Icma.az
close
up
RU
Stresli mühit, gərgin iş, yekunda tükənmişlik sindromu : Qarşısını almaq üçün nə etməli?

Stresli mühit, gərgin iş, yekunda tükənmişlik sindromu : Qarşısını almaq üçün nə etməli?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar insanlarda el arasında "tükənmişlik sindromu" adlanan psixoloji dəyişim tendensiya halını alıb.

Bir vaxtlar uzun müddət işləyən insanlarda yaranan yorğunluq, iş mühitindən sıxılma, motivasiyanın azalması, məhsuldarlığın aşağı düşməsi artıq yeni karyera həyatına qədəm qoyanlarda da özünü göstərir.

İş həyatına can atan gənclər qısa bir müddətdə gördükləri işdən bezir, işləmək istəmirlər.

Onların qısa müddət ərzində motivasiyaları düşür, özlərini yorğun hiss edirlər.

Bu hal ilə rastlaşanlar səhərlər yuxudan durmaqda çətinlik çəkir, onlara işə doğru irəliləmək əziyyətverici proses kimi gəlir.

Maraqlıdır, bəs görəsən, insanlar arasında "tükənmişlik sindromu" adlandırılan bu vəziyyətin tendensiya halını almasının səbəbi nədir?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, bu tendensiyanın kökündə duran səbəbləri araşdırmaq və işəgötürənlərin bu vəziyyətin qarşısını almaq üçün görə biləcəyi tədbirləri müəyyənləşdirmək həm fərdi, həm də təşkilati səviyyədə son dərəcə vacibdir:

"Tükənmişlik sindromu" (burnout) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən davamlı stresin nəticəsi kimi təsnif edilir və üç əsas simptomla xarakterizə olunur. Daimi yorğunluq və enerji çatışmazlığı; işə qarşı neqativ münasibət və motivasiyanın azalması; peşəkar effektivliyin aşağı düşməsi və özünü dəyərsiz hiss etmə.

Sindromun yaranmasına təsir edən əsas amillərə isə iş yükünün doğru paylanmaması və yüksək tələblər, iş və şəxsi həyat balansının pozulması, mükafatlandırma və dəyərləndirmənin qənaətbəxş, sosial və psixoloji dəstəyin olmaması, təşkilati dəyərlərin və işçilərin gözləntilərinin uzlaşmaması kimi hallar qeyd edilir. Bəzi işçilər üçün iş yükü həddindən artıq ağır olur və daim yüksək nəticə gözləntiləri altında işləmək onların enerji ehtiyatlarını tükəndirir. Digər tərəfdən, bəzi hallarda isə işin monotonluğu və kifayət qədər məsuliyyətin olmaması motivasiyanın azalmasına gətirib çıxarır".

O qeyd edib ki, texnologiyanın inkişafı iş və şəxsi həyat arasındakı balansı silib:

"Xüsusilə uzaqdan iş rejimi geniş yayıldıqca, insanlar işdən kənar vaxtlarında da davamlı imeyllərə cavab vermək, layihələri düşünmək və iş prosesində qalmaq məcburiyyətində qalırlar. Bu vəziyyət də emosional və psixoloji yorğunluğu artırır. Eləcə də işçilər gördükləri işə uyğun maddi və mənəvi mükafat almadıqda, özlərini dəyərsiz hiss edirlər. Xüsusilə gənc nəsil daha çox tanınma, fərdi inkişaf imkanları və məqsədəuyğun iş mühitinə ehtiyac duyur. İş mühitində rəhbərlik və həmkarlarla sosial münasibətlərin zəif olması, psixoloji təzyiqin mövcudluğu da insanları tükəndirir. Xüsusilə dəstəkləyici menecerlərin olmaması, işçilərdə təklik və təcrid olunma hissi yaradır. İşçilər mənəvi baxımdan dəyərlərinin uyğunlaşmadığı təşkilatlarda daha tez tükənirlər. Bu, xüsusilə milli və beynəlxalq korporativ mühitlərdə, fərqli mədəni dəyərlərin toqquşduğu yerlərdə daha qabarıq görünür.

Çünki yorğun və motivasiyasız işçilər daha az effektiv işləyir, stres və tükənmişlik yaradıcılıq imkanlarını məhdudlaşdırır, nəticədə müəssisələr üçün əlavə işçi itkisi və yeni işçi təlim xərcləri yaradır, iş mühitində ümumi mənfi atmosfer yaradır".

Psixoloq vurğulayıb ki, işəgötürənlər motivasiyaedici və dəstəkləyici iş mühiti yaratmaqla, tükənmişliyin qarşısını ala bilərlər:

"Bunun üçün bir çox qabaqlayıcı tədbirlər görülməlidir. Unutmamalıyıq ki, bir insanın işə motivasiya ilə gəlməsi, orada özünü rahat hiss etməsi, işini sevməsi təkcə onun şəxsi məsələsi deyil. Bu, HR mütəxəssislərinin, rəhbərlərin, iş mühitini quran hər kəsin məsuliyyətidir. Bir çox qlobal şirkətlər artıq HR idarəçiliyində psixologiyadan aktiv istifadə edir. "Google" işçilərin stres səviyyəsini azaltmaq üçün psixoloji dəstək proqramları və emosional intellekt təlimləri keçirir. Nəticədə onların əməkdaşları daha uzun müddət şirkətdə qalır və daha səmərəli işləyirlər. "Microsoft" və "Salesforce" psixoloji testlər və fərdi psixoloji dəstək sistemləri tətbiq edərək işçilərin işə bağlılığını artırıb. "Toyota" işçilərin motivasiyasını artırmaq üçün psixoloji faktorları dəyərləndirən xüsusi psixometrik testlər və işə qəbulda psixoloji uyğunluq təhlili aparır. Bu təcrübələr sübut edir ki, psixologiya və HR birləşdikdə daha güclü və sağlam iş mühiti formalaşır. Azərbaycanda da iş mühitində bir çox qabaqlayıcı tədbirlərin görülməsi, işçilərin işə bağlılığının, məhsuldarlığının, emosional tükənmənin qarşısını almağa faydalı olardı. Öncəliklə, işə qəbul prosesində psixometrik testlər tətbiq edilməlidir. Namizədin təkcə peşəkar biliklərini yox, həm də psixoloji xüsusiyyətlərini qiymətləndirilməlidir. İş yerində stresin idarə olunması proqramları tətbiq olunmalıdır. Çünki yüksək stres əməkdaşın məhsuldarlığını 50%-ə qədər azalda bilir. Liderlik və emosional intellekt təlimləri mütəmadi keçirilməlidir. Çünki rəhbərlərin psixoloji yanaşması komandanın effektivliyinə birbaşa təsir edir. İşçilərin fərdi inkişafına dəstək verilməlidir. İş yeri təkcə maaş yeri deyil, həm də işçinin özünü inkişaf etdirməsi üçün bir mühit olmalıdır.

İş mühitində "tükənmişlik sindromu"nun yayılması həm fərdlərin, həm də təşkilatların rifahına ciddi təsir edir. İşəgötürənlər psixoloji və sosial aspektləri nəzərə alaraq, işçilərin motivasiyasını artıracaq və onların "tükənmişlik sindromu"ndan qoruyacaq strategiyalar həyata keçirməlidirlər. Əsas məqsəd yalnız işçilərdən yüksək nəticə gözləmək yox, onların psixoloji rifahına investisiya edərək uzunmüddətli məhsuldarlıq yaratmaqdır".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Mart 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see283

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see185

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see154

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see145

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see137

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see136

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see133

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see130

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri