Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.
XQ xəbər verir ki, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov əmək qanunvericiliyinin təkmilləşdirilməsi, Beynəlxalq Əmək Təşkilatı (BƏT) Konvensiyalarının ratifikasiyası prosesində Üçtərəfli Komissiya tərəfindən aparılan səmərəli müzakirələrin önəmini vurğulayıb.
Komissiya tərəfindən İş planı əsasında görülmüş işlər qeyd edilib. Hazırki iclasın gündəlikdə duran məsələlər diqqətə çatdırılıb.
İclasda Nazirlər Kabineti, AHİK və ASK arasında 2026-2028-ci illər üçün bağlanacaq Baş Kollektiv Saziş layihəsi nəzərdən keçirilib.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində son illər aparılan ardıcıl islahatlar diqqətə çatdırılıb. Habelə qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində görülən məqsədyönlü işlərdən, sosial sığorta sistemində həyata keçirilən islahatlardan bəhs olunub. BƏT-in müvafiq Konvensiyasına uyğun olaraq kollektiv sazişlərin tərəfləri ilə bağlı məsələlər müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 04 Noyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















