Icma.az
close
up
RU
SSRİ yə iş üçün gələn Amerikalı mühəndis 44 il ölkədən çıxa bilmədi

SSRİ yə iş üçün gələn Amerikalı mühəndis 44 il ölkədən çıxa bilmədi

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sovet İttifaqı uzun illər ölkəyə girişi və çıxışı məhdud olan, qapalı ölkə hesab olunurdu. Dünyanın ilk sosialist ölkəsinə işləmək üçün gələn qaradərili amerikalı mühəndis – Robert Robinsonun taleyi bu baxımdan xüsusən maraqlıdır. 23 yaşından Spvet İttifaqına gələn Robinson yalnız 67 yaşında “qırmızı imperiya”nın sərhədlərindən kənara çıxaraq vətəni ABŞ-yə qayıda bilir.

Lent.az amerikalı mühəndisin başına gələn hadisə barədə yazını təqdim edir.

Robert Robinson, 1930-cu ildə ABŞ-da Böyük Depressiyanın təsiri ilə Sovet İttifaqına işləməyə dəvət olunmuş və orada 44 il yaşamış bir afroamerikalı mühəndisdir. Onun həyat hekayəsi, Sovetlərdəki irqçilik və repressiyalarla dolu təcrübələrini əks etdirir.

1930-cu ildə 23 yaşında olan Robinson, Detroyt şəhərindəki Ford zavodunda işləyərkən Sovet nümayəndələri tərəfindən Stalinqrad Traktor Zavodunda işləməyə dəvət edildi. “Böyük Depressiya” adını almış iqtisadi böhranın ən kəskin dövrünə təsadüf edən bu təklif onun üçün cəlbedici görüldü. Sovet mühəndislərinə təlimlər keçən Robinson 2 il Stalinqradda çalışdıqdan sonra Moskvada zavodda çalışmağa başladı.

1934-cü ildə, Sovet təbliğatının bir hissəsi olaraq, Robinson Moskva Sovetinə (şəhər şurası) nümayəndə seçildi. Bu, onun ABŞ vətəndaşlığının ləğv olunmasına səbəb oldu və onun Sovet İttifaqında qalmasına gətirib çıxardı. O, Moskva Mexanika Mühəndisliyi İnstitutunun axşam şöbəsində təhsil aldı və mühəndis kimi işlməyə başladı.

Sovet İttifaqında keçirdiyi illər ərzində Robinson, Stalin repressiyalarını, İkinci Dünya Müharibəsi dövründəki çətinlikləri və Sovet cəmiyyətindəki dərin irqçiliyi öz üzərində yaşadı. O, İttifaqdakı irqçiliyin ABŞ-dakıdan daha görünməz və təhlükəli olduğunu qeyd edirdi.

Robinson, Sovet İttifaqından ayrılmaq üçün dəfələrlə cəhd etdi və nəhayət 1974-cü ildə Uqandaya işçi səfər etmək üçün icazə aldı. Uqandaya gələn kimi o, sığınacaq üçün müraciət etdi və daha sonra vətəni ABŞ-a qayıtdı. 1988-ci ildə "Black on Red: My 44 Years Inside the Soviet Union" adlı xatirə kitabını nəşr etdirdi. Bu kitabda, Robinson Sovet İttifaqında keçirdiyi illəri və oradakı həyatın reallıqlarını ətraflı şəkildə təsvir edir. Həmin kitabdan parçalar:

“Mən müharibənin ikinci ilində rusların öz sovet həmvətənlərinə qarşı fanatik dözümsüzlüyünü öyrəndim. Cəbhəyə gedən fəhlələrin yerinə Özbəkistandan, Qazaxıstandan böyük bir dəstə işçi bizim zavoda göndərildi. Asiya mənşəli əməkdaşları orduya götürməməyə çalışdılar, lakin onları tikinti batalyonlarına göndərdilər: onlara silah deyil, kürək və çəkic etibar edilə biləcəyinə inanılırdı. Özbəklər və qazaxlılar amerikalı məhkumlar kimi daşları köçürür, ağacları kəsir, yollar çəkirdilər. Zavod işçiləri  olan etnik ruslar onlara ikrahla yanaşırdılar; onlara qulaq assanız, asiyalılar axmaq, tənbəl, pis, xain idilər və guya onlardan pis iyi gəlirdi”.

“Sovet İttifaqında irqçiliklə heç vaxt barışmamışam. İrqçilik daim mənim səbrimi sınayıb və insan ləyaqətimi təhqir edib. Ruslar irqi qərəzdən azad olduqları ilə öyündükləri üçün onların irqçilikləri ABŞ-da gəncliyimdə rastlaşdığımdan daha qəddar və təhlükəlidir... Əslində, bu ölkədə rus olmayanların hamısına yuxarıdan aşağı baxılır. İrqçi kateqoriyalara görə, ermənilər, gürcülər və ukraynalılar digər qeyri-ruslardan nisbətən yaxşı hesab olunurdu. Daha sonra bu kateqoriyaya sovet respublikalarından olan asiyalılar – özəbklər, türkmənlər, qazaxlar, qırğızlar və taciklər gəlirdi. Qaradərilillərə münasibət isə daha pis idi, onlar ən aşağı kateqoriya hesab edilirdi. İrqçilik reallığı Sovet hakimiyyətinin nümayiş etdirdiyi mənzərə ilə tamamilə ziddiyyət təşkil edirdi”, - o kitabında yazır.

Robert Robinson, 1994-cü ildə Vaşinqtonda vəfat etdi. Onun hekayəsi, Sovet İttifaqında yaşayan azsaylı afroamerikalılardan biri olaraq, həmin dövrün sosial və siyasi reallıqlarını anlamaq üçün dəyərli bir mənbədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 May 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri