Icma.az
close
up
RU
Sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması regionda iqtisadi inkişafa təkan verəcək

Sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması regionda iqtisadi inkişafa təkan verəcək

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci il iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan və Ermənistan prezidentlərinin komandaları ilə görüşünün böyük tarixi əhəmiyyəti var. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ Qələbəsinə aparan prosesləri uğurla idarə etməsi, eləcə də qələbədən sonra Azərbaycanın maraqlarını maksimum dərəcədə artırmaq siyasətinə uyğundur. Azərbaycan Ermənistanın işğal etdiyi əraziləri böyük qələbə ilə qazandıqdan sonra regionda sülhün və sabitliyin davamlılığının təmin edilməsi, iqtisadi inkişafın irəliləyişi üçün səylərə başlayıb. Bu baxımdan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına dair razılaşma sülh və sabitliyi təmin edəcək.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu görüşlərdən sonra Zəngəzur dəhlizinin açılması da iqtisadi inkişafa təkan verəcək.

Kərəm Qarabulud

Kərəm Qarabuludun fikrincə, bu görüş həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə, Rusiya və digər region ölkələrinin marağına uyğun olan nəticədir: “Ermənistan prezidenti Paşinyan da bunu bilir və Azərbaycanla yaxşı münasibətlər qurmaq üçün addımlar atır. Azərbaycanın da, Türkiyənin də siyasəti buna uyğundur. Lakin bu prosesdə nəzərə alınması lazım olan ən mühüm məqam Qərb dövlətləri tərəfindən Rusiya ilə Azərbaycan arasında təxribat xarakterli hadisələrin yarana bilməsidir. Bunun qarşısını alacaq siyasət həm Türkiyə, həm də Azərbaycanın uğurla həyata keçirdikləri “balans siyasətini” saxlamasıdır.

Bundan başqa, Azərbaycanla Ermənistan arasında sülh və Zəngəzurun sosial-iqtisadi təsiri müvafiq kommunikasiya kanalları ilə bu ölkələrə çatdırılsa, daha qalıcı həll yolları ortaya çıxacaq. Bir sözlə, bu danışıqlar regionda sülh, sabitlik və iqtisadi tərəqqi üçün zəmin yaradan hadisələrdir”.

Kərəm Qarabulud qeyd edib ki, bu sülh görüşü yaxın gələcəkdə Zəngəzur dəhlizinin, eyni zamanda Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan sərhəd keçidlərinin açılmasına gətirib çıxaracağını iddia etmək olar.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 İyul 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri