Icma.az
close
up
RU
Sumqayıtda axşam saatlarında avtobuslar qeybə çəkilir: Narazılığı kim və niyə yaradır?

Sumqayıtda axşam saatlarında avtobuslar qeybə çəkilir: Narazılığı kim və niyə yaradır?

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sumqayıtda bəzi avtobuslar ancaq axşam saatlarına qədər işləyir”.

Bunu Bakıvaxtı.az-a şikayətində Sumqayıt sakini bildirib.

Onun sözlərinə görə, sürücülərdən bunun səbəini soruşanda, “icazə yoxdur, çünki Sumqayıt Nəqliyyat Departamenti icazə vermir” cavabını alır.

Şikayətçi  “Sumqayıtda axşam saat 8-dən sonra niyə avtobus tapılmır? Süni narazılığı kim və niyə yaradır” suallarına cavab axtarır. Dediyinə görə, bununla bağlı müvafiq qurumlara ərizə və şikayət formasında müraciət olunacaq:

“Eyni zamanda güc strukturları da məlumatlandırılacaq ki, bu, kimin əlinin işidir”.

Redaksiyamıza şikayət edən şəxs qeyd edib ki, 10A, 9-lar, 30, Bağlar, 33, 4, 6 nömrəli marşrutlarla bağlı vəziyyət çox acınacaqlıdır:

“Bütün marşrutlar 7 nömrə istisna olmaqla eyni vəziyyətdədir. Bu isə deməyə əsas verir ki, kimsə bilərəkdən süni əngəl törədir. Bu da gün kimi aydındır. Məsuliyyət Nəqliyyat Departamenti və cavabdeh şəxslərin üzərinə düşür”.

Vətəndaş marşrutların təşkilindəki uyğunsuzluqlardan da şikayətçidir. Onun sözlərinə görə, 33, 4 və 2 nömrəli avtobusların son dayanacaqları bir-birinə çox yaxın, cəmi 1 km məsafədədir. O bildirib ki, bu marşrutlar üçün 2 saylı Dənizkənarı Xəstəxana ərazisində ortaq son dayanacaq təşkil etmək olar ki, vətəndaşlar sərbəst və rahat şəkildə hərəkət edə bilsinlər:

“3 marşrutu bir nöqtəyə cəmləmək mümkün olduğu halda bunu bilə-bilə etmirlər”.

Şikayətçi həmçinin avtobusların texniki vəziyyətindən narazılıq edir:

“Bir gün arayla iki avtobus yanıb. Biri tamamilə yararsız hala düşüb, digəri isə qismən sıradan çıxıb. Bu, necə ola bilər? Deməli, bu avtobuslar qəza vəziyyətindədir”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə (AYNA) əlaqə saxladıq.

Qurumdan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, Sumqayıt şəhərində sərnişin tələbatına əsasən avtobus marşrutlarının iş saatı 05:30-dan başlayır, bəzi ərazilərdə saat 22:00-23:00-a, bəzilərində isə 00:00-a qədər davam edir:

“Marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi və qrafik üzrə fəaliyyət göstərir”.

Qeyd olunub ki, Sumqayıtda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir və avtobus parkının yenilənməsi diqqət mərkəzindədir.

Həmçinin nəzərə çatdırılıb ki, daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulub:

“Görülən işlər çərçivəsində daşıyıcılar tərəfindən xaricdən yeni nəqliyyat vasitələri gətirilir və xətlərə buraxılır. Proses davam etdirilir”.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri