Icma.az
close
up
RU
Sultan Raevin Zəngin Yaradıcılıq İrsinin Beynəlxalq Təsdiqi

Sultan Raevin Zəngin Yaradıcılıq İrsinin Beynəlxalq Təsdiqi

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türk Dünyasının mədəni və mənəvi inteqrasiyası yolunda misilsiz xidmətləri ilə tanınan TÜRKSOY-un baş katibi, Qırğızıstanın xalq yazıçısı Sultan Raev zəngin yaradıcılığı, intellektual düşüncə dərinliyi və böyük ədəbi missiyası ilə çağdaş türk ədəbiyyatının aparıcı simalarından biridir.
“Kelajak Merosi” kimi yüksək nüfuzlu beynəlxalq mükafata layiq görülməsi isə onun təkcə şəxsi sənət yolunun deyil, həm də ümumtürk mədəniyyətinə verdiyi töhfələrin beynəlxalq miqyasda təntənəli şəkildə tanınmasının bariz nümunəsidir.
Sultan Raevin əsərləri çoxəsrlik “Manas” epik ənənəsinin daxili ritmi, türk şifahi yaddaşının bədii enerjisi və Çingiz Aytmatovun dünyəvi humanist təfəkkürü ilə səsləşir; eyni zamanda çağdaş insanın psixoloji mürəkkəbliyini, mənəvi axtarışlarını və həyatın paradoksal həqiqətlərini yeni estetik ölçülərlə təqdim edir. Ədibin “Daşqın”, “Cəza”, “Dəlixana” və digər əsərləri yalnız Qırğız ədəbiyyatının deyil, bütövlükdə Türk Dünyasının bədii xəttinə yeni dinamika gətirmiş, nəsrin poetik və fəlsəfi üfüqlərini genişləndirmişdir. Onun roman və povestləri ingilis, rus, türk, çin, macar və digər dillərə tərcümə olunaraq geniş beynəlxalq oxucu auditoriyası qazanmış, müəllifin yaradıcılığının regional və qlobal miqyasda əhəmiyyətini daha da gücləndirmişdir.
Sultan Raevin dili sadəcə bədii-estetik vasitə deyil, həm də düşüncənin, ruhun, yaddaşın və mənəvi ritmin daşıyıcısıdır. O, sözün daxili enerjisini zərgər dəqiqliyi ilə duyaraq dilin poetik gücünü obrazların psixoloji dərinliyinə yönəldə bilən nadir sənətkarlardandır. Onun əsərlərindəki alleqorik-estetik sistem insan xarakterlərinin qaranlıq qatlarını, zamanın yaratdığı sosial-mənəvi gərginlikləri və şüuraltı prosesləri açan bədii vasitəyə çevrilir və yazıçının konseptual dünyagörüşündəki bütövlüyü daha da aydın göstərir.
Dramaturq kimi Sultan Raev müasir teatr estetikasının imkanlarını ustalıqla mənimsəyərək insan talelərinin dramatik gərginliyini səhnəyə gətirir. London, Moskva, Astana, Mülenhaym və Tehran kimi sənət mərkəzlərində səhnələşdirilən əsərləri onun bəşəri mövzulara universallıqla yanaşan güclü yaradıcı potensialının ifadəsidir.
Sultan Raev yalnız ədəbiyyat adamı deyil, həm də Türk Dünyasının mədəni diplomatiyasının aparıcı fiqurudur. 32 illik fəaliyyəti ilə türk mədəniyyətinin qlobal məkana inteqrasiyasına xidmət edən TÜRKSOY onun rəhbərliyi dövründə yeni strateji inkişaf mərhələsinə qədəm qoymuş, bir sıra tarixi təşəbbüslər gerçəkləşmişdir. 2023-cü ildə Şuşanın Türk Dünyasının mədəniyyət paytaxtı elan edilməsi, TÜRKSOY Yazıçılar Birliyinin təsis edilməsi, mədəniyyət və ədəbiyyat sahəsində ortaq platformaların genişləndirilməsi onun rəhbərliyinin sistemli yanaşmasının nəticəsidir. Raevin tez-tez vurğuladığı “Ədəbiyyat türk mədəniyyətinin lokomotividir” fikri onun həm yaradıcılığının, həm də təşkilati fəaliyyətinin ideya-fəlsəfi dayağını təşkil edir.
Bu geniş və çoxşaxəli fəaliyyət fonunda Sultan Raevin “Kelajak Merosi” mükafatı ilə təltif olunması tamamilə qanunauyğun və dərin məzmun daşıyan hadisədir. Bu mükafat yalnız böyük yazıçının fərdi əməyinə verilən qiymət deyil, həm də Türk Dünyasının mədəni birliyinə, ortaq yaddaşına və mənəvi konsolidasiyasına xidmət edən davamlı və strateji fəaliyyətin beynəlxalq səviyyədə tanınmasıdır.
Hörmətli ustadım Sultan Raev, bu ali mükafata layiq görülməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin əsərləriniz Türk Dünyasının ortaq yaddaşını zənginləşdirən, ruhunu birləşdirən və gələcək nəsillər üçün mənəvi istiqamət verən bədii irs kimi əbədiyaşardır. Arzu edirəm ki, yaradıcılıq yolunuz daha böyük zirvələrə ucal­sın, Türk Dünyası üçün yeni ideyalar, yeni mədəni körpülər və yeni ədəbi nəfəs gətirsin. Sizə möhkəm can sağlığı, güclü ilham və bitib-tükənməyən yaradıcılıq enerjisi arzulayıram.
Hörmət və ehtiramla,
Xəyalə Əfəndiyeva
Filologiya üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Noyabr 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri