Icma.az
close
up
RU
Sovet havalı, molla təfəkkürlü elm adamı Bu da bizim akademikimiz...

Sovet havalı, molla təfəkkürlü elm adamı Bu da bizim akademikimiz...

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Hamı bilir incəsənətimiz nə gündədi. Çox danışılıb, çox deyilib, amma çifayda.

Bəs elmimiz?

Ondan, ümumiyyətlə, danışmırlar. Çünki danışmalı heç nə yoxdu. Azərbaycan elmində bircə dənə yaxşı şey var, o da Elmlər Akademiyasının binasıdı.

Həmişə fikirləşirdim ki, elmimiz nə üçün bu gündədi? Lütfi Zadə kimi alim yetirən ölkənin elmi niyə bu vəziyyətə düşüb? Bayaq bu suala qismən cavab tapdım.

Mirmehdi Ağaoğlu Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, Azərbaycanın Əməkdar elm xadimi, akademik, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Akif Əlizadədən müsahibə alıb. Elə sualımın qismən cavabını da həmin müsahibədən tapdım.

Müsahibənin əvvəlindən başlayaq.

Akif müəllim deyir ki, təhsilimi rusca almışam:

“Sovet vaxtı idi də. Daha 90 il keçib. Sovet 70 ildən sonra dağıldı, Sovet dağılanda mənim yaşım 70-di”.

Akif müəllim, başa düşürəm, artıq ömrünüzün 91-ci iliniz yaşayırsız. Amma bu, öz yaşınızı hesablamağa mane olmamalıdı axı. SSRİ dağılanda sizin 70 yox, 57 yaşınız var idi.

Hər halda, bunu özünüzə ironiya kimi qəbul edirəm.

Müsahibənin əvvəlində Sovet illərində təhsil aldığını vurğulayan Akif müəllim müsahibənin sonuna qədər Sovet havasından çıxmır. Məncə, ümumiyyətlə, həyatda da çıxmayıb, bu da onun danışığında özünü büruzə verir.

Sitat:

“Sovet yetim-yesir dövləti idi”... Sovet dövründə yaşayan, təhsil alan biri kimi Sovetin ittifaqa daxil olan respublikalara, onların tarixinə, mədəniyyətinə, elminə, gəncliyinə vurduğu ziyanı ən yaxşı siz bilməlisiniz, Akif müəllim. Amma siz Sovetin yetim-yesir dövləti olduğunu deyirsiniz. Hə, əlbəttə, axı siz “danosbazları” müstəqillik dövründə arxivlər açılandan sonra tanımısınız. Məncə, hər şey aydındır. Yox, əgər aydın deyilsə, İosif Stalinə “Stalin yoldaş” deməyinizi də əlavə edək, mənzərə tamamlansın. Hələ istəsəniz, Stalin öləndə məyus olmağınızı da əlavə edək.

Nəzərimə dəyən ikinci məsələ isə, Akif müəllimin din xadimi kimi danışması oldu. Müsahibəni oxuyanda hərdən mənə elə gəlirdi ki, jurnalistin akademikdən aldığı müsahibəni yox, iki “həci”nin ürək söhbətini oxuyuram.

Akif müəllim məscidə ancaq uşaq vaxtı, babası ilə getdiyini deyir, amma həmişə Allaha inandığını da qeyd edir. Mirmehdi isə onun “ateizmin tüğyan etdiyi” dövrdə təhsil almasını və Sovet hökumətinin bütün imtiyazlarından yararlanmasını vurğulayıb lap gül vurur:

“- Belə çıxmırmı ki, qəlbinizin dərinliklərində Allaha inanmaqla Sovet hökumətinə xəyanət etmisiniz?”

Akif müəllim də təsdiqləyir:

“- Bəli, elə çıxır. Rəsmi ideologiya allahsızlığı təbliğ etsə də, ürəyimdə həmişə fikirləşmişəm ki, Allah var. Çünki bu boyda səma, kosmos, Ay, Günəş sistemləri və sair hamısı sonsuz bir yoldur. Sonsuz bir yol nədir? Bunları düşünəndə istər-istəməz o qənaətə gəlirsən ki, yaradıcı qüvvə var.”

Bu hissəni oxuyandan sonra sərin su içdim ki, özümə gəlim. Dönə-dönə qeyd edirəm ki, bunları din xadimi yox, illərlə Azərbaycan elminə rəhbərlik etmiş Akif Əlizadə deyir.

Hələ sözarası akademiyanın prezidentliyindən öz xoşu ilə istefa verməməsini də nəzərə çatdırır: “Belə məsləhət oldu ki, Ramiz Mehdiyev gəlməlidir”. Yəni ki, məndən olsaydı, qalardım. Elə özü də bunu təsdiqləyir.

Akif müəllim, neçə il o kresloda oturmaq firkiniz var idi? Geologiya İnstitutu bəs deyil? Bəlkə, elə o da bəs edər? Baxmayın da, 1976-cı ildən o institutun direktorusuz. Yorulmuş olarsız. Bəlkə, getmək vaxtıdır? Bəlkə, rahat evinizdə oturub, xətriniz istəyəndə də Ziya Bünyadovla Vasim Məmmədəliyevin tərcüməsində “Quran”ı bəxtəxuda açıb, bəxtinizə düşən ayəsini oxusaz, Azərbaycan elminə daha çox xeyir vermiş olarsız?

Hə? Necə fikirdi?

"Əsli və Kərəm" dastanının "Hekayəti-Kərəm" adlı əlyazması kitab kimi çap edildi “Xalq artistinin atası Mirzəxəlil kim idi?“ adlı hekayələr kitabının təqdimatı keçirilib Zəlimxan Yaqubun oğlu: "Atama aid deyilən o şeylərin hamısı böhtan idi" - Müsahibə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Yanvar 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri