Icma.az
close
up
RU
Su kristallarının sirləri

Su kristallarının sirləri

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Bir vaxtlar dünyanın ən məşhur elm adamlarından Albert Eynşteyn: “Məni çox şişirdib göylərə qaldırmayın. Mən heç nə bilmirəm. Siz bunu anlamağa qadir olsaydınız, mənə ən savadsız bir adam kimi baxardınız”, - demişdi. O vaxt çoxları Eynşteynin bu sözlərini təvazökarlıq kimi qiymətləndirmişdi. Ancaq tanınmış yapon alimi, professor Masaru Emotonun su kristalları üzərində apardığı tədqiqatlar bəşəriyyətin indiki elmi səviyyəsinin həqiqətən də çox yüksək olmadığını ortaya çıxardı.
Emoto “Su kristalları” adlı kitabında yazır: “Heç kəs düşünməsin ki, su cansız maddədir. Su canlı və ətrafında baş verənləri dərhal hiss etməyə və ona müvafiq cavab verməyə qadir olan ağıllı kristallardan ibarətdir”.
Qeyd edək ki, Emoto suyun canlı orqanizm olduğunu sübut etmək üçün öz kitabında su kristallarının 70-ə yaxın şəklini verir. Emotonun suyun canlı orqanizm olduğunu sübuta yetirməsi də xoş bir təsadüflə bağlıdır. Belə ki, o, 10 il bundan əvvəl mikroskopla apardığı tədqiqatlarda donmuş su kristallarının xarici təsirlərə çox müxtəlif reaksiyalar verdiyinin şahidi olur. Emoto dərhal bunun təsadüf olub-olmadığını öyrənmək qərarına gəlir. Bu məqsədlə alim su molekullarına yaxşı və pis sözlərlə müraciət edir. Yaxşı sözlər dedikdə su kristalları bir göz qırpımında gözəl bir forma alır və insanı valeh edən bir nizamla düzülür. Pis sözlər dedikdə isə su kristallarının həm forması, həm də nizamı pozulur və su kristalları eybəcər bir formaya düşür.
Berlin təcrübəsi
Masaru Emoto “Sanacell” firmasının dəvəti ilə 2002-ci ilin iyun ayında Berlin Texniki Universitetində 1200 nəfər alimin iştirakı ilə keçirilən konfransda su kristallarının canlı orqanizm olduğunu sübuta yetirən elmi faktlarla çıxış etdi. O, çıxışında dağdan çıxan su ilə şəhərdə istifadə edilən və müəyyən təsirlərə məruz qalan su arasında böyük fərqlər olduğunu açıqladı. Onun fikrincə, təmiz dağ suyu xlorlaşdırılmış şəhər suyundan daha gözəl nizama malikdir. İnsanların su ilə davranışlarına kristalların müxtəlif reaksiyalar verdiyini bildirən Emoto həmin fikri təcrübə yolu ilə də konfrans iştirakçılarına nümayiş etdirdi. Üzərində təcrübə aparılan su kristalları yaxşı sözlərdən sonra bir göz qırpımında gözəl nizamla düzüldülər, pis sözlərdən sonra isə eybəcər bir forma aldılar. Emoto hətta su kristallarının insanın hisslərini və hərəkətlərini də həssaslıqla qeyd etdiyini dedi. Məsələn, təcrübə aparılarkən suya yaxın olan alimlərdən biri su kristallarının bu reksiyasından təəccüblənmiş və ürəyində “şeytan əməli” demişdi. Bu vaxt su kristalarının forması dərhal dəyişdi. Bunu görən Emoto alimlərdən: “Sizdən hansınız “şeytan” adını çəkdiniz?” - deyə soruşdu. Və o alim, həqiqətən də, ürəyində “şeytan əməli” sözünü dediyini etiraf etdi və hər dəfə şeytan sözünü təkrarladıqca su molekullarının qarışıq bir forma aldığının şahidi oldu.
Yuxarıda da qeyd edildiyi kimi, təmiz dağ suyu olduqca estetik bir nizama, estetik bir quruluşa malikdir. Ancaq Masaru Emotonun tədqiqatlarında başqa vacib bir məsələ də üzə çıxdı. Məlum oldu ki, qar dənəciklərinin və ya kristallarının bir-birindən fərqli olması da onun əsasını təşkil edən suyun məruz qaldığı xarici təsirlərlə bağlıdır. Başqa sözlə, Uca Allahın əsrarəngiz möcüzələrindən biri olan və heç biri bir-birinə bənzəməyən qar dənəcikləri də ətrafda baş verən hadisələrə qarşı olduqca həssasdırlar və bu hadisələrin təsirindən asılı olaraq forma alırlar.
“Su kristalları” kitabında suyu müxtəlif aspektlərdən tədqiq edən Emoto tədqiqatlarını elmi təməllər üzərində qursa da, din reallığını da untmur. Məsələn, Emoto “Su kristalları” kitabında yazır: “XXI əsrdə ən mühüm hadisə elmlə dinin yenidən birləşməsi olacaq. Əgər din olmasaydı, insan axmaq bir varlığa çevriləcək, müasir elm isə heç vaxt ortaya çıxmayacaqdı”.
Su kristalları və zəlzələ
Emoto su üzərində apardığı tədqiqatlardan sonra bu qənaətə gəldi ki, onlar (su kristalları) zəlzələni əvvəlcədən hiss edirlər və buna uyğun olaraq formalarını dəyişirlər. Buna görə də, o, ənənəvi zəlzələ ocaqlarında su kristallarını diqqətlə öyrənməyi təklfi etdi. Onun fikrincə zəlzələ ocaqlarında sular mini mikroskoplarla həmişə nəzarət altında saxlanmalı və su kristallarında baş verən hər hansı bir dəyişiklik dərhal tədqiq edilməlidir. Çünki zəlzələ heç də birdən-birə meydana gəlmir və ona uzun müddət hazırlıq gedir. Təbii ki, bu hazırlq ərzində su kristalları ona uyğun reaksiya göstərirlər.
Emotonun bu fikirlərinə və elmi araşdırmalarına əsasən, hazırda Yaponiya, ABŞ və Fransada zəlzələni su vasitəsi ilə əvvəlcədən öyrənmək üçün böyük elmi tədqiqatlar aparılır. Hətta bəzi ABŞ alimləri yaxın vaxtlarda artıq su kristalları ilə zəlzələnin vaxtını əvvəlcədən müəyyən edəcəklərini irəli sürürlər. Yaponiya alimləri isə artıq suyun təbii fəlakətlərə əvvəlcədən reaksiya verdiyini sübut etdiklərini bildirirlər. Belə ki, Yaponiya alimlərinin tədqiqatlarına görə, Sakit Okeanda baş verən qasırğadan əvvəl təcrübə altında olan su kristalları hərəkətə gəlmiş və müxtəlif istiqamətlərdə hərəkət etməyə başlamışdı. Ona görə də, bəzi alimlər artıq qasırğa, fırtına və s. kimi təbii hadisələrin bəziləri barədə əvvəlcədən dəqiq proqnozlar verməyə başladılar.
Qeyd edək ki, gələcəkdə təbiətdə baş verə biləcək təbii fəlakətləri əvvəlcədən müəyyən etmək üçün milyonlarla dollarlıq cihazlara ehtiyac qalmayacaq. Bunun üçün adi su üzərində aparılan tədqiqatlar kifayət edəcək.
Su kristalları və intuisiya
İnsanın öz başına gələn hadisələri əvvəlcədən hiss etməsi və ya qarşısındakı insanın düşündüklərini duyması da təsadüfi deyil. Çünki insan orqanizminin 70 faizindən çoxu sudan ibarətdir. Orqanizmimizdəki su da başqa sular kimi ətrafdakı hadisələrə olduqca həssas reaksiya göstərir. Emoto hesab edir ki, bir çox hadisələri əvvəlcədən hiss edən insanların orqanizmlərindəki suda digərlərininkindən daha çox həssaslıq var və onlar insan orqanizmində bizim hələ sirrini aça bilmədiyimiz bir prosesin köməyi ilə hadisələri qabaqlayır və ya hadisələrin nəbzini tuturlar.
Alim başqa bir məsələyə də xüsusi diqqət yetirir. O, insanın psixoloji vəziyyətinə təsir edən amillər içərisində suyun özünəməxsus rol oynadığını bildirir. Əsəbi insanlarda suyun formasının dəyişdiyini qeyd edən Emoto belə hesab edir ki, gələcəkdə insan orqanizmindəki suyun tərkibini öyrənməklə ən ağır xəstəlikləri belə müalicə etmək mümkün olacaq. Bu baxımdan suyun şəfalı xüsusiyyətlərə malik olması da Allahın möcüzələrindəndir.
Beləliklə, su dünən olduğu kimi, bu gün də özünəməxsus xüsusiyyətləri ilə bizi təəccübləndirməkdə davam edir. Görünür, XXI əsrin gələcəkdə ən böyük kəşfi də məhz suyun sirlərini öyrənmək olacaq.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Mart 2026 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see288

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see272

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see264

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see258

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see254

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see249

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see247

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see246

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see241

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see238

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see216

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see212

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see212

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see212

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see211

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see210

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see209

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see205

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see199

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri