Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Sülhün tam reallaşması istiqamətində ilkin impulslar var, lakin...

Sülhün tam reallaşması istiqamətində ilkin impulslar var, lakin...

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Məlumdur ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi artıq 90% razılaşdırılıb.

Həlli açıq qalan iki mühüm məsələ var ki, onlardan biri Ermənistan Konstitusiyasında qonşu dövlətlərə, o cümlədən Azərbaycana ərazi iddialarını özündə ehtiva edən müddəaların ləğv olunması; ikincisi isə ATƏT-in Minsk Qrupu kimi qeyri-işlək, artıq de-fakto mövcud olmayan, faydasız bir mexanizmin de-yure, yəni hüquqi olaraq ləğv olunmasıdır. Bu məsələdə Azərbaycan dəfələrlə Ermənistanla birgə müraciət edilməsini tələb edib, bu barədə Prezident İlham Əliyevin açıq bəyanları olub. Prezidentin 7 yanvar 2025-ci il tarixində yerli TV kanallara müsahibəsində bununla bağlı ortaya qoyduğu mövqe isə yetəri qədər sərt və konkret idi. Sitat: “Bu məsələlər həll olunmazsa, sülh müqaviləsi mümkün deyil və Ermənistana sülh lazım deyilsə, bizə də lazım deyil”.

Bunu özləri üçün təhdid olaraq qəbul edən Ermənistan tərəfi dərhal cavab verməyə məcbur oldu. Ermənistan baş naziri Nikol Paşinyanın ən son media açıqlaması Prezident İlham Əliyevin 7 yanvar tarixli müsahibəsində səsləndirdiyi fikirlərə cavab idi”.

Moderator.az xəbər verir ki, bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə mütəxəssis Şəhla Cəlilzadə bildirib.

O, Paşinyanın sülh istəklərində qətiyyətli olduqlarını bəyan etdiyinə diqqət çəkib:

“Azərbaycanın Ermənistanı sülhə məcburetmə əməliyyatlarının və Prezidentin qətiyyətli mövqeyinin nəticəsidir ki, indi Ermənistan tərəfindən sülh mesajlarının verildiyinə şahid oluruq. Ermənistanın Minsk Qrupu ilə bağlı yeni rəsmi mövqeyi Azərbaycanın mövqeyi ilə səsləşir. Ermənistanın Minsk Qrupunun ləğv olunması ilə bağlı rəsmi açıqlaması Azərbaycanın sülh şərtləri ilə bağlı qəti mövqeyinin nəticəsi olub sülh prosesini irəliyə aparan addım kimi mühüm əhəmiyyət daşıyır. Odur ki, iki ölkə arasında mövqelərin razılaşdırılması addım-addım sülhə yaxınlaşma olaraq şərh oluna bilər. Düşünürəm ki, 2024-cü ildə Qazaxın 4 kəndi, delimitasiya və demarkasiya ilə bağlı qarşılıqlı razılaşmanın əldə olunduğu kimi, 2025-ci ildə də Minsk Qrupunun ləğvinə də şahid olacağıq. Sülhün tam reallaşması isə Ermənistanın tarixi reallıqları olduğu kimi qəbul edib, doğru qiymətləndirməsini konstitusion-hüquqi bazasında əks etdirməsindən sonra mümkün olacaq”.

Şəhla Cəlilzadənin fikrincə, bu istiqamətdə ilkin impulslar var:

“Paşinyan Ermənistanın hazırkı ərazilərinin coğrafiyasını təqdim edir. O, Qərbi Ermənistanın Türkiyə ərazilərini əhatə etmədiyini deməyə çalışır. O, hətta Qərbi Azərbaycan İcmasının hüquqlarının təmin olunması istiqamətində işin aparıla biləcəyini etiraf edir, iradı sadəcə olaraq “Qərbi Azərbaycan” termini ilə bağlıdır. Paşinyan öz cavabında “Qərbi Azərbaycan” termininə qarşı çıxır, bunu Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə təhdid, gələcək iddialar üçün bazis kimi qiymətləndirir. Paşinyanın mövqeyi tarixi reallığın inkarı adlandırıla bilər. Bu gün İran ərazisində də Şərqi və Qərbi Azərbaycan kimi coğrafi ərazi vahidləri vardır. Qərbi Azərbaycan termini sadəcə olaraq tarixi faktın ifadəsidir və Azərbaycan Ermənistana heç bir ərazi iddiası etmir. Azərbaycan Konstitusiyasında da qonşu ölkələrə ərazi iddiaları əks olunmur.

Ümid edək ki, Ermənistan tarixi reallığın doğru qiymətləndirməsini də aparacaq və bu, nəhayət ki, sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək. 2025-ci ilin sadəcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda “Suverenlik və Konstitusiya İli” olması diləyilə”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Yanvar 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri