Icma.az
close
up
RU
Şuşa Zəfəri quduz işğalçıları təslim olmağa məcbur etdi

Şuşa Zəfəri quduz işğalçıları təslim olmağa məcbur etdi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Üçtərəfli Bəyanat Ermənistanın açıq savaşda məğlubiyyətini rəsmiləşdirdi

Şuşanın azad edilməsindən sonrakı gün də Azərbaycan Ordusunun uğurlu əməliyyatları davam etdirildi. Noyabrın 9-da Prezident İlham Əliyev bir sıra yaşayış məntəqələrinin işğaldan azad edilməsi barədə məlumat verdi. Dövlət başçısı həmin gün Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli və Ördəkli kəndlərinin azad edildiyini bildirdi. Bununla yanaşı, daha 48 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin düşmən işğalından azad edildiyi elan olundu.

Bu məlumatlar Azərbaycan Ordusunun müharibənin son mərhələsində əldə etdiyi hərbi üstünlüyün miqyasından xəbər verirdi. Eyni zamanda, artıq Ermənistanın müdafiə xəttinin ayrı-ayrı istiqamətlərdə dağılması, hərbi birləşmələrinin idarə olunmasında çətinliklərin yaranması və döyüş qabiliyyətinin tamamilə zəifləməsi qaçılmaz idi.

Xüsusilə strateji yüksəkliklərin azad edilməsi əməliyyatların sonrakı gedişi baxımından mühüm əhəmiyyət daşıyırdı. Çünki hərbi əməliyyatlarda yüksəkliklərə nəzarət müşahidə, müdafiə və hücum imkanlarını genişləndirən əsas amillərdən biri idi. Azərbaycan Ordusu bu üstünlüyü əldə etməklə düşmənin manevr imkanlarını daha da məhdudlaşdırdı.

10 noyabr Bəyanatı təslim aktı idi

Prezident İlham Əliyevin noyabrın 9-da “BBC News” telekanalına müsahibəsi də informasiya və diplomatik müstəvilərdə aparılan mübarizənin mühüm tərkib hissəsi idi. Dövlət başçısı beynəlxalq auditoriyaya Azərbaycanın mövqeyini çatdırır, münaqişənin tarixi və hüquqi əsaslarını, Ermənistanın işğalçılıq siyasətini və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsinin mahiyyətini izah edirdi.

Bu müsahibə Azərbaycanın təkcə döyüş meydanında deyil, həm də beynəlxalq informasiya məkanında öz mövqeyini qətiyyətlə müdafiə etdiyini göstərirdi. Ali Baş Komandan İlham Əliyev müharibə dövründə çoxsaylı xarici media orqanlarına müsahibələr verərək respublikamızın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırır, işğalçı ölkənin təbliğatının yaratdığı yanlış təsəvvürləri faktlarla təkzib edirdi.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən noyabrın 9-dan 10-na keçən gecə münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli Bəyanat imzalandı. Bu sənədlə 44 günlük Vətən müharibəsinin hərbi mərhələsinin başa çatması rəsmiləşdirildi və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm siyasi nəticələr əldə edildi.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılmalı idi. Beləliklə, uzun illər işğal altında saxlanılan həmin ərazilərin döyüş əməliyyatları aparılmadan azad edilməsi razılaşdırıldı.

Bu qərarın əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan Ordusunun döyüş meydanında qazandığı üstünlük diplomatik müstəvidə konkret nəticələrlə möhkəmləndirildi. Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsi üçün bütün imkanlar aradan qaldırıldı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni mərhələ başlandı.

Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təkcə ərazi baxımından deyil, həm də siyasi və hərbi-strateji cəhətdən mühüm nəticə idi. Başqa sözlə, bu ərazilərin azad edilməsi qəsbkar üçün ciddi siyasi və psixoloji məğlubiyyət demək idi. Bu rayonlar işğal dövründə Ermənistanın Qarabağdakı hərbi mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayırdı.

Qarabağ Zəfərinin təntənəli müjdəsi

Prezident İlham Əliyev Bəyanatın imzalanmasından sonra xalqa müraciətində qazanılan qələbənin tarixi əhəmiyyətini xüsusi vurğuladı. Dövlət başçısı, eyni zamanda, Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və dövlətimizin qətiyyətini Zəfərin əsas amilləri kimi səciyyələndirdi, milli şüara çevrilən “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan – Azərbaycan münaqişəsinə son qoyduğunu bildirdi. Başqa sözlə, bu tarixi sənəd Ermənistanın kapitulyasiyasını, işğalçı qüvvələrin məğlubiyyətini və Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yeni mərhələnin başlanmasını rəsmiləşdirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa ünvanladığı müraciət sadəcə hərbi qələbənin elan edilməsi deyildi. Bu, 30 ilə yaxın müddətdə doğma yurd-yuvasından didərgin düşmüş milyonlarla insanın qəlbində yaşatdığı qayıdış ümidinin gerçəkləşməsinin müjdəsi, milli qürurun və tarixi ədalətin təntənəsi idi. Dövlət başçısının müraciətində səsləndirdiyi “Bu bəyanat bizim şanlı qələbəmizdir” fikri həmin tarixi anın mahiyyətini aydın ifadə edirdi.

Azərbaycan xalqı uzun illər ərzində Qarabağ probleminin sülh yolu ilə həllinə ümid bəsləsə də, beynəlxalq vasitəçilik mexanizmləri işğalın nəticələrini aradan qaldıra bilməmişdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri icra olunmamış, danışıqlar prosesi nəticəsiz qalmışdı. Belə bir şəraitdə Azərbaycan öz suveren hüquqlarına əsaslanaraq ərazi bütövlüyünü hərbi-siyasi vasitələrlə təmin etmək qərarını verdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsi xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun döyüş qabiliyyətinin nümayişinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddətdə strateji əhəmiyyətli yaşayış məntəqələrini və yüksəklikləri tapdaq altından çıxararaq düşmənin müdafiə sistemini darmadağın etdi. Bu müharibənin həlledici mərhələsi isə Şuşanın geri alınması oldu.

Ölkə rəhbəri müraciətində dedi: “Vətən müharibəsində Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi... Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sıxışdırırlar”.

Dövlət başçısı müraciətində Dağlıq Qarabağın statusu məsələsinə də toxundu: “...nə oldu bəs status?... yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz”.

Zəfərdən Qayıdışa açılan qapı

Dövlət başçısının həmin müraciətində xüsusi vurğulanan məsələlərdən biri də məcburi köçkünlərin taleyi və onların doğma torpaqlara qayıtmaq arzusu idi. Çünki Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüş, uzun illər ağır sosial və mənəvi sınaqlarla üzləşmiş, öz evlərini, ata-baba ocaqlarını, uşaqlıq xatirələrini və tarixi-mədəni mühitlərini itirmişdi. Onların ən böyük arzusu isə qəsbkarlıqdan nə qədər vaxt ötməsinə baxmayaraq, doğma torpaqlara qayıtmaq idi.

Azərbaycan dövləti işğal dövründə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və təhsil imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdi. Yeni yaşayış kompleksləri salınmış, minlərlə ailə mənzillə təmin edilmiş, sosial infrastruktur yaradılmışdı. Dövlət başçısının müraciətində bu sahədə görülən işlərin digər ölkələrlə müqayisədə yüksək səviyyədə olması da xüsusi vurğulanırdı.

Lakin ölkə rəhbərinin də qeyd etdiyi kimi, bütün bu tədbirlərin əsas məqsədi insanların müvəqqəti yaşayış şəraitini yaxşılaşdırmaqla məhdudlaşmırdı. Başlıca hədəf onların doğma yurdlarına qayıtmasını gerçəkləşdirmək idi.

Prezident İlham Əliyevin noyabrın 10-da xalqa müraciətində vurğulanan “Gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq, Azərbaycan qayıdır!” müraciəti bu baxımdan müasir tariximizin ən təsirli siyasi bəyanatlarından birinə çevrildi. Çünki həmin an qayıdış artıq təkcə arzu və ümid deyildi, həm də reallaşmaqda olan tarixi proses idi.

Prezident İlham Əliyevin müraciətində diqqətçəkən digər mühüm məqam isə işğaldan azad edilmiş ərazilərin gələcək inkişafı ilə bağlı idi. Dövlət başçısı məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün bütün zəruri tədbirlərin görüləcəyini, dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulacağını və həmin ərazilərdə həyatın bərpa ediləcəyini bəyan edirdi.

30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında törədilmiş dağıntılar misilsiz miqyas almışdı. Yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, tarixi abidələr və dini məbədlər yerlə bir edilmiş, şəhər və kəndlər xarabalığa çevrilmişdi. Tarixi-mədəni irsimizin nümunələri talan olunmuş, muzeylərdən qiymətli eksponatlar aparılmış, təbii sərvətlərimizə və ekoloji mühitə ciddi ziyan vurulmuşdu.

Xüsusilə dini-mənəvi irsə qarşı törədilən vandalizm Azərbaycan xalqının milli və dini dəyərlərinə hörmətsizliyin qabarıq ifadəsi idi. Dövlət başçısının müraciətində azad edilmiş ərazilərdəki bəzi məscidlərin təhqir olunması, onların daxilində donuz saxlanılması faktı xüsusi ağrı ilə xatırladılırdı. Bu, təkcə dini abidələrin dağıdılması deyildi, həm də xalqın mənəvi kimliyinə qarşı yönəlmiş məqsədyönlü siyasətin göstəricisi idi.

Müharibənin başa çatmasından dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin icrasına başlanıldı. Yeni avtomobil yolları, tunellər, körpülər, hava limanları, elektrik stansiyaları və yaşayış komplekslərinin inşası diqqət mərkəzində saxlanıldı. Şəhər və kəndlərin Baş planları hazırlandı, müasir infrastrukturun qurulması istiqamətində sistemli layihələr həyata keçirildi.

Vaqif BAYRAMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Noyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri