Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

14 milyon tona yaxın yük daşınıb

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

Sülh prosesində vacib addım

Sülh prosesində vacib addım

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İkitərəfli danışıqlar formatı uğurlu nəticənin əsas meyarıdır...

Cənubi Qafqaz bəlkə də yüzilliklərdir ki, gözlədiyi sülhün, sabitliyin bir addımlığındadır. 2022-ci ildən start götürmüş və son dövrlərdə ikitərəfli danışıqlar prosesi əsasında mühüm bir yol qət etmiş sülh danışıqları özünün ən mühüm nəticələrini ortaya qoyur. Beləliklə, ötən dövr ərzində qarşılıqlı müzakirələr nəticəsində artıq sülh sənədinin 17 maddəsinin hər biri razılaşdırılıb - vurğulandığı kimi, sülhün imzalanmasına cəmisi bir addım qalıb. Ermənistanın bu “bir addım”ı atması bölgədə daimi və əbədi sülhün yaranmasına yol açacaq. Yeri gəlmişkən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Bu da nəticəyə doğru olduqca vacib bir addım sayıla bilər.

Birbaşa danışıqlar formatı...

Göründüyü kimi, uzun illərdən sonra Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması artıq reallığa çevrilir. Azərbaycanın 2020-ci il Vətən müharibəsində və 2023-cü il antiterror tədbirlərində əldə etdiyi qələbə bölgədə yeni siyasi mənzərə formalaşdırıb - Ermənistan anlamalıdır ki, regional təhdidə çevrilməklə heç nə əldə etməyəcək. Əksinə, Azərbaycanın sülh çağırışlarına adekvat cavab vermək regional inkişafın bir hissəsinə çevrilmək, bu inkişafdan yararlanmaq perspektivi formalaşdırır. Bunun nəticəsidir ki, son 1 ildə Ermənistan ilə Azərbaycan arasında gedən müvafiq danışıqlar müəyyən pozitiv nəticələrə yol açıb. Xüsusilə, ikitərəfli komissiyaların aktiv şəkildə görüşməsi sülh prosesinə mühüm töhfələr qazandırıb. Dövlət sərhədlərinin müəyyənləşməsi, delimitasiya və demarkasiyanın həyata keçirilməsi sülh şərtlərindən biri kimi münasibətlərin normallaşmasına xidmət göstərir. Xüsusilə, hazırkı sülhlə bağlı açıq mətnli fikirlərin səsləndirildiyi bir dövrdə ikitərəfli danışıqlar formatı mövqelərin yaxınlaşmasında əsaslı rol oynadı. Vurğulayaq ki, Azərbaycan hər zaman sülhün və beynəlxalq hüququn tərəfdarı kim çıxış edib - hətta qalib olduğu halda, rəsmi Bakı ilk olaraq sülh təşəbbüsü ilə çıxış etdi. İndiki halda, bu istiqamətdə addımların davam etdirilməsi son sənədin ortaya çıxmasını şərtləndirib ki, bu kimi uğurlu nəticə də Azərbaycanın mövqeyinin düzgün olmasını növbəti dəfə sübuta yetirir. İllərdir ki, ikitərəfli təmasların yarada biləcəyi üstünlükləri önə çəkən dövlətimiz bunu əyani şəkildə ortaya qoyur. İndiki mərhələdə isə Ermənistanın atacağı addımlar sülhün daha da tezləşdirilməsinə yol aça bilər - bunun üçün ən əsas şərt rəsmi İrəvanın konstitusiyasında dəyişiklik etməsi,  ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı qəti mövqe sərgiləməsi, Azərbaycana qarşı olan əsassız torpaq iddialarından əl çəkməsi və sülhün, sabitliyin davamlı, əbədi olmasına şərait yaratmasıdır.

Beynəlxalq diqqət, ikitərəfli təmaslar...

Bütün bunlarla yanaşı, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən uğurlu proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu istər region üçün perspektivdə gözlənilən əməkdaşlıq platformalarına münasibət, istər bölgənin siyasi-hərbi reallıqlarına qarşı yanaşmalar, istərsə də danışıqlar prosesinə olan maraq, eyni zamanda ortaya qoyulan mövqelər də təsdiqləyir. Artıq aylardır ki, vasitəçisiz davam edən ikitərəfli təmasların verdiyi nəticələr həm təqdir olunur, həm də bu prosesin daha da inkişaf etdirilməsinə maraq diqqətə çatdırılır. Bu məqam onu təsdiqləyir ki, artıq beynəlxalq aləm bölgədə əbədi və dayanıqlı sülhün bərqərar olmasını istəyir - bu istiqamətdə atılan addımların ortaya qoyulan səylərlə daha effektiv olacağını düşünür. Amma bu, birmənalı olaraq ikitərəfli təmasların ortaya qoyduğu nəticədir. Bəzən bu vacib, region üçün əvəzsiz uğura sahiblənmək kimi halların baş verməsi də başadüşüləndir - məsələn, ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın kabinetinin iclasında bildirib ki, Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişi bağlanacağına ümid edir. ABŞ Dövlət Departamentinin nümayəndəsi Tammi Bryus Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına dair Dövlət katibi Marko Rubionun açıqlamasını şərh edib. O, rəsmi Vaşinqtonun danışıqlarda əldə olunan irəliləyişlərdən məmnun olduğunu bildirib.

Bryusun sözlərinə görə, ABŞ danışıqlarda bir sıra məsələlərin həllində birbaşa iştirak edir və bu, Vaşinqtonun regional sülhə verdiyi dəstəyin göstəricisidir.

“Bu, dövlət katibinin vacib bir açıqlaması idi. Biz əldə olunan razılaşmalar, atəşkəsin davamlılığı və müsbət dəyişikliklərlə bağlı məmnunluğumuzu bildiririk. Dövlət katibinin bunu demək üçün əsasları var və ətraflı məlumat aldıqdan sonra onları da sizinlə bölüşəcəyik,” - deyə Tammi Bryus vurğulayıb.

Həqiqətdir ki, təxminən bir müddət davam edən vasitəçilərin iştirakı ilə təmaslar gözlənilən effekti verməmişdi - təbii ki, ABŞ-ın sülhlə bağlı ortaya qoyduğu mövqe anlaşılandır və dəyərləndirilir. Qlobal dünyada baş verənlər və onun təhlili mütləq şəkildə maraqların uzlaşması kontekstinə istinad edir - başqa sözlə, yaranan yeni siyasi-iqtisadi situasiyalar bu və ya digər şəkildə beynəlxalq aləmin diqqətindən yayınmır. Xüsusilə, Donald Trampın prezident seçilməsinin ardından ABŞ-ın münaqişələrin həllinə baxışı dəyişib - daha konservativ, daha praqmatik və sülhpərvər istiqamət alıb. Təsadüfi deyil ki, ABŞ rəsmiləri vaxtaşırı fərqli münaqişə bölgələrinə səfərlər edir, tərəflər arasında təmas formalaşdırır, hətta atəşkəs üçün səy göstərirlər.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi isə bu qəlibdən daha fərqlidir - danılmazdır ki, mühüm siyasi-iqtisadi, ticari geocoğrafi məkan kimi xarakterizə olunan Cənubi Qafqazın Şərq-Qərb, Şimal-Cənub strateji xətləri üzrə qovuşma imkanları bu sülh prosesinin ən vacib detallarındandır. İki dövlət arasında əldə olunacaq razılıq qlobal ticari münasibətlərdə yeni səhifə açacaq. Eyni zamanda, yeni situasiyaya uyğun olaraq möhkəmlənən ticari əlaqələr həm də geopolitik təhlükəsizlik meyarının daha da oturuşmasına yol açacaq. 

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 İyul 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see771

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see736

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see731

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see527

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see386

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see337

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see286

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see277

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see261

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri