Icma.az
close
up
RU
Sülh masası Ankarada qurulacaq? Fidan müharibəyə son qoymaq üçün intensiv diplomatiya siyasəti yürüdür

Sülh masası Ankarada qurulacaq? Fidan müharibəyə son qoymaq üçün intensiv diplomatiya siyasəti yürüdür

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə xarici işlər naziri Hakan Fidan üç ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün intensiv diplomatiya siyasəti yürüdür.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyənin “Türkiye Gazetesi” özəl mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasındakı savaşa son qoymaq yanaşması Avropa və Ukraynadan olan rəsmilərdə “kənara atıldıqları” hissini yaradıb. Nəşr yazır ki, belə bir vəziyyətdə rəsmi Ankara sülh masasının Türkiyədə qurulması təklifini irəli sürüb.

Bildirilir ki, bu istiqamətdə Hakan Fidan son iki ay ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə dörd dəfə telefon danışığı aparıb. ABŞ-nin yeni dövlət katibi Marko Rubio ilə isə vəzifəyə başlamasından iki gün sonra Münhen Təhlükəsizlik Konfransında bira araya gəlib. Görüş zamanı Ukrayna-Rusiya müharibəsi ilə bağlı məsələlər müzakirə edilib və iki ölkə arasında sülhün bərqərar olmasının mümkünlüyü ilə bağlı müzakirələr aparılıb.

“Münhendə Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Ukrayna müdafiə naziri Rustem Umarov, eləcə də Rubio ilə görüşən Fidan Türkiyənin də prosesin bir parçası olması lazım olduğuna dair qiymətləndirmələr edib. Ankaranın atəşkəs və ya sülh danışıqlarına ev sahibliyi edə biləcəyi məsələsi də gündəmə gətirilib. Ankaranın hər iki ölkə ilə sıx əlaqələri olduğunu və bir çox digər aktyorlardan daha çox töhfə verə biləcəyini ifadə edilib”,-deyə məlumatda bildirilir.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfərindən sonra Türkiyəyə gəlib. Zelenski bu gün həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Fevral 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri