Sudanda Cənub limanına və aeroporta hücum: Güclü yanğınlar başladı, uçuşlar dayandı
Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sudanın inzibati mərkəzi olan Port Sudanda Cənub Limanında partlayışlar və yanğınlar baş verib.
Sitat.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Şərqi Port Sudan şəhərində güclü partlayış səsləri eşidildikdən sonra Cənubi Limanda yanğınlar başlayıb.
Ehtimal olunur ki, yanğınlar yanacaq anbarına hücumdan sonra baş verib.
İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Fondunun dünən Sudana çatdırdığı humanitar yardımlar bu limanda qəbul edilib və burada saxlanılır.
Yerli mətbuatın məlumatına görə, Port Sudan Beynəlxalq Hava Limanına da hücum edilib. Hücumdan sonra uçuşlar dayandırılsa da, hələlik Sudan rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib.
Tehran,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 May 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















