Icma.az
close
up
RU
Süni intellekt dövründə tələbə necə olmalıdır? Yeni layihəyə başlanılıb

Süni intellekt dövründə tələbə necə olmalıdır? Yeni layihəyə başlanılıb

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Peşəyönümlü  təhsilin inkişafına  yardım” IB  (PTİYİB)  ictimai əsaslarla  “Süni  intellekt  dövrünün   tələbəsi necə olmalıdır?” adlı layihənin icrasına başlamışdır.  Onlayn formatda  reallaşan  layihə çərçivəsində bəzi universitetlərin tələbələri üçün süni intellekt mühitində səmərəli öyrənmə yolları haqqında  tövsiyyələr veriləcəkdir.  Təlimləri  PTİYİB sədri, dosent İlham Əhmədov aparır.

İlk onlayn təlim UNEC Zaqatala filialının tələbələri üçün aparılmışdır.

Təlimin məqsədi Sİ-dən istifadə etməklə tələbələrin düşünən, yaradıcı, müstəqil və məsuliyyətli olmalarına dəstək verməkdir. Gələcəyin əsas bacarığı Sİ bilmək yox, onun köməyi ilə keyfiyyətli düşünməkdir.

Əvvəllər insanlar hər hansı məlumatı tapmaq üçün kitabxanada saatlarla axtarış edirdi. İndi isə bu məlumatı kitabxanaya getmədən bir neçə saniyə ərzində Sİ bizə verir. Sİ bizə cavab, izah, məqalə, təqdimat, hətta ideya verə bilir.

Əgər Sİ hesablayırsa, məlumat tapırsa, mətn yazırsa, müəyyən qərar üçün variantlar təklif edirsə, onda insanın rolu, əsas üstünlüyü bəs nə olacaq ?

Sİ dövründə tələbə olmaq həm asan həm də çətindir.

Sİ dövründə uğurlu tələbə çox məlumat əzbərləyən yox, yaxşı düşünən tələbədir.

Tələbə düzgün sual verməyi, problemi müəyyənləşdirməyi, Sİ-dən ağıllı istifadə etməyi, alınan məlumatı yoxlamağı, səhvi görməyi, öz fikrini formalaşdırmağı bacarmalıdır. Gələcəkdə Sİ ilə düşünən insanla, özü düşünməyib, bunu Sİ-yə həvalə edən insan arasında böyük fərq olacaq.

Sİ universitet təhsilinin ənənəvi modelini tam dəyişdirir.

Əvvəllər tələbənin əsas vəzifəsi məlumat toplamaq, yadda saxlamaq, imtahanda biliyini nümayiş etdirmək idisə, indi Sİ məlumatı bizə saniyələr ərzində təqdim edə bilir.

Deməli, tələbənin dəyəri topladığı informasiyanın miqdarı ilə deyil, həmin informasiya ilə apardığı intellektual əməliyyatlarla ölçülməlidir. Bu, tələbənin yeni təhsil fəlsəfəsidir.

Sİ tələbənin əvəzinə düşünməməlidir. Sİ onun daha yaxşı düşünməsinə kömək etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Sentyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri