Süni intellekt səhvinə görə 85 min itirdi FOTO
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avstraliyalı pilates studiyasının sahibi Roşel Marinato süni intellektin qurbanı olub.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Marinato öz biznesinin instaqram hesabında pəncərədən baxan itlərinin şəklini yükləyib. Lakin instaqramın süni intellektlə işləyən proqramı fotonun uşaq istismarı olduğunu təsbit edib və hesabı bağlayıb. O, bu səhvi düzəldə bilmədiyi üçün qısa zamanda əhəmiyyətli maliyyə itkilərinə məruz qalıb.
Bir neçə saniyə ərzində biznes hesabı bağlananan qadın “Meta”ya 22 e-poçt göndərsə də, cavab ala bilməyib.
O, səhifəsi bağlandığı müddətdə xeyli sayda izləyicisini itirib. Biznesinə birbaşa təsir edən bu vəziyyət qısa zamanda 50 min dollar (85 min manat) itirməsi ilə nəticələnib.
Müflisləşmə həddinə çatan qadın yeni hesab yaradıb:
“Əvvəlcə bunun kiçik bir səhv olduğunu düşündüm. Gəlirlərim 75% azalıb. Bu qədər böyük gücə malik olan süni intellektin bu qədər səhvə yol verməsi çox təhlükəlidir”,- deyə o əlavə edib.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 16 İyul 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















