Icma.az
close
up
RU
Soyuq havada infarkt riski 3 dəfə artır Kardioloqdan XƏBƏRDARLIQ

Soyuq havada infarkt riski 3 dəfə artır Kardioloqdan XƏBƏRDARLIQ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada ölüm səbəbləri arasında hələ də ürək və damar xəstəlikləri birinci yerdədir. 2022-ci ilin məlumatlarına görə, dünya üzrə 19 milyon 800 min insan ürək-damar xəstəlikləri səbəbindən həyatını itirib. Xüsusilə qış aylarında ürək-damar xəstəlikləri ilə əlaqəli risklər nəzərə çarpacaq dərəcədə artır.
 

Bədənimiz soyuq havada istiliyini qorumaq üçün qan damarlarını daraldır. Damarların yığılması qan axınını çətinləşdirir və təzyiqin yüksəlməsinə səbəb olur. Nəticədə, ürək bədənə qan vurmaq üçün daha çox işləmək məcburiyyətində qalır. Ürək əzələsi üzərində yaranan bu əlavə yük, xüsusilə, yüksək təzyiqi olan xəstələrdə nəzarətsiz təzyiq artımına, infarkta və insult riskinə gətirib çıxarır.


Bundan əlavə, soyuq havada qanın axıcılığının azalması da infarkt və insultla nəticələnə bilər. Aparılan araşdırmalara görə, bütün bu amillər soyuq havada infarkt riskini təxminən 3 dəfə artırır.
Bəs bu təhlükəyə qarşı soyuq havalarda hansı tədbirlər görmək lazımdır?
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli kardioloq Əmrah Ərdoğan, xüsusilə, yüksək təzyiqi və ürək-damar xəstəliyi olan şəxsləri qışda daha diqqətli olmağa çağırıb və öz məsləhətlərini bölüşüb.
Bədəninizi isti saxlayın, ani temperatur dəyişikliyindən qaçın
Qış aylarında bədəni isti saxlamaq ürək sağlamlığını qorumaq üçün ən vacib qaydadır. Ürəyinizi qorumaq üçün soyuq havalarda qat-qat geyinməyə diqqət yetirin. Soyuq havada vacib olmaqdıqca çölə çıxmayın.
 

Baş, əllər və ayaqlar soyuq havada istiliyi daha tez itirir. Buna görə də papaq, əlcək və şərfdən istifadə edərək bu nahiyələri qorumaq çox vacibdir. Soyuq və yağışlı havalarda su keçirməyən gödəkçə və çətirdən istifadəni vərdiş halına gətirin. Bundan başqa, isti mühitdən birdən-birə soyuq havaya çıxmaq bədəni şoka sala bilər.


Sürətlə isinmək üçün isti su, elektrik qızdırıcıları və ya isti yastıq kimi birbaşa istilik verən vasitələrdən istifadə etməyin. Əgər geyimləriniz islanıbsa, quru paltar geyinib, isti bir yerə keçməyiniz kifayətdir.
Təzyiqinizi mütəmadi ölçün, peyvəndlərə laqeyd yanaşmayın
Qış aylarında soyuq hava arterial təzyiqin gözlənilmədən yüksəlməsinə səbəb ola bilər. Buna görə də evdə təzyiq ölçən cihaz saxlayın və qan təzyiqinizi mütəmadi olaraq yoxlayın.
 

Göstəricilərdə ciddi dəyişikliklər müşahidə etsəniz, gecikmədən kardioloqa müraciət edin. Eyni zamanda, qrip və pnevmoniya zamanı orqanizmdə artan iltihabi proseslər damar divarlarına mənfi təsir göstərir.


Bu vəziyyət ürək damarlarında lövhələrin qopmasına və infarkta səbəb ola bilər. Bu səbəbdən, 65 yaşdan yuxarısınızsa və ya şəkərli diabet kimi xroniki xəstəliyiniz varsa, qrip və pnevmokok peyvəndi ilə bağlı mütləq həkimlə məsləhətləşin.
Qidalanmaya fikir verin
Sağlam qidalanma, xüsusilə, qış aylarında ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. Rasionunuza bol miqdarda təzə meyvə, tərəvəz və taxıllı bitkilər əlavə edin.
 

Xolesterini yüksəldən qızardılmış və ya duzlu qəlyanaltıları isə azaldın. Qış aylarında susuzluq hissi azaldığı üçün su içməyi unuda bilirik. Halbuki orqanizmin susuz qalması yayda olduğu kimi qışda da ürəyə əlavə yük salır. Buna görə gün ərzində 2–2,5 litr ilıq su və bitki çayları qəbul etməyi vərdiş edin.


Həmçinin, qışda isti bir fincan qəhvə və ya çay içmək xoş olsa da, həddindən artıq kofein qan təzyiqini yüksəldə bilir.
Əllərinizi tez-tez yuyun
Soyuqdəymə və yoluxucu xəstəliklərə səbəb ola biləcək mikroblar ürəyimizə də zərər verə bilər.
Özünüzü mikroblardan qorumaq üçün əllərinizi ən azı 20 saniyə ərzində tez-tez sabun və su ilə yuyun. Mümkün qədər qapalı məkanlarda olmaqdan və xəstə insanlarla yaxın təmasdan çəkinin.
Fatimə Əliyeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Yanvar 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri