Icma.az
close
up
RU
Sputnik Azərbaycan ı hər zaman təhdid hesab etmişəm DEPUTAT

Sputnik Azərbaycan ı hər zaman təhdid hesab etmişəm DEPUTAT

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Rusiya-Azərbaycan münasibətlərində gərginlik müşahidə edilməkdədir. Bu gərginliyin artmasında Rusiya dumasının üzvlərinin, eləcə də media orqanlarının rolu heç də az deyil. Bu gün Azərbaycandakı Rus evi fəaliyyətini dayandırıb. Mətbuatda və sosial şəbəkələrdə Rusiyanın Azərbaycanda fəaliyyət göstərən media qurumlarının da bağlanmasına çağırışlar edilir.

Yerli mətbuatda həmçinin "Sputnik Azərbaycan"ın fəaliyyətinin məhdudlaşdırılacağı bildirilir. 

Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq olaraq, “Azərtac”ın Rusiyadakı müxbirləri qədər “Rossiya seqodnya”nın müxbirləri də ölkəmizdə işləyəcək.

Qeyd edək ki, “Rossiya seqodnya”nın Bakı bölməsinin işinə 40-a yaxın şəxs cəlb olunub. Filialın özünün isə ləğvi gözlənilir - “Rossiya seqodnya” Azərbaycanda işini bir müxbirlə davam etdirəcək və onun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında KİV müxbirlərinin statusu haqqında 9 yanvar 2001-ci il tarixli sazişə uyğun olaraq tənzimlənəcək.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, "Sputnik Azərbaycan"ın informasiya təhlükəsizliyinə hər zaman təhdid hesab edib:

“Sputnik-Azərbaycan” Azərbaycanın qatı düşməni olan Marqarita Simonyanın baş redaktor vəzifəsində çalışdığı “Rossiya seqodnya” beynəlxalq informasiya ağentliyi Federal Dövlət Unitar müəssisənin Bakı filialıdır. Yəni Rusiyanın dövlət resursunun törəmə müəsisəsidir. “Media haqqında” qanunun 11.2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır. Həmçinin eyni qanunun 69.2-ci maddəsində bildirilir ki, “xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 (iyirmi beş) faizədək olan hissəsinə sponsorluq edə bilərlər”. Qeyd edim ki, Sputnik.az domeninin sahibi də “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyi” Federal Dövlət Unitar müəssisəsidir. Doğrusu, “Sputnika Azərbaycan”ın necə maliyyələşdirilməsi haqqında məlumatlı deyiləm. Əgər, sözügedən media resursunun məhsulu və təbii ki, bu məhsulun ərsəyə gətirilməsi üçün zəruri olan fəaliyyətin 25%-dən çoxu xaricdən, yəni Rusiyadan maliyyələşirsə, o zaman bu, ciddi qanun pozuntusudur. Bütövlükdə isə, sözügedən resursun Azərbaycanın informasiya təhlükəsizliyinə hər zaman təhdid hesab etmişəm və bu gün də eyni fikirdəyəm. “Sputnik.az” domen adının sahibinin kim olmasından, həmçinin hansı dillərdə yayımlanmasından asılı olmayaraq, bu resurs Azərbaycanın informasiya məkanında fəaliyyət göstərir və milli domen adı daşıdığı üçün tamamilə ölkəmizin qanunvericiliyinə tabe olmalı, ölkəmizin milli maraqlarına, başqa dövlətlərin suverenliyi və ərazi bütövlüyü ilə bağlı Azərbaycanın rəsmi mövqeyinə zidd informasiyalar yaymamalıdır. Amma biz bunun əksini müşahidə edirik və hesab edirəm ki, belə bir resursun ölkəmizdə fəaliyyət göstərməsinə heç bir lüzum yoxdur".

Deputat eyni yanaşmanın BBC-yə (“BBC News Azərbaycanca”) və digər resurslara da şamil edilməsini zəruri sayır:

"BBC də bəlli olduğu kimi, Azərbaycana düşmən kəsilən USAID-in maliyyələşdirdiyi təsisatlardan biridir. 
Azərbaycanda xarici ölkələrin jurnalistləri “Media haqqında” qanunun 11-ci maddəsinin tələblərinə uyğun olaraq, akkreditasiyadan keçməklə, ölkəmizin qanunlarına uyğun şəkildə, filial, şöbə və s. təsisat kimi deyil, jurnalist fəaliyyət göstərə bilərlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri