Sovetlərdən İspaniyaya: Hansı evdənsən? Bir köç və yaddaş hekayəsi
Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Portuqaliya–ispan kino rejissoru və rəssam Ana Perez-Quiroga yeni sənədli filmində anası Angelitanın xatirələrinə fokuslanır.
"Euronews"un verdiyi xəbərə görə, “Hansı evdənsən?” adlı film, İspaniya Vətəndaş Müharibəsi zamanı cəmi dörd yaşında ikən Sovet İttifaqına aparılan Angelitanın taleyindən bəhs edir.
O, uşaqlıqdan gəncliyə qədər müxtəlif internat məktəblərində, əsasən müharibə qaçqını olan ispan uşaqlarla birlikdə, nəzarət altında böyüyüb və sonradan rus dilini öyrənib.
Həyatı boyu Ukraynanın Herson şəhərində, Qazaxıstanda, Sibirdə və Moskvada yaşayan Angelita, Stalin dövründən sonra tibb təhsili alaraq 1950-ci illərdə İspaniyaya qayıdıb.
Film zaman, yaddaş və kimlik mövzularını ön plana çıxararaq, ana ilə qız arasındakı münasibətləri və “haraya aid olmaq” sualını araşdırır.
Layihədə üzüm yığımı metaforu vasitəsilə keçmiş və bu gün arasında əlaqə qurulur.
Sənədli film ötən il Selanik Sənədli Filmlər Festivalində dünya premyerasını edib və 16 aprel tarixindən etibarən Portuqaliyanın müxtəlif şəhərlərində nümayiş olunacaq.
Vaxtımız var idi, şərait əla... - Yevtuşenkonun Heminqueyə yazdığı şeir Jan-Klod Vandam Putini “yaxşı dost” adlandırıb "Körpücük sümüyündə öpüşümü buraxdım?.." - Sevinc Yunuslunun yeni şeirləri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 14 Aprel 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















