Icma.az
close
up
RU
Sözə söykənərək yaşamaq və yazmaq

Sözə söykənərək yaşamaq və yazmaq

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Asim YADİGAR
Naxçıvan MR Yazıçılar Birliyinin sədri

Naxçıvan ədəbi mühitinin yetirməsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair, alim, Prezident mükafatçısı, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Elxan Yurdoğlunun adı nəinki Naxçıvanda, eləcə də ölkəmizin ədəbi, elmi mühitində, Azərbaycandan kənarda da yaxşı tanışdır. Çünki Elxan Yurdoğlu bir şair, bir alim kimi dəfələrlə qardaş Türkiyənin ədəbi-mədəni, elmi tədbirlərində iştirak edib, poeziya tədbirlərində, elmi konfranslarda, seminaralarda maraqlı çıxışları ilə hamının yaddaşında iz buraxıb.

Elxan Yurdoğlunun Naxçıvanda "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində yenicə çapdan çıxan iki nəfis tərtibatlı kitabı ilə üz-üzəyəm. Mən ilk növbədə demək istəyirəm ki, bu iki kitab qələm dostumuzun 45 yaşına ədəbi hesabatıdır. 1100 səhifəlik bu iki kitab şair Elxanın yox, alim və publisist Elxan Yurdoğlunun son 10 illik yaradıcılığının hesabatıdır. Ona görə də qələm dostumuzu həm 45 illik yubileyi, həm də iki maraqlı kitabının çap olunması münasibəti ilə ürəkdən təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzulayıram. Həm də oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, Elxan Yurdoğlu həm də iyirmiyə yaxın şeir, tərcümə, ədəbi-bədii, elmi və publisist kitabın müəllifidir.

Elxan Yurdoğlu mətbuata çıxış etməyə başladığı 2000-ci ildən 2015-ci ilə kimi olan ədəbi-bədii yazılarını 2015-ci ildə "Ömrüm ədəbi kitab" adı ilə oxuculara təqdim etmişdi. "Yaşadıqca yazmaq, yazdıqca yaşamaq" kitabı isə müəllifin 2015-2019-cu illərdə qələmə aldığı ədəbi-bədii yazılarını əhatə edir. Müəllif bu kitabında, demək olar, beş illik zaman kəsiyində yazdığı məqalələri, resenziyaları, müsahibələri, ədəbi-bədii tədbirlərdəki çıxışları, görkəmli elm adamları, tanınmış şair və yazıçılar, eləcə də ədəbiyyata yenicə gələn gənclər haqqında, qələm dostlarının kitablarına yazdığı ön sözlər, qələm dostlarının, tanınmış elm adamlarının onun özünün kitablarına yazdığı ön sözlər, kitabları haqqında resenziyalar, hətta mətbuata verdiyi müsahibələr və digər yerlərdəki çıxışlarından ibarət yazıları toplanıb. Son beş ili, yəni 2020-2024-cü illəri əhatə edən "Mən sözə söykənmişəm" kitabında da yuxarıdakı ardıcıllığa əməl edən tədqiqatçı alim zərgər dəqiqliyi ilə gözündən heç nəyi qaçırmayaraq sanballı şəkildə oxucularına təqdim edib. Mən Elxan müəllimə minnətdaram ki, Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələri ilə yanaşı, hal-hazırda yaşayan qələm dostlarının, gənclərin yaradıcılığı, kitabları haqqında düşüncələri, dəyərli məqalələr şəklində bu nəşrlərdə yer alıb.

Elxan Yurdoğlunun "Yaşadıqca yazmaq, yazdıqca yaşamaq" kitabına özünün yazdığı "Xoş gördük, oxucu dost" adlı ön sözü oxucuları üçün də maraqlıdır. Kitabdakı yazıları müxtəlif başlıqlar altında oxucusuna təqdim edən müəllif yazı manifestini də ortaya qoyub. Elxan Yurdoğlu yazır: "Biz qələm adamları yazdıqca yaşayırıq və yaşadıqca da yazmağa çalışırıq. İnanıram ki, bu yazılar bugünün elmi-ədəbi mühitinə güzgü tutduğu kimi, gələcək nəsillər üçün də bəhs olunan dövrün mənzərəsinin, həmçinin müxtəlif insanların portret ştrixlərinin açılmasında, bir-birindən fərqli kitabların oxucu üçün daha yaxşı əxz edilməsində müraciət edənlərə kömək ola biləcəkdir.

Hər insanı ayrılıqda bir kitab kimi düşünəndə mən də ömür kitabımın müxtəlif səhifələrini köçürdüyüm növbəti nəşri sizə təqdim etməyin sevincini yaşayıram".

Hər iki kitaba səbirlə, təmkinlə göz gəzdirmişəm, bəzi məqalələri oxumuşam. Bu kitablarda nələr yoxdur? Bəşəriyyətin yaranmasından tutmuş, "Kitabi-Dədə Qorqud" dastanından başlamış bu gün Naxçıvan ədəbi mühitində təzəcə tanınmağa başlayan gənclərə də yazılar həsr edən tədqiqatçı alim kimi Elxan Yurdoğlunun oxucusuna fikir ötürmək bacarığı məni sevindirir.

Hər iki kitabdakı "Düşüncələr", "Resenziyalar və məktublar", "Ön sözlər", "Müsahibələr", "Adamlar", "Təəssüratlar", "Xəbərlər və Sorğular" və s. bölmələrində Elxan Yurdoğlunun ədəbiyyatla bağlı düşüncələri, fikirləri, təhlil etdiyi kitablara münasibəti, ön sözlər yazdığı kitablarda müəllif fikirlərinin açılmasında araşdırmaları, düşüncələri, gənc qələm sahiblərinin yaradıcılığında işığa sevinməsi, maraqlı şeirləri təhlil edəndə poetik fikirlərə münasibəti də maraqlıdır. Bu kitablar əslində iki cild kimidir. Amma düşünürəm ki, Elxan Yurdoğlunun 2015-ci ildə çap etdirdiyi "Ömrüm ədəbi kitab"ına birinci cild yazılsaydı, bu kitablar da ardıcıl 2-ci, 3-cü cildlər ola bilərdi və müəllif gələcəkdə də bu səpkili kitablarını çoxcildli kitablar şəklində oxucusuna təqdim edərdi.

Bu kitablarda çox maraqlı yazılar toplanıb. Sadəcə olaraq kitablarda məqalələr həsr olunmuş müəlliflərin, məqalələrin adlarını çəksə idim, böyük bir siyahı yaranardı. Yəni Dədə Qorquddan, Hüseyn Caviddən, Eynəli bəy Sultanovdan, Cəlil Məmmədquluzadədən başlayaraq akademiklər, professorlar İsa Həbibbəyliyə, İsmayıl Hacıyevə, Hüseyn Həşimliyə qədər neçə-neçə ədəbiyyat və elm xadimlərimiz haqqında xoş sözlər, fikirlər bu məqalələrin ruhuna və qanuna hopub. Naxçıvan Yazıçılar Birliyinin konfransındakı çıxışını, qəzetdə onun haqqında gedən hər bir əhəmiyyətli xəbəri belə kitabına daxil edən Elxan Yurdoğlunun gözündən, demək olar ki, heç nə yayınmayıbdır.

Mən Elxan Yurdoğlunu düz 25 ildir tanıyıram. Onun necə zəhmətkeş yaradıcı insan olduğuna bələdəm. Çox işgüzardır. Zəngin mütaliəsi var. Yol gedəndə belə qəzet, kitab oxumağından qalmır. Qeydlər edir və bu qeydlər sonralar şeirə, məqaləyə çevrilir.

Naxçıvanda Elxanın şeirlərinə ilk dəfə mən baxmışam. Məndən əvvəl isə Qubada gözəl şairimiz Ramiz Qusarçaylının, Qazaxda isə istedadlı şair Barat Vüsalın təşkil etdiyi dərnəklərdə ilk şeirlərini oxuyub. Elxanın ilk kitabını nəşriyyata mən təqdim etmişəm. Həmin kitaba kiçik bir "Ön söz" də yazmışam. "Naxçıvan dastanı" miniatür kitabının təqdimatında etdiyim çıxış, eləcə də mənim kitablarım haqqında yazdığı məqalələr Elxanın bu kitablarında, eləcə də "Ömrüm ədəbi kitab" məqalələr toplusunda çap olunub. Elxan Yurdoğlu mənim 60 və 70 illik yubileylərimdə də mətbuatda məqalə dərc etdirib, Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən 60 illik yubiley tədbirində çıxış edib.

Elxan Yurdoğlu, Allah ömür versə, yaşaya bilsəm, söz verirəm ki, 50 illik yubileyində çıxış edib, sənə söz borcumu qaytaracağam.

Elxan Yurdoğlu həm də yaxşı yol yoldaşıdır. Mən onunla 2012-ci ildə Türkiyənin Gümüşhanə şəhərində olmuşam. Bir otaqda qalmışıq. 2022-ci ildə Şuşada Vaqif Poeziya Günlərində olmuşuq. 2014-cü və 2022-ci illərdə isə Azərbaycan Yazıçılar Birliyinin qurultaylarında iştirak etmişik. Bu kitablarda Elxanın bu səpkili çox maraqlı yazıları oxuculara təqdim olunub.

Elxan Yurdoğlu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin tələbəsidir. Elxan məhz elə İsa müəllimin məsləhəti ilə elm aləminə qədəm qoyub. Elə ona görə də sevimli müəlliminin elm aləmində necə fədakarlıq göstərdiyini görür və özü də bu yolun yorulmaz yolçusudur. Mən fikrlərimi İsa müəllimlə bağlı bir haşiyə ilə tamamlamaq istərdim: "1982-ci ildə mən Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsində məsləhətçi vəzifəsində işləyirdim. Hüseyn Cavidin 100 illik yubileyi ilə bağlı tədbirə İsa Həbibbəyli də dəvət olunmuşdu. Xalq yazıçımız Hüseyn İbrahimov İsa müəllimin adına bir dəvətnamə yazmışdı. Amma İsa müəllim həmin vaxt Bakıda olduğu üçün tədbirdə iştirak edə bilməmişdi. Bir gün İsa müəllim Hüseyn müəllimin yanına gəlmişdi. Hüseyn İbrahimov İsa müəllimin adına yazdığı dəvətnaməni ona verdi. İsa müəllim dedi ki, Hüseyn müəllim, mən bu dəvətnaməni arxivimdə saxlayacağam. Gələcəkdə bu dəvətnamə Hüseyn Cavidin yubileyinin nə vaxt keçirildiyini gələcək nəsillərə dəqiq bildirəcək".

Mən bu hadisəni ona görə xatırladım ki, Elxan Yurdoğlu da müəllimi İsa Həbibbəyli kimi özü ilə bağlı hər bir yazını diqqətlə qoruyub saxlaya bilib. Haqqında bəhs etdiyim bu iki kitab da zərrə-zərrə, damla-damla toplanıb göl olmuşdur. Arzu edirəm ki, Elxanın belə kitablarının sayı daha çox olsun. Elxanın təbirincə desək, bu kitablar Elxanın "Ömür kitabları"dır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2026 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri