Icma.az
close
up
RU
Ştaynmayerin səfəri Azərbaycan Ermənistan nizamlanmasına necə təsir göstərə bilər? TƏHLİL

Ştaynmayerin səfəri Azərbaycan Ermənistan nizamlanmasına necə təsir göstərə bilər? TƏHLİL

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana rəsmi səfər zamanı iki ölkənin gündəminə dair bir çox məsələlər, o cümlədən Almaniya-Azərbaycan münasibətləri, regional və qlobal çağırışlar, Azərbaycan-Ermənistan sülh prosesinə dair vacib məqamlar müzakirə olunub.

Almaniya-Azərbaycan münasibətləri və regional proseslər

Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov APA-ya açıqlamasında bildirib ki, Almaniya Prezidentinin Ermənistana, ardınca isə Azərbaycana səfər etməsi ümumi regionla tanışlıq xarakteri daşıyır: “Almaniya-Azərbaycan münasibətlərinə həm ikitərəfli, həm də Avropa İttifaqı Azərbaycan münasibətləri prizmasından baxmalıdır. Hər halda Almaniya lideri Azərbaycana gələrək yerdəki vəziyyətlə, Azərbaycanın Avropa və Almaniya ilə münasibətləri, Cənubi Qafqazdakı proseslərlə birbaşa tanış oldu. Düşünürəm ki, Almaniyanın lideri kimi hökumət iclasında da, dövlət strukturlarının iclasında da bölgəyə səfəri ilə bağlı ədalətli və obyektiv mövqe ortaya qoymağı bacaracaq”.

Prezident İlham Əliyevin sülh prosesinə dair vurğuları

Almaniya Prezidenti ilə görüş zamanı Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin sülh danışıqlarına yol açdığını vurğulayan İlham Əliyev və bu gün Azərbaycanın və Ermənistanın sülhə dair mövqelərinin yaxınlaşdığını bildirib.

“Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan və Ermənistan arasında sülh razılaşması: müqavilə üzərində razılıq

Politoloq Zaur Məmmədov da qeyd edib ki, son 100 ildə ilk dəfə olaraq Azərbaycan və Ermənistan biri-birlərini qane etməyən və narahat edən çağırışlarla, üst-üstə düşməyən məsələlərlə bağlı razılığa gəliblər: “İlk dəfə olaraq biz iki dövlət arasında sülh müqaviləsinin bütün müddəaları üzrə razılığın əldə edilməsini görürük. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan, nəhayət, başa düşmüş oldu ki, antiterror tədbirlərindən sonra nəyəsə ümid etmək olmaz və Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağ erməniləri ilə bağlı heç bir xəyallara uymaq lazım deyil. Hal hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi və yaxud münasibətlərin normallaşmasına dair mətnin bütün müddəaları ilə bağlı razılıq var. Bu, olduqca müsbət məqamdır”.

Bakıda səfərdə olarkən Azərbaycanla Ermənistan arasında sülh münasibətləri haqqında danışan Frank-Valter Ştaynmayer isə qeyd edib ki, sülh müqaviləsinin mətninin razılaşdırılması tezliklə sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq.

Bu sülh prosesinin çox böyük əhəmiyyəti var. Kənardan müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu, bizə böyük təəssürat bağışlayır. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfi bu münasibətlə təbrik edirəm ki, artıq anlaşma yaranıb. Martın 13-də bu sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bu müqavilə haqqında mən bu gün səhər danışanda cənab Prezidentə dedim ki, bu anlaşma ilə ümid doğuran bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümid edirəm ki, vəziyyət daha da inkişaf edəcək və ondan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gəlib çıxacaqsınız, nəhayət sizin regionunuzda əsl və davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid bəsləyirəm və sizi həmin anı əldən buraxmamağa çağırıram. Bütün çətinliklərə və maneələrə baxmayaraq, bu yol qət edilib, xeyli addımlar atılıb və sona qədər getmək lazımdır. Bununla belə, təbii olaraq, kompromislər üçün cəsarət, siyasi iradə lazımdır, nəticədə siyasi müqavilə həqiqətən də həyata keçə bilər və qüvvəyə minər. Ümid edirəm ki, hər şey alınacaq və biz, həmçinin kənardan bacardığımız qədər, necə mümkündürsə öz dəstəyimizi verəcəyik.”

Azərbaycanın ATƏT-in Minsk Qrupu və Armənistanın konstitusiyası ilə bağlı tələbləri

Prezidenti İlham Əliyev görüşdə Ermənistanla sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin tələblərini və prinsipial mövqeyini növbəti dəfə qeyd edib, qarşı tərəfdən konkret və yaxşı niyyətli addımların atılmasının vacibliyini vurğulayıb.

Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib - BMT Nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində. Münaqişə həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun de-yure fəaliyyətinə heç bir əsas qalmamışdır. İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir”.

Zaur Məmmədov qeyd edib ki, ATƏT-in Minsk qrupunun ləğv edilməsi və Ermənistanın konstitusiyasının dəyişilməsi ilə bağlı məsələ 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın xarici siyasətində əsas tələblərdən biri olub:

2020-ci ilin dekabr ayından başlayaraq Azərbaycan hakimiyyətinin ATƏT-in Minsk qrupunun ləğv edilməli olduğu, bu qurumun fəaliyyətsizliyi ilə bağlı çağırışlarını da görmüşük. Eyni zamanda, Ermənistan konstitusiyasının dəyişdirilməsi, daha doğrusu, yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı Azərbaycan tərəfinin şərtləri 2021-ci illərdən başlayaraq hər kəsə məlumdur. Çünki bu konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə təhdid var. Bu iki məsələ həllini tapmalıdır. Ermənistanın baş naziri, həqiqətən, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını istəyirsə, vaxtı uzatmasın, günü sabah həm Minsk qrupu, həm də yeni konstitusiya ilə bağlı qərarını versin. Bunu etmirsə, deməli, planları başqadı. O, üzdə sənədi imzalamaq istəyir, sənədi imzalayandan sonra isə ərazi bütövlüyü məsələsində cığallıq edəcək. Azərbaycan tərəfi sabahkı addımlarını hesablayarkən çox yaxşı bilir ki, Ermənistan tərəfi nəyə qadirdir və çox yaxşı oldu ki, Almaniya lideri də Azərbaycan tərəfinin bu məsələdəki mövqeyi ilə birbaşa tanış oldu”.

Almaniya Prezidenti tərəfindən Azərbaycanın haqlı tələbinin dəstəklənməsi

Xatırlatmaq yerinə düşər ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də Bakıda verdiyi bəyanatında Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ləğv edilməsi və Ermənistanın konstitusiyasının dəyişdirilməsinə dair şərtlərinin Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasında maneəyə çevrilməməli olduğunu bildirib.

Müqavilənin mətni işlənib hazırlanıb. Hazırkı dövrdə razılığı əldə etmək çox böyük işdir. Ümidvaram ki, həmin müqaviləyə əlavə olaraq cənab Prezident Əliyevin indicə qeyd etdiyi şərtlər (Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasının dəyişdirilməsi - red.) üzərində də razılaşma olacaq. Fikrimcə, onlar Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasında maneəyə çevrilməməlidir”, - deyə cənab Ştaynmayer vurğuladı.

Zaur Məmmədovun sözlərinə görə, Almaniya Prezidentinin bu fikrini Azərbaycan tərəfinin haqlı mövqeyinin dəstəklənməsi kimi qiymətləndirmək olar: “Bu, artıq Azərbaycanın mövqeyinin Almaniya lideri tərəfindən dəstəklənməsidir. Yaxşı olardı ki, Almaniya bu məsələdə Paşinyana təzyiq göstərsin ki, həmin Azərbaycanın haqlı şərtlərini tezliklə qəbul edib, razılığa gəlsin. Çünki sülh sazişinin mətni tam razılaşdırılıb, Azərbaycanın qeyd etdiyi iki şərtin yerinə yetirilməsinə də Ermənistan faktiki şifahi razılıq verib. Bunu hüquqi çərçivəyə salmaq elə də çətin məsələ olmamalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Aprel 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri