Sülh müqaviləsi yaxınlaşır: bir anda vəziyyət dəyişdi Rar
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Ukrayna ilə Rusiya arasında sülh müqaviləsi bu il imzalana bilər.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Aleksandr Rar “Rossiya 24” telekanalına müsahibəsində deyib.
Politoloq iki ölkə arasında artıq müəyyən irəliləyişlərin olduğunu bildirib.
“Biz bəzi müsbət qərara doğru millimetr irəliləyirik. Fikrimcə, bu il sülh müqaviləsi imzalanacaq. Cəmi bir həftə əvvəl hər şey tamamilə fərqli görünürdü. Düşünürəm ki, həlledici məqam Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüş oldu”, – siyasi şərhçi əlavə edib.
A.Rar əsas problemin Avropanın bu planla razılaşıb-razılaşmayacağı olduğunu vurğulayıb:
“Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda Trampla apardığı danışıqlar zamanı Rusiya ilə ərazi mübadiləsi variantını istisna etməyib. Lakin o, konstitusional məhdudiyyətləri aşmağın çətinliyini də qeyd etdi”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 Avqust 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















