Icma.az
close
up
RU
“Sülh, güc və geosiyasət: Yalta və Potsdam konfranslarının 80 illiyinə baxış” mövzusunda respublika elmi konfransı keçirilib

“Sülh, güc və geosiyasət: Yalta və Potsdam konfranslarının 80 illiyinə baxış” mövzusunda respublika elmi konfransı keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Sülh, güc və geosiyasət: Yalta və Potsdam konfranslarının 80 illiyinə baxış” mövzusunda respublika elmi konfransı təşkil olunub.

Bu barədə AZƏRTAC-a institutundan məlumat verilib.

Bildirilib ki, tədbirdə İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev XX əsrdə beynəlxalq münasibətlərdə mühüm dönüş nöqtəsi sayılan Yalta və Potsdam konfranslarının dünya siyasətinə təsirindən danışıb. Qeyd edib ki, bu iki tarixi hadisə İkinci Dünya müharibəsinin nəticələrinin müəyyənləşməsi və yeni beynəlxalq nizamın formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. İlqar Niftəliyev vurğulayıb ki, Yalta (fevral, 1945) və Potsdam (iyul-avqust, 1945) konfransları yalnız müharibənin sonunu deyil, həm də dünya gücləri arasında yeni qüvvələr balansının yaranması prosesinin başlanğıcına çevrilib. Yalta və Potsdam konfranslarının qərarları uzun illər beynəlxalq münasibətlər sisteminə təsir göstərib, “soyuq müharibə” dövrünün ideoloji və siyasi sərhədlərini formalaşdırıb.

Konfransda institutun Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İradə Bağırova “Müasir dövrdə Yalta -Potsdam sisteminin transformasiyasının əsas mərhələləri”, tarix üzrə fəlsəfə doktoru, dosent Mahir İbrahimov “İkinci dünya müharibəsinin siyasi səbəblərinə dair: Geosiyasi maraqlar və beynəlxalq münasibətlər sisteminin böhranı”, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərli “İkinci dünya müharibəsi illərində sovet qoşunlarının İrana daxil olması və Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı”, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Əliyeva “Yalta konfransının əsas prinsipləri və onların Şərqi Avropanın gələcəyinə təsiri”, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Rəhimova “Potstam konfransında boğazlar məsələsi”, tarix üzrə fəlsəfə doktoru, dosent Nailə Hüseynova “XX əsrin beynəlxalq konfransları: reallaşmayan qərarlar (Potsdam konfransı əsasında)” adlı məruzələrlə çıxış ediblər.

Məruzələrdə İkinci Dünya müharibəsindən sonra beynəlxalq diplomatiyanın vəziyyəti, Böyük Britaniya, ABŞ və SSRİ arasında münasibətlərin xarakteri, Şərqi Avropada siyasi sistemlərin dəyişməsi və sülh konfranslarının qərarlarının müasir beynəlxalq proseslərə təsiri kimi məsələlər geniş şəkildə təhlil edilib.

Tədbir çərçivəsində keçirilən müzakirələrdə həmin dövrün hadisələrinin bugünkü dünya nizamı ilə paralelləri aparılıb, sülh anlayışının dəyişən geosiyasi mənasına münasibət bildirilib. Konfransda İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər müstəvisində Azərbaycanın yeri, Cənubi Qafqazın vəziyyəti və müasir dövrdə regiondakı güc balansının formalaşmasında tarixi faktorların rolu kimi məsələlər diqqət mərkəzində olub.

Çıxışçılar belə elmi konfransların tarix elminin aktual problemlərinin öyrənilməsinə, müasir dünyada baş verən proseslərin tarixi köklərinin anlaşılmasına mühüm töhfə verdiyini vurğulayıblar.

Konfrans müzakirə və elmi nəticələrin ümumiləşdirilməsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri