Sumqayıtda “Xruşşovka”lar niyə qəfil bahalaşdı? 5 əsas SƏBƏB
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Sumqayıtda mənzil bazarında son iki ayda sürətli dəyişiklik baş verib. Mənzillər, demək olar, gözlənilmədən təxminən 10 faiz bahalaşıb. Belə ki, iki ay əvvəl 55-58 min manata təklif olunan bir otaqlı köhnə bina mənzili (Xruşşovka) üçün indi 60-65 min manat tələb olunur.
Bazarda nə baş verir? Sumqayıtda evlərin qiymətini bu qədər qısa müddətdə qaldıran səbəb nədir?
MÖVZU İLƏ BAĞLI:
Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA
Əmlak məsələləri üzrə ekspert Rəsul Qəniyev mövzu ilə bağlı Bizim.Media-ya bildirdi ki, ümumiyyətlə Sumqayıtda evlərin qiymətinin artımı Bakı ilə əlaqəlidir: paytaxtda mənzil bazarı artıq orta seqment üçün əlçatmaz olduğuna görə, ən yaxın ərazilərə üstünlük verilir. Bakıətrafı qəsəbələrin dar yolları, su-kanalizasiya probleminin olması müştəriləri geniş, rahat yolları olan Sumqayıta yönləndirir.
Yəni iki şəhər arasında gündəlik hərəkətin rahatlaşması və nəqliyyat imkanlarının artması, xüsusən də vaxtaşırı sürət qatarının mövcudluğu Sumqayıtı Bakıya ən yaxşı alternativ edir.
“Bundan başqa, təklif məhduddur. Köhnə tikililərin sayı azdır, bəziləri sökülüb, “Stalinka” mənzillər və yenitikililər isə bahadır. Ona görə də “Xruşşovka”ların qiymətində artım oldu, xüsusilə də Sumqayıt Dövlət Universitetinə və Dəmiryolu Stansiyasına yaxın ərazilərdə son aylarda gözəçarpan artım müşahidə olunur.
Üstəlik köhnə binalar yeni tikililərlə müqayisədə əsasən formalaşmış mikrorayonlarda yerləşir: məktəb, mağaza, nəqliyyat və digər xidmətlər yaxındır. Bu da alıcının köhnə mənzilə marağını saxlayır”.
Ekspert deyir ki, həm də köhnə mənzillərin yeni tikililərlə müqayisədə sənədləşməsində (kupçası) problem olmadığı üçün alıcı dərhal mülkiyyətçi olması baxımından köhnə mənzillərə üstünlük verir.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 18 Sentyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















