Icma.az
close
up
RU
Deputat: Sülh sazişi üçün son maneələr aradan qaldırılmalıdır

Deputat: Sülh sazişi üçün son maneələr aradan qaldırılmalıdır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 30 iyun, AZƏRTAC

Həqiqətən də, son bir il ərzində Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olunması istiqamətində, o cümlədən sülh sazişi layihəsi üzrə danışıqların başa çatdırılması ilə bağlı əhəmiyyətli irəliləyişlərə şahid olmuşuq. Ümid edirik ki, qalan maneələr, - xüsusilə Ermənistan konstitusiyasında əksini tapan Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar, - tezliklə aradan qaldırılacaq və sazişin imzalanmasına yol açılacaq. Eyni zamanda, Ermənistanla münaqişənin ağır humanitar nəticələrinin həlli istiqamətində beynəlxalq birliyin konkret dəstəyinə ehtiyac olduğunu vurğulamaq istəyirik. Səkkiz yüz mindən çox məcburi köçkün azərbaycanlı hələ də 900-ə yaxın şəhər və kəndin tamamilə dağıdılması və ölkə ərazisinin 14 faizini əhatə edən geniş mina təhlükəsi səbəbindən öz yurdlarına qayıda bilmir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva iyunun 30-da ATƏT Parlament Assambleyasının 32-ci illik sessiyası çərçivəsində Demokratiya, insan haqları və humanitar məsələlər üzrə Komitənin iclasında “Helsinki Yekun Aktının 50 illiyi: ATƏT-də yeni reallığa cavab” adlı məruzənin müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, ümumi zərərin məbləği 150 milyard ABŞ dollarını ötür. Son 30 ildə 3400-dən çox vətəndaşımız mina partlayışlarının qurbanı olub. Bu hadisələrin demək olar ki, 400-ü 2020-ci ildən sonra baş verib. Təəssüf ki, bu gün səhər Ağdamda baş verən son faciəli hadisədə daha bir mülki şəxs mina partlayışı nəticəsində ayağını itirib. Buna görə də biz Azərbaycanın humanitar minatəmizləmə, yenidənqurma və bərpa səylərinə daha güclü beynəlxalq həmrəylik və dəstək çağırışı edirik. Bu addımlar yalnız icmaların yenidən qurulması üçün deyil, eyni zamanda, bölgədə davamlı sülh və barışığın təmin olunması üçün həyati əhəmiyyət daşıyır.

“Biz vacib bir mərhələdə - sülhün astanasındayıq. Lakin sülh yalnız dürüstlük, qarşılıqlı hörmət və konstruktiv dialoqa sadiqlik əsasında əldə oluna bilər. Əsasız, reallıqdan uzaq ittihamlar bu prosesi yalnız zəiflədir. Faktların təhrif olunması və dezinformasiya ictimai rəyi çaşdırır və xalqlarımız arasında etimadın qurulmasını daha da çətinləşdirir. Biz işimizdə hamıya yaxşı məlum olan faktlara və reallığa əsaslanmalıyıq. Gəlin unutmayaq ki, bölgəmizdə davamlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün gücümüz birgə səylər göstərməyə, açıq dialoq və qarşılıqlı anlaşmaya hazır olmağımızdadır. Məhz bu yanaşma bizi ümumi rifaha aparan yoldur”, - deyə Milli Məclisin deputatı qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri