Icma.az
close
up
RU
Sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır Elçin Əmirbəyov

Sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır Elçin Əmirbəyov

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

De-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır.

Avtosfer.az xəbər verir ki, Finlandiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu ölkənin yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirib.

Elçin Əmirbəyov Finlandiya Prezident Administrasiyasının xarici siyasət və təhlükəsizlik məsələləri departamentinin rəhbəri Aliisa Tornberq, sülh vasitəçiliyi departamentinin rəhbəri Ville Brummer, Baş nazirin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Marja Kosela, Xarici İşlər və Müdafiə nazirliklərinin siyasi məsələlər üzrə Dövlət katibi Pasi Rayala, Xarici İşlər Nazirliyinin Avroatlantik əməkdaşlıq departamentinin rəhbəri Sari Rautio, eləcə də Finlandiya Parlamentində Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vilhelm Yunnila ilə görüşüb.

Görüşlərdə Azərbaycan-Finlandiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun daha da gücləndirilməsi, habelə iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, iki ölkə prezidentləri arasında mövcud olan səmimi və dostluq münasibətləri Azərbaycan və Finlandiya arasında qarşılıqlı anlaşmaya və konstruktiv dialoqa mühüm töhfə verir.

Azərbaycan-Avropa İttifaqı münasibətləri də görüşlərin əsas mövzularından biri olub. Finlandiya tərəfi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, Orta Dəhlizin inkişafında, Avropa ilə Asiya arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsində və Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsində Azərbaycanın artan rolunu yüksək qiymətləndirib.

Son dövrdə Azərbaycan-Aİ münasibətlərində müşahidə olunan müsbət dinamikanın davam etdirilməsinin qarşılıqlı strateji maraqlara cavab verdiyi vurğulanıb.

Görüşlər zamanı Elçin Əmirbəyov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti, əldə olunmuş nəticələr və perspektivləri barədə də ətraflı məlumat verib.

Bildirilib ki, hazırda yerdə mövcud olan de-fakto sülh artıq real və praktiki nəticələr verir. İqtisadi əlaqələrin və ikitərəfli ticarətin genişlənməsi qarşılıqlı etimadın möhkəmlənməsinə və regionda sülh mühitinin formalaşmasına xidmət edir.

Bununla belə, Elçin Əmirbəyov vurğulayıb ki, əldə olunmuş praktiki irəliləyiş və yerdəki de-fakto sülh vəziyyəti sülh prosesinin başa çatdığı anlamına gəlmir.

"De-fakto sülhün mövcudluğu çox mühüm nailiyyətdir. Lakin sülhün davamlı və dönməz olması üçün onun rəsmi şəkildə rəsmiləşdirilməsi istiqamətində hələ də mühüm məsələ öz həllini tapmalıdır", – deyə Elçin Əmirbəyov qeyd edib.

O bildirib ki, Azərbaycan sülhün rəsmi şəkildə rəsmiləşdirilməsi və onun davamlı, dönməz xarakterinin təmin olunması üçün Ermənistan tərəfindən zəruri addımların atılmasını gözləyir.

Finlandiya tərəfi Azərbaycanın regionda sülh və sabitliyin təşviqinə yönəlmiş səylərini müsbət qiymətləndirib və paraflanmış sülh sazişinin yaxın gələcəkdə imzalana biləcəyinə ümid etdiyini bildirib.

Səfər çərçivəsində Elçin Əmirbəyov Finlandiya Xarici İşlər Nazirliyində aparıcı Finlandiya tədqiqat və analitik qurumlarının ekspertlərinin iştirakı ilə keçirilən dəyirmi masada da çıxış edib. Tədbirdə Azərbaycan-Ermənistan normallaşma prosesi, regional və beynəlxalq təhlükəsizlik, eləcə də Azərbaycan-Finlandiya ikitərəfli əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Oktyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri