Icma.az
close
up
RU
Ştaynmayerin səfəri təkcə Almaniya deyil, həm də region üçün ciddi geosiyasi önəm kəsb edir

Ştaynmayerin səfəri təkcə Almaniya deyil, həm də region üçün ciddi geosiyasi önəm kəsb edir

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Məlumdur ki, bu səfər Almaniya Prezidenti Ştaynmayerin ölkəmizə ilk səfəri deyil. Ştaynmayer bundan əvvəl də Almaniya Xarici İşlər naziri qismində bir neçə dəfə ölkəmizdə səfərdə olub. 2007-ci ildə Azərbaycanda olarkən Ştaynmayer Azərbaycan və Almaniya arasında enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq sahəsində və ümumiyyətlə Azərbaycan və Almaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi ilə bağlı mövqedən çıxış edib.
Sonrakı dövrdə, yəni həm 2014-cü ildə, həm də 2016-cı ildə ölkəmizə səfəri çərçivəsində isə daha çox Qarabağ məsələsinin həlli prosesinə dəstək vermək və tərəflər arasında dialoqu təşviq etməklə bağlı Almaniyanın mövqeyini ortaya qoyub.
İndi də bu və ya digər şəkildə Cənubi Qafqazda öz maraqlarını təmi etməyə cəhdlər edən Almaniya həm Ermənistana, həm də Azərbayana səfərləri ilə, eləcə də səfər çərçivəsində verdiyi sülhə çağırışlarla bağlı bəyantları ilə ölkəsinin sülh prossesində iştirakına nail olmaq istəyir. Almaniya uzun müddətdir ki, sülh prosesində aktiv rol oynamağa çalışır Ştaynmayerin hər iki ölkəyə eyni vaxtda səfər etməsinə də bu siyasətin tərkib hissəsi kimi baxmaq lazımdır.
Düzdür Ştaynmayerin budəfəki səfəri qalmaqallarla başladı. Onun sosial media profilində qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Amma Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxardı və rəsmi üzr istədi. Həmçinin səfər öncəsi Almaniya dövlət mediası olan "Deutsche Welle" Qarabağla bağlı erməni narrativlərini təkrarlayan sənədli film yayımlamaqla da vəziyyəti gərginləşdirmək cəhdləri etdi.
Amma bütün bunlara baxmayaraq bu səfər təbii olaraq təkcə Almaniya üçün deyil, həm də region üçün ciddi geosiyasi önəm kəsb edir. Eyni şəkildə Avropa İttifaqı üçün də əhəmiyyətli səfərdir. Çünki Avropa İttifaqının aparıcı ölkələrindən birinin prezidentinin səfəri, region dövlətləri ilə münasibətləri inkişaf etdirməsi, Cənubi Qafqazda təsir imkanlarını artırmaq istəyən Avropa İttifaqı üçün də yeni imkanlar deməkdir.
Yusif Bağırzadə, politoloq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Aprel 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri