Icma.az
close
up
RU
Soyuq havalarda avtomobilə necə qulluq göstərməli? QIZIL QAYDALAR

Soyuq havalarda avtomobilə necə qulluq göstərməli? QIZIL QAYDALAR

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Qışda avtomobillərin qulluq və baxımı xüsusilə önəmli olur. Bu fəsildə avtomobil sahibləri qarşılaşdıqları çətinlikləri həll etmək üçün bəzən səhvlərə yol verirlər ki, bu da nəqliyyat vasitəsinin daha tez sıradan çıxmasına səbəb olur.

Bəs soyuq havalarda avtomobillərə hansı qulluqlar edilməlidir?

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən avtomobil ustası Sahil Ağabəyli bildirib ki, hava dəyişikliyi avtomobil sektoruna əhəmiyyətli təsir göstərmir. Onun sözlərinə görə, buna səbəb dekabrın 15-dən bu yana avtomobillərdə qış rejiminə keçidlərin başlamasıdır.

Sahil Ağabəyli, avtomobil ustası

S.Ağabəyli nəzərə çatdırıb ki, bu keçidlərə təkərlərin yenilənməsi, 5-10 dərəcə kimi şaxta olan bölgələrdə mühərrik yağı seçimlərində dəyişikliklər, şüşə silənin fırçalarının yenilənməsi, şüşə silənə donmaya qarşı mayelərin tökülməsi, radiatorda dövr edən soyuducu maddənin tərkibi öyrənilməsi aiddir:

“Bunlara diqqət etmək günlük-aylıq havanın dəyişkənliyi ilə əlaqədar deyil. Avtomobillər dekabrın 15-dən martın 15-nə qədər qış mövsümünə hazır olmalıdır”.

Baş Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı, yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
Vurğulanıb ki, bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında fasiləsiz xidmət aparıldığını qeyd edib və bir daha sürücülərə müraciət edərək onları dumanlı, yağışlı havalarda sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, ötmə, manevr etmə, dayanma, durma, parklama zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri