-cü illərdə Fonda daxil olan sosial sığorta haqları üzrə illik vəsait 2,5 dəfə artaraq, 2 mlrd. 327 mln. manatdan 5 mlrd. 752 mln. manata çatıb".

Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 mlrd. manatı ötüb
09 Dekabr 2024 14:50
Ötən il sosial sığorta haqları üzrə daxilolmalar 5.7 mlrd. manatı ötüb
13 Yanvar 2025 15:43
Dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb
09 Dekabr 2024 14:52
Azərbaycanda sosial sığorta haqları üzrə ödənişlər artıb
09 Noyabr 2024 10:06

