Icma.az
close
up
RU
Söyüşün “azadlıq” maskası: Mənəviyyatı hədəf alanlar (ŞƏRH)

Söyüşün “azadlıq” maskası: Mənəviyyatı hədəf alanlar (ŞƏRH)

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Söz və fikir azadlığı demokratik cəmiyyətlərin əsas sütunlarından biridir və bu hüquq hər kəs üçün təmin olunmalıdır. İnsanların fərqli mövqelərdən çıxış etməsi, tənqidi düşüncələrini bölüşməsi və ictimai proseslərə münasibət bildirməsi normal və hətta zəruridir. Lakin bu azadlıq heç vaxt söyüşə, təhqirə, ədəbsizliyə və sistemli şəkildə nifrət dili yaymağa bəraət qazandıra bilməz. Xüsusilə də bu cür davranışlar günlərlə, aylarla davam edən kontent strategiyasına çevrildikdə, artıq söhbət fikir azadlığından deyil, ictimai təhlükədən gedir”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış jurnalist Arif Əliyev deyib. O bildirib ki, belə yanaşmalar cəmiyyətin ümumi mənəvi mühitinə ciddi zərbə vurur:
“Söyüş və təhqir dili təkcə ayrı-ayrı şəxsləri hədəfə almır, bütövlükdə xalqın mentalitetinə, ictimai münasibətlər sisteminə və psixoloji sağlamlığına mənfi təsir göstərir. Cəmiyyətin aqressivləşməsi, normal dialoq mədəniyyətinin sıradan çıxması və nifrət üzərində qurulan müzakirələrin normallaşması uzunmüddətli perspektivdə çox təhlükəli nəticələr doğura bilər. Digər tərəfdən, bu proseslər hüquqi müstəvidə də ciddi risklər yaradır. İctimai qınağın və özünütənzimləmənin zəif olduğu hallarda, dövlətlər adətən daha sərt qanuni mexanizmlərə əl atmaq məcburiyyətində qalırlar. Yəni, bu gün “sərhədsiz ifadə azadlığı” adı altında yol verilən ədəbsizliklər sabah daha ciddi məhdudiyyətlərin tətbiqinə gətirib çıxara bilər. Bu isə sonda elə həmin azadlıqların özünün zərər görməsi ilə nəticələnir. Xüsusilə özlərini bloqer və ya “media nümayəndəsi” adlandıran, lakin ölkə xaricində qalaraq toxunulmazlıq hissi ilə hər cür ifadəyə yol verən şəxslər bu məsuliyyəti daha dərindən dərk etməlidirlər”.
Onun sözlərinə görə, coğrafi məsafə nə etik məsuliyyəti, nə də ictimai təsiri aradan qaldırır:
“Əksinə, geniş auditoriyaya çıxışı olan bu şəxslərin söylədikləri cəmiyyətdə daha böyük dalğalar yaradır. Söyüş və ədəbsizlik heç bir siyasi mövqeyə görə haqq qazandırıla bilməz. İstər hakimiyyətə qarşı olsun, istər müxalif mövqedən səslənsin bu cür ifadələr birmənalı şəkildə qəbuledilməzdir və cəmiyyət tərəfindən açıq şəkildə rədd edilməlidir. Təəssüf ki, hazırda bu istiqamətdə yetərli ictimai reaksiya müşahidə olunmur. Ayrı-ayrı fərdlərin etirazı olsa da, ümumi və prinsipial ictimai mövqe formalaşmır. Halbuki məhz ictimai reaksiya bu cür halların qarşısını alan ən effektiv mexanizmlərdən biridir. Cəmiyyət susduqda və ya laqeyd qaldıqda, boşluq yaranır və həmin boşluğu daha sərt inzibati və hüquqi alətlər doldurur. Bu isə nəticə etibarilə həm fərdlər, həm də cəmiyyət üçün daha ağır nəticələrə səbəb ola bilər”.
Xatırladaq ki, sosial şəbəkələrdə “söyüş bloqeri” kimi tanınan şəxslər arasında adları tez-tez hallananlar Tural Sadıqlı və Qabil Məmmədovdur. Onların paylaşımlarında canlı yayımlar zamanı təhqir, söyüş və aqressiv ifadələrdən istifadə etməsi diqqət çəkir. Bu tip bloqerlər adətən mübahisəli çıxışlar edir, digər sosial media istifadəçilərini hədəfə alır, qalmaqallı mövzular üzərindən izləyici toplamağa çalışırlar. Bəzi hallarda şəxsi münasibətlərin, qarşıdurmaların və ya sosial problemlərin kobud üslubda müzakirəsi onların əsas kontent xəttini təşkil edir.
Leyla Turan
Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Fevral 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri