Icma.az
close
up
RU
“Sülh mətnini razılaşdırmışıq, ancaq Ermənistanın ev tapşırıqları qalır”

“Sülh mətnini razılaşdırmışıq, ancaq Ermənistanın ev tapşırıqları qalır”

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənistanın bu cür davranması oların özü üçün praqmatik və konkret məqsədə yönəlib. Rəsmi İrəvan nə isəyir? Onlar tez-tələsik “telefon diplomatiyası”nı işə salmaq, prezidentlərə zəng etmək, “biz hazırıq, yeri və zamanı müəyyən edin” kimi sözlərlə ən aktual məsələləri həll etmədən yekun sülh adına natamam kağız imzalamağa çalışırlar”.

Bu fikri Bakıvaxtı.az-a Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Sülh sazişini mümkün qədər tez imzalamaq lazımdır” “canfəşanlığına” münasibət bildirərkən söyləyib. S.Seyidov diqqətə çatdırıb ki, Azərbaycana qarşı ərazi iddiasının ləğvinə dair konstitusiyaya dəyişikliyin edilməməsi, Minsk qrupunun fəaliyyəti ilə bağlı müraciətin Azərbaycanla birgə reallaşdırılmaması ona dəlalət edir ki, vəziyyət dəyişsə, hansısa məsələlər gündəmə gəlsə,üfüqdə  onların xeyrinə olan məsələlər görənsə, konkret olaraq, həmin sənədi, yəni natamam sülh müqaviləsini bir parça kağız elan edib, öz iddialarını ortaya atacaqlar:

“Yenə də beynəlxalq səviyyədə “konflik həll olunmayıb, Minsk qrupu işə salınsın” intonasiyasını gündəmə gətirəcəklər. Bu mənada onların “canfəşanlığı” həm beynəlxalq ictimaiyyəti, həm öz xalqını, həm də bizi aldatmağa yönəlib. Bu, özlərini “sülh carçısı” kimi qələmə verib, “gözə kül üfürməkdən” başqa bir şey deyil. Lakin Azərbaycan artıq onların iç siyasətini onlardan yaxşı bildir. Onlar əvvəlcə “Qarabağ Ermənistandır.” deyirdilər, müharibədə başlarından yumruq dəyəndə “Qarabağ Azərbaycandır” söylədilər. Siyasətçiləri nala-mıxa vurmağ başladılar. Biz bildiririk ki, etibar sözlə deyil, əməllə qazanılır. Bunlar isə sözləri əməl kimi tədim etmək istəyirlər. Biz də deyirik ki, sizin sözlərinizə inana bilmərik. Lap yaxşı biz mətni razılaşdırmışıq, ancaq sizin hələ ev tapşırıqlarınız var. Bu ev tapşırıqları içərisində Azərbaycanla birgə Minsk qrupunun ləğvinə, tarixdən silinməsinə dair müraciətin edilməsi və rəsmi olaraq konstitusiya mətninin dəyişdirilməsi, Azərbaycana olan ərazi iddialarından birdəfəlik əl çəkmələri zəruridir. Bunu etməyənə qədər Ermənistanın bütün müraciətləri oyun kimi qiymətləndiriləcək, biz də bu oyunu çox gözəl anlayırıq”.

Parlamentarinin qənaətincə, Ermənistan yaxşı başa düşür ki, Azərbaycan öz mövqeyində israralıdır, bu prosesdə hansısa təzyiq və təsirə fikir verməyəcək:

“Bizə Qafqazda daimi, dəyişməz, möhkəm sülh lazımdır. Ermənistan onsuzda Azərbaycanın dedikləri məsələyə gələcəklər. Biz də bunu görürük. Siz də qeyd etdiniz ki, Ermənistanın baş naziri Nikol Paşinyanın iki gün öncə verdiyi açıqlamaları izləmisiniz. O, “Minsk qrupunun ləğvi ilə bağlı müraciəti təhlil edirik” deyir. Bundan başqa, indi deyir ki, konstitusiyanın 27-ci, sonra deyəcək 26-cı bındinə baxaılacaq, daha sonra da dəyişdirəcəklər. N.Paşinyan bunları söyləyir, bu ölkə parlamentinin sədr müavini Ruben Rubinyan isə bəyanat verib ki, onlar heç zaman bu məsələləri həll etməyəcəklər. Ona görə də Ermənistan rəsmiləri öncə öz aralarında razılığa gəlsinlər. “Telefon diplomatiyası”ndan əl çəkib, Azərbaycanın ortaya qoyduğu reallıqları qəbul edib, sülh müqaviləsi imzalasınlar”.

Qeyd edək ki, ötənlərdə Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun ləğvi məsələsini müzakirə etməyə hazır olduqlarını bəyan edib. Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, sülh sazişini mümkün qədər tez imzalamaq lazımdır.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Mart 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri