“Sumqayıt”ın baş məşqçisi komandasının oyunçusu ilə dalaşıb
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Uğursuzluq zolağında olan “Sumqayıt” düşərgəsində gərginlik hökm sürür. Baş məşqçi Saşa İliçlə oyunçular arasında ciddi problemlər yaranıb.
İdman.Biz Futbolinfo.az-a istinadən xəbər verir ki, serb mütəxəssis Səbuhi Abdullazadədən narazıdır və mətbuat konfransında bunu açıq şəkildə dilə gətirib. Amma kapitan onunla problem yaşayan yeganə futbolçu deyil. Digərləri də İliçlə müxtəlif insidentlər yaşayıb.
Ən böyük problem Danilo Beskorovaynıyla bağlıdır. Ukraynalı müdafiəçi ilə münasibətlər hətta dava-dalaş həddinə çatıb. “Sabah”la oyundan sonrakı məşqlərdən birində legioner oyunçu çalışdırıcı ilə əlbəyaxa olub. Qarşılıqlı ittihamlardan sonra tərəflər sakitləşdirilib. Bunun nəticəsidir ki, Beskorovaynıy son turun “Neftçi” ilə oyununda meydana buraxılmayıb. O, sonadək oyunu ehtyatda izləyib.
Yayda İliç komandada qalsa, ukraynalı ilə yollar ayrılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 08 Aprel 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















