Icma.az
close
up
RU
“Sumqayıt”ı bu günə kim saldı? İdarəçilik fiaskosu

“Sumqayıt”ı bu günə kim saldı? İdarəçilik fiaskosu

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasında IV tur arxada qalıb, “Sumqayıt” isə hələ də xal üzünə həsrətdir. Komanda II turda “Sabah”la oyunu təxirə salındığı üçün indiyədək üç matç keçirib: “Neftçi”yə 1:3, “Qarabağ”a 0:1, son olaraq isə “Turan Tovuz”a 1:2 hesabı ilə uduzub. Üç oyun, üç məğlubiyyət, vurulan 2, buraxılan 6 qol və sıfır xal. “Sumqayıt” hazırda turnir cədvəlinin sonuncusudur.

İlk üç rəqibin iddialı olması səbəb kimi də göstərilə bilər, bəhanə kimi də. “Neftçi”, “Qarabağ”, “Turan Tovuz” – asan təqvim deyil. Amma elə “Turan Tovuz”dan xal almaq mümkün idi. “Kəpəz” bunu bacarıb, “Şamaxı” da. Üstəlik, növbəti turda rəqib “Şamaxı”dır. Yəni bundan sonra təqvim söhbəti də bitir.

Amma “Sumqayıt”ın əsas problemi üç məğlubiyyət deyil. Problem illərdir davam edən və artıq adiləşən idarəçilik modelidir.

Demək olar, hər yay eyni mənzərəni görürük: 10-15 futbolçu göndərilir, onların yerinə bir o qədər yenisi gətirilir. Legionerlər dəyişir, baş məşqçi dəyişir, oyun fəlsəfəsi dəyişir, mövsüm başlayanda isə klub yenə “yeni komanda qururuq” mərhələsində olur. Bir klub neçə il ardıcıl yenidən qurula bilər?

Bu qədər transferin içində neçə futbolçu həqiqətən “Sumqayıt”a dəyər qatıb? Neçəsi bir ildən sonra sakitcə yola salınmayıb? Hər dəfə uğursuz legioneri göndərib yerinə başqa yarıtmaz legioner gətirmək seleksiya deyil. Sadəcə səhvi başqa səhvlə əvəz etməkdir.
Hazırkı “Sumqayıt” da bəzi futbolçuların fərdi bacarıqları hesabına nəsə etməyə çalışan komanda təsiri bağışlayır. Müdafiə etibarlı deyil, sürətli və sərt oyuna davamlılıq görünmür, qapıçı mövqeyi sual doğurur, meydanda sistemli məşqçi işi hiss olunmur. Amma bütün bunların məsuliyyətini yalnız futbolçuların və Filipe Kandidonun üzərinə atmaq çox rahat olardı.

Baş məşqçi məsələsi eyni. Hər il başqa məşqçi, başqa yanaşma, başqa heyət. Sonra nəticə gəlməyəndə ən rahat variant tapılır: məşqçini dəyiş. Amma Riad Rəfiyev, sən illərlə məşqçi dəyişirsən və problem dəyişmirsə, deməli, bu gün başını məşqçi skamyasından qaldırıb öz kreslona baxmağın lazımdır.

Ya da “Şamaxı”ya baxın. Deməli, daha məhdud imkanlarla meydana müəyyən fikir, təşkilatlanma və xarakter qoymaq mümkündür. Deməli, məsələ təkcə büdcənin böyüklüyündə deyil. Əsas məsələ pulu kimə xərclədiyin, futbolçunu hansı sistem üçün gətirdiyin və klubun sabahını necə planlaşdırdığındır.

“Sumqayıt” üçün məğlubiyyət limiti ilkin mərhələdə artıq dolub. Əgər bu mövsümün sonunda iş daha ağır nəticəyə – elitadan düşməyə qədər gedib çıxsa, bu dəfə bir məşqçini yola salıb, 15 futbolçunu dəyişməklə məsələni bağlamaq mümkün olmayacaq.

Çünki illərlə eyni şeyi edib fərqli nəticə gözləyən futbolçu deyil.

Rəhbərlikdir.
Allah göstərməsin, sonluq aşağı liqaya düşməklə nəticələnsə, həmin rəhbərlik böyük bir şəhərin qarşısında cavab verməli olacaq.

Filipe Kandido: “Komandamda çatışmayan əsas cəhət…” “Qarabağ” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB Gəncə futbolunda ağır itki “Sumqayıt” Tovuz səfərindən xalsız qayıdır - YENİLƏNİB Edqar Adilxanov: BƏZƏN OYUN YADIMDAN ÇIXIRDI
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 Sentyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri