Icma.az
close
up
RU
Söyüş söyən insan psixi xəstədir?

Söyüş söyən insan psixi xəstədir?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gündəlik həyatda danışığı zamanı arqo ifadələrdən tez-tez istifadə edənlər şəxslərə “savadsız” damğası vuranlar da azlıqda deyil. Digərləri bunu xarakterdəki kobudluqla izah edir

Həkim-psixiatr Abdulla Şıxlinskinin sözlərinə görə, insanın danışarkən seçdiyi sözlər, cümlələri necə qurması, jestlərdən istifadə qaydası və s. onun psixoloji vəziyyəti barədə ciddi məlumat verir.

Moderator.az xəbər verir ki, O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, insanın nitqi onun daxili aləminin ən mühüm göstəricilərindən biridir:

“Psixiatriyada, psixologiyada və psixoterapiyada insanın nitqinə, danışıq tərzinə, jestlərinə baxaraq onun keçirdiyi hissləri, emosional vəziyyətini, dəyərlər sistemini və bəzi psixoloji xüsusiyyətlərini müəyyən edə bilirik. Yəni insan hansı hisslərlə yaşayır, dünyaya necə baxır, bunlar nitqində öz əksini tapır...

Gündəlik dildə “söyüş” deyilən ifadələr elmi terminologiyada “qeyri-normativ leksika” adlanır və bu cür sözlərdən istifadə insanın özünü başqa formada ifadə etməkdə çətinlik çəkməsinin göstəricisi ola bilər”.

A.Şıxlinskinin fikrincə, bunun əsas səbəblərindən biri insanın pedaqoji təsir imkanlarının zəif olmasıdır:

“Adətən, “tərbiyə” sözü işlədilir. Mən bunu daha çox pedaqoji təsir vasitələri kimi izah edirəm. İnsan lazımi pedaqoji təsir görməyəndə, həyatından narazı olanda, daxili kompleksləri çox olanda, yaşadığı cəmiyyətlə bağlı narazılıqları artanda bunu bəzən qeyri-normativ leksika ilə ifadə edir”.

Psixiatrın sözlərinə görə, bu cür insanlar çox vaxt özlərini başqa yollarla ifadə edə bilmirlər:

“İnsan var ki, özünü gördüyü faydalı işlərlə, yaradıcılığı ilə, sevgisi ilə, xeyirxahlığı ilə ifadə edir. Amma bunları bacarmayan insanlar bəzən söyüşü özünüifadə vasitəsinə çevirirlər. Bu, insanın mənəvi aləminin kasad olması və özünü başqa formada təqdim edə bilməməsi ilə əlaqəlidir".

Psixiatr hesab edir ki, insan özünü elm, incəsənət və ya cəmiyyətə faydalı fəaliyyətlə ifadə edə bilirsə, buna ehtiyac duymur:

"Əgər insan alimdirsə, yazıçıdırsa, bəstəkardırsa və ya cəmiyyət üçün faydalı iş görürsə, o, özünü gördüyü işlərlə ifadə edir. Bunu bacarmayan insanlar isə bəzən düşünürlər ki, qeyri-normativ leksikadan istifadə etməklə diqqət çəkə və özlərini fərqləndirə bilərlər”.

“Müxtəlif ölkələrdə söyüşdən geniş istifadə olunması həmin cəmiyyətlərdə mənəvi problemlərin mövcudluğundan xəbər verə bilər. Kitab oxumağa marağın azalması, mütaliənin zəifləməsi və insanların mənəvi inkişafına kifayət qədər vaxt ayırmaması da bu prosesə təsir göstərən amillərdəndir.

Azərbaycanda da son illər bu tendensiya daha çox müşahidə olunur. İnsanlar əvvəlki kimi mütaliə etmir, mənəvi inkişaf üzərində işləmirlər. Nəticədə, nitq mədəniyyəti də zəifləyir və qeyri-normativ leksikadan istifadə halları artır”, - deyə A.Şıxlinski əlavə edib.

Psixiatrın sözlərinə görə, söyüşdən istifadə normal davranış hesab edilə bilməz:

“İnsan digər canlılardan fərqli olaraq nitqini daim inkişaf etdirməlidir. Qeyri-normativ leksika həm ünsiyyət mədəniyyətinin zəifliyini, həm də insanın kifayət qədər pedaqoji təsir görmədiyini göstərə bilər. Belə insanların uşaqlıq dövründə bir çox ehtiyacları ödənilməyib, buna görə də onlar həyatdan narazı böyüyüblər”.

Yüksək vəzifəli və tanınmış şəxslərin söyüş işlətməsinə də münasibət bildirən Abdulla Şıxlinski qeyd edib ki, vəzifə insanın mənəvi kamilliyini göstərən meyar deyil:

“Rəsmi şəxslər də insanlardır. Digər insanlarda olan psixoloji problemlər onlarda da ola bilər. Vəzifədə olmaq insanın yüksək mənəviyyata və ya güclü pedaqoji təsir görməsinə dəlalət etmir. Elə insanlar var ki, heç bir vəzifəsi yoxdur, amma heç vaxt söyüş işlətmir.

O, xarici film və seriallarda söyüşlərin geniş istifadə olunmasına da toxunaraq bildirib ki, əvvəlki dövrlərdə, xüsusilə sovet filmlərində belə hallara rast gəlinmirdi:

“Sovet dövründə çəkilmiş filmlərdə demək olar ki, söyüş yox idi. İnsanlar narazılıqlarını başqa sözlərlə ifadə edirdilər. O dövrdə söyüş böyük qəbahət sayılırdı və buna cəmiyyətdə mənfi münasibət vardı. İnsanın sosial vəziyyəti və həyat şəraiti də onların danışıq tərzinə təsir göstərir. Əgər o, daim gərginlik içində yaşayırsa, sabahından narahatdırsa, maddi problemlərlə üzləşirsə və ehtiyacları ödənilmirsə, bu, onun psixoloji durumuna təsir edir. Belə vəziyyətlərdə qeyri-normativ leksikadan istifadə halları arta bilər. Bu məsələnin psixoloji tərəfi də məhz bununla bağlıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 İyul 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri