Icma.az
close
up
RU
Ssenari bərbad, rejissor işi ondan da bərbad Ərəblər azərbaycanlı uşaqları zorlayır?

Ssenari bərbad, rejissor işi ondan da bərbad Ərəblər azərbaycanlı uşaqları zorlayır?

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Günel Novruzun “Apatiya 2” filmi haqqında yazısını təqdim edir.

Əvvəlcədən deyim ki, mən filmin heyətindən heç kimi tanımıram, heç kimə nifrət etmirəm, heç kimlə qərəzim yoxdur.
Haqqımda bu filmin ssenarisi kimi ağzınızagələn hekayə qurmayın.

Ümumiyyətlə, neçə vaxtdır stimul yoxluğundan əziyyət çəkirəm, yazmağa həvəsim yoxdur, amma sevgilimin təklifiylə, “Apatiya 2” filminin qalasında iştirak etdim.

Açığı, tələbə vaxtı belə tədbirlərə özüm can atırdım. Sonra hər şey kimi mədəniyyət tədbirlərinin də zayı çıxdı.

Ora gələnlərin əksəriyyəti filmə, sənətə aidiyyatı olmayan, şouya həvəsli, məşhurlarla şəkil çəkdirmək üçün əldən-ayaqdan gedən psevdointellektuallardır.

Adamın əti tökülür. Kofeni elə içirlər, elə geyinib-kecinirlər, elə bilərsən ki, bunlar sənətlə yatıb-dururlar, sənətlə nəfəs alırlar.

Çoxu qadınsızlıqdan əziyyət çəkir, çoxu təsadüfən mühitə düşmüş, şişirdilmiş kompleksli təqlidçilərdir. Qadınlar da ki... Onlar haqqında danışmağa dəyməz. Gözəldirlər, qəşəngdirlər, dişləri muncuq kimi, üzləri bərli-bəzəkli, paltarları göz qamaşdırır, amma sənətlə, xüsusliə, kino ilə yaxından-uzaqdan heç bir əlaqələri yoxdur.

Nə isə, özümü söydürmək niyyətim yoxdur, onsuz da cavab verən deyiləm.

Keçək filmə.

İndi mən film deyirəm, amma sənət tanrısı şahiddir ki, mənim o gün baxdığım film-zad deyildi, ən yaxşı halda demək olar ki, Hikmət bəy Rəhimov sevgisizlikdən əziyyət çəkən uşaqlar haqqında sosial çarx çəkib.

Ssenari yarım-yapalaq, rejissor işi, həmçinin. Dram? Hardadı dram?

Kastinq bərbad!

Xeyli də texniki qüsur. Hələ mən adi tamaşaçı kimi, ADMİU-nun tələbəsi kimi gördüklərimi yazıram. Peşəkarlar baxsa, əminəm, susacaqlar, heç nə yazmayacaqlar.

Çünki bu sosial çarxı haqqında ancaq tənqidi fikirlər söyləmək olar.

Ərəb turist uşaq evindən “aldığı” oğlanla hoteldə cinsi əlaqədə olur və uşaq elə cinsi akt zamanı ölür.

Məsələ odur ki, məni qətiyyən inandırmadı ssenari. Başa düşürəm, filmlər senaristlərin, rejissorların nağılıdır, onsuz da hər şey realdakı kimi əks olunmur, aydındır, amma mən filmi izləyə-izləyə filmə baxdığımı unutmadım. Bir an belə unutmadım. Yəni film məni “yemədi”.

Sonra məlum olur ki, ölən uşaq yetim imiş, onu ərəb turistə uşaq evinin müdiri və katibəsi satıb.

Müdir də nə müdir... Birinci elə bildim, geydi. Jestikulyasiyası, səs tonu... O niyə uşağın qarşısında stolun üstünə çıxıb rusca şeir deyirdi ki? Nə deməkdi ki, bu? Nə deməkdi də? Hələ o şeirin azərbaycanca subtitrı.

Çox bayağı səhnə idi. Çox!

Müdirin katibəsi... Katibənin danışığı...

Guya nəsə manyakaoxşar bir tip yaratmaq istəyiblər, ancaq ortaya passiv gey obrazı çıxıb.

Hikmətin uşaqların yanında onu danlamağı, ona “oğraş” deməyi...

Hələ müstəntiqin suallarına cavab verən hotelin qeydiyyat şöbəsində işləyən oğlan. O necə danışıqdı, o nə cavablardır...

Ümumiyyətlə, ərəb pedofil azərbaycanlı azyaşlı uşaqla özünə hoteldən necə nömrə götürə bilər ki?

İzləyəndə ətim tökülmüşdü, o heç, yaza-yaza təzədən ət tökürəm, ilahi.

Uşaq evindən qaçan uşaqlar... İlahi, deyəsən, sonacan yaza bilməyəcəm. O necə qaçış səhnəsi idi?! Əgər elə rahatca velosipedə minib getmək mümkündürsə, uşaqlar niyə qorxurlar, kimdən qorxurlar?

Onların geyimi, ayaqqabıları...

Onlar uşaq evini tərk edəndə... Bir uşaqla rastlaşırlar. Fit çala-çala biloji ehtiyacını ödəyən uşaqla rastalşırlar. Bu yerdə istədim çiyinlərimi gəmirim. Niyə?

Nəyə görə?

Nə ehtiyac vardı?

Məsələn, o səhnə olmasa idi, nə dəyişəcəkdi? Guya çömbəlib təbii ehtiyacını ödəyən uşağı göstərməklə film təbiiləşir?

Peraşki oğurlayan uşaqların dalınca qışqıran satıcı obrazı... İlahi... Öləcəm mən.

Rasim Cəfər niyə belə bir işə razılaşıb, bilmirəm, ancaq onun evin qapısını açıq qoyub arvadıyla dalaşan aktyor obrazı çox pis idi e. Aktyorlar vulqar səhnəni niyə evin qapısını açıq qoyub məşq etsinlər ki?

Hələ o lal səfil qoca. O niyə vardı? O kimdir?

Uşaqlardan biri təsadüfən narkoman əmisi ilə rastlaşır a, aptekdə... Bax, həmin kadrı görəndə də titrəmişdim. Yoxdu da belə təsadüf.

Hələ təsadüfə bax. Küçə davası vaxtı kimsə portmanatını düşürür. İçində də n qədər pul. İşə bax. Los-Anceles kimi od tutub yanır içim, ay Allah!

Sonra başqa bir səfil peyda olur və iki səfil yaşlı iki azyaşlı uşağı “motorların yağını dəyişməyə” – fahişəxanaya “bazlığa” aparırlar. Hara?

Uşaqlar evindən qaçan bu uşağın anasının işlədiyi kafeyə.

Nə imiş? Uşağın anası da həmin kafedə fahişəlik edirmiş. Lap olsun seks işçiliyi. Yəni, əxlaqsız imiş.

Və uşaq da elə öz anasını seçir. Sonra otaqda öldürür onu.

Deməli, uşaq öz anasını tanıyırsa, anası da onu tanımalı idi də, düz demirəm, bəlkə?

Necə olur ki, uşaq anasını tanıyır, onu öldürmək üçün seçir, ancaq ana öz yetimçəsini tanımır... Nəfəsim kəsilir, inanın. Əgər sevgilim yanımda olmasa idi, doğrudan, əl-ayağımı gəmirəcəkdim.

Paralel xətt isə müstəntiqin özüdür, yaşlı xəstə anasıdır, bir də prokurorluğun əməkdaşı olan sevgilisi.

Aydındır ki, müstəntiqin atası yoxdur, anasına çox bağlıdır. Bu hadisə həm də müstəntiqə ona görə çox təsir edir.

Ancaq bunu mən belə yozuram da, filmdə müstəntiqlə yetimxanadan qaçan, anasını öldürən Akiflə heç bir əlaqə qurulmayıb.

O, anasını çimizdir, - O səhnə qəşəng idi, həqiqətən - saçlarını darayır, dərmanını verir, sistemini qoşur və elə anasının yanında da büzüşüb yuxulayır.

Ancaq uşaq fahişəxanada anasını öldürən gün müstəntiqin də anası ölür. Yenə deyirəm, iki ananın ölümü arasında heç bir “dialoq”, səsləşmə, kontakt yoxdur.

Günahkarların dindirilmə səhnəsi... Vay, vay... Öləcəm mən.

Elə bil bikarçılıq olub, deyiblər, gəlin bir dənə film çəkək: qadınlar, fahişəlik, narkomaniya, pedofiliya, sevgisizlik, hüquq-müdafiə orqanlarının işi... Ağızlarına nə gəlsə, zırlayıblar filmə.

Müstəntiqin uşaq evindən götürdüyü, Akifin çəkdiyi şəkli tamaşaçı axıra qədər görmür. Amma o şəkillə, o şəkildəki nişanlarla uşaqların izinə düşmək olardı, yaxud əxlaqsız ananı tapmaq üçün istifadə etmək olardı. Lap tapıb xilas etmək olardı.

Axıra yaxın müstəntiqlə köməkçisinin – sevgilisinin hadisə yerinin – fahişəxananın qapısında, polis işçilərinin qabağında – pilləkəndə oturmağı, sözsüz, amerikan filmlərindən imitasiyasıdır, amma heyif ki, bu təsbitimi sübut eləyə bilmərəm.

Sondakı kadr Akifin atasının – qaynını öldürən Əhmədin həbsxanadan gülümsəməsi, onsuz da heç bir ümid vəd etməyən, qapqaranlıq filmi daha da bərbad etdi.

Tərifləmək olar ki, az büdcəylə çəkilib, film sahəsi ölüdür, belə mövzulara sponsorluq eləyən yoxdur-zad, amma mənim pafoslu cümlələrdən xoşum gəlmir. Ssenari bərbaddır, rejissor işi ondan da bərbad. Bir neçə yerdə operatoru alqışlamaq olar, başqa heç nə.

Aktyorlar alqışlanmaq üçün səhnəyə çıxanda mən ölmüşdüm.

Yusuf Dikeç "Çaqqalın günü" serialında Naxçıvan M.R.-nın yaranmasının 100 illiyi münasibətilə Respublika Uşaq Kitabxanasında tədbir keçirildi "Qırxdan sonra" filmi təqdim edildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Yanvar 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri