Icma.az
close
up
RU
Sülh sazişi necə imzalanır? Addım addım İZAH

Sülh sazişi necə imzalanır? Addım addım İZAH

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlarda irəliləyiş əldə edilib. 17 maddə və preambuladan ibarət saziş layihəsi artıq hazırlanıb və razılaşdırılıb. Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə saziş layihəsinin paraflanması ideyası irəli sürülüb. 

Prezident İlham Əliyev Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumunda bildirib ki, bu ideya Azərbaycana məxsusdur. Dövlət başçısı sülh sazişinin imzalanması üçün iki şərtin yerinə yetirilməli olduğunu vurğulayıb - ATƏT-in Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsi. Ermənistan iki şərti yerinə yetirdikdən sonra sülh sazişi imzalana bilər.

Sülh sazişinin paraflanması nədir? Sazişün qüvvəyə minməsi üçün hansı prosedurlardan keçməlidir?

Beynəlxalq praktikaya əsasən, belə müqavilələrin imzalanması konkret prosedur qaydaları ilə tənzimlənir.

Modern.az sözügedən prosedur qaydalarını araşdırıb.

1. Mətnin razılaşdırılması

Sülh sazişi adətən tərəflər arasında aparılan diplomatik danışıqlar nəticəsində hazırlanır. Bu mərhələdə tərəflər arasında mübahisələrin detallarına dair müddəalar, qarşılıqlı öhdəliklər, sərhədlər, təhlükəsizlik zəmanətləri və digər vacib şərtlər ekspert qrupları və danışıqlar heyətləri tərəfindən müzakirə olunur. Mətnin ilkin layihəsi razılaşdırıldıqdan sonra texniki və hüquqi baxımdan yoxlanılır.

Qeyd edək ki, Azərbaycanla Ermənistan bu mərhələni artıq yekunlaşdırıb.

2. Paraflanma

Mətn üzərində razılıq əldə edildikdən sonra tərəflərin rəsmi nümayəndələri, adətən xarici işlər nazirləri və ya danışıqlar üzrə səlahiyyətli şəxslər sənədi paraflayır. Paraflanma sənədin hər səhifəsinin və ya son səhifəsinin baş hərflərlə imzalanmasıdır, bu proses sazişin mətni üzərində razılığın əldə edildiyini, lakin sənədin hələ rəsmi şəkildə qüvvəyə minmədiyini göstərir. Bu mərhələ siyasi razılaşmanın simvolik təsdiqidir və əksər hallarda imzalanma mərhələsinə hazırlıq sayılır.

Prezident Xankəndidəki media forumunda məsələ ilə bağlı deyib: "Mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb".

3. İmzalanma

Tərəflər bütün mübahisəli məsələləri həll etdikdən sonra saziş layihəsi imzalanır. İmzalanma dövlət və ya hökumət başçıları səviyyəsində təşkil edilir. Bu mərhələ sülh sazişinin beynəlxalq hüquq baxımından qəbul edildiyini göstərir, lakin bəzi hallarda sənədin qüvvəyə minməsi üçün ratifikasiya tələb oluna bilər.

Onu da qeyd edək ki, Azərbaycan iki şərtin yerinə yetirilməsindən sonra sazişi imzalamağa hazır olduğunu bəyan edib.

4. Ratifikasiya

Əgər sazişin şərtləri konstitusiya və ya qanunvericiliklə tənzimlənən məsələlərə toxunursa, tərəflər bu sənədi öz parlamentlərində ratifikasiya etməlidir. Ratifikasiyadan sonra sülh sazişi tam hüquqi qüvvəyə minir və beynəlxalq səviyyədə tətbiq olunur.

5. Qüvvəyə minmə və icra mexanizmləri

Sazişdə bəzən onun nə zaman qüvvəyə minəcəyi də ayrıca qeyd olunur. Bəzən bu, imzalanma ilə eyni gündə baş verir, bəzən isə ratifikasiyadan sonra müəyyən tarixdə reallaşır. Ardınca isə sənədin icrası, yəni sərhəd xəttlərinin müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılması, hüquqi və texniki detalların reallaşdırılması mərhələsi başlayır.

Sülh müqaviləsi qüvvəyə mindikdən sonra tərəflər onu BMT Katibliyində qeydiyyata aldırırlar. Bu, müqavilənin beynəlxalq hüquqi rejimdə tanınması və rəsmi status alması üçün mühümdür. 

Hazırda Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesinin məhz bu prosedur ardıcıllığı ilə irəlilədiyi ehtimal olunur. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyul 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri