Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Süni intellekt təbii tələbata dönür

Süni intellekt təbii tələbata dönür

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ən müasir texnologiyanın dinamik inkişafı və ondan faydalanmaq zamanın tələbidir. Bu innovativ proses dünyanı ağuşuna alıb. Elmi dairələrdə, eləcə də ictimai aləmdə süni intellektə (Sİ) ilkin yanaşmaların birmənalı olmadığı da günümüzün reallığıdır. Çünki bütün yeniliklər kimi, rəqəmsallaşmanın da yolu da enişli-yoxuşludur və müəyyən tərəddüdlər yaradır.

Nikbin proqnozlarda Sİ tətbiqinin bütün sahələrdə məhsuldarlığa əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyi və çətinlikləri azaldacağı vurğulanır. Lakin dünyada belə bir təbii narahatlıq var ki, qısa müddətdə süni intellekt infrastrukturuna qoyulan böyük investisiyalar digər iqtisadi fəaliyyətləri, necə deyərlər, sıxışdıra bilər, “işsizlik bumu” yaranar. Axı Sİ dövründə müəssisələr, iş adamları daha az insan qüvvəsi ilə daha çox iş görməyi hədəfləyirlər. Belə təbəddülatların sovuşması, psixoloji baryerin aşılması isə müəyyən zaman tələb edir.

Mütəxəssislər bildirirlər: elə etmək lazımdır ki, bu proses həm iş yerlərinə, həm də insan zəkasına təhdid yaratmasın. Süni intellektin düşünmə və aldatma qabiliyyəti təhlükəli nəticələrə səbəb olmasın. Ondan məsuliyyətli və etik istifadə edilsin. Yəni həyatımızın ayrılmaz hissəsinə çevrilən bu texnologiya tam asılılıq yaratmasın. Zəka dərinliyi bəsirət gözü, ruh, ürək hissiyyatı ilə vəhdət təşkil eləsin.

Bu da var ki, son vaxtlar süni intellekt artıq, sadəcə, məlumat verən bir sistem deyil, duyğulara təmas edən və psixoloji proseslərə daxil olan texnologiyaya çevrilir. Hazırda Fransa və ABŞ-dan olan beynəlxalq alimlər qrupu qəfil ürək dayanması riski barədə erkən, yəni 14 gün əvvəldən xəbərdarlıq edə bilən süni intellekt aləti yaradıb. Amma yenə də, adında “süni” sözü olan bu model lazımınca təbii duyumlu ola bilməz. Məsələn, ona müəyyən mövzuda şeir də, nəğmə də yazdırmaq, rəsm və videoçarx da çəkdirmək mümkündür. Fəqət həmin “əsər”lərin quru və ruhsuz olacağı şübhəsizdir.

Burada hələ məktəbli ikən “Kirpi” jurnalından oxuduğum bir şeir parçası yada düşür. Həmin poetik nümunədə ifrat rəsmiləşmiş bir məmur belə xarakterizə edilirdi:

O, o qədər qurumuş, o qədər rəsmi idi,
Evdə arvadına da “Çay təşkil et!” deyirdi...

Amma bədii istedad, hissi fantaziya tələb etməyən bir çox sahələrdə bu çağdaş tətbiqin getdikcə özünü daha çox doğrultması nikbinlik yaradır. Məsələn, Sİ-nin ölkələrin elmi və iqtisadi rəqabət qabiliyyətini artırması danılmaz faktdır. Audit, vergi, hüquq və məsləhət xidmətləri üzrə qlobal şəbəkə olan “Pricewaterhouse Coopers” (PwC) tərəfindən aparılan araşdırma süni intellektin 2030-cu ilə qədər qlobal ÜDM-i 14 faiz artıraraq 15,7 trilyon ABŞ dollarına çatdıra biləcəyini göstərir. Hesabatda qeyd olunur ki, istehsal, nəqliyyat və rabitə kimi sahələrdə avtomatlaşdırmanın artması məhsuldarlığı yüksəldəcək. İşçi qüvvəsinin isə Sİ texnologiyaları ilə dəstəklənməsi qərarvermə proseslərini daha optimal hala gətirəcək.

Azərbaycan da qlobal inkişaf tendensiyalarına uyğun olaraq, bu “inqilab”dan kənarda qalmır. Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın məqsədi ölkədə Sİ-nin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) həyata keçirir.

AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyevin çıxışı ölkəmizdə elm və texnologiyanın inkişafına yüksək dəyər verdi. Ölkə rəhbəri bildirdi ki, Azərbaycan yalnız təbii resurslara əsaslanan iqtisadi model deyil, eyni zamanda, bilik, innovasiya və süni intellekt kimi müasir inkişaf dayaqlarına da söykənən elm ölkəsinə çevrilmək yolundadır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də Sİ texnologiyalarının tətbiqi, rəqəmsal iqtisadiyyatın inkişafı və elmin innovasiya ilə sıx inteqrasiyası kimi istiqamətlər xüsusi yer tutur.

Fərəhlidir ki, “AZCON Holding”in Milli Süni İntellekt Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, insan kapitalının inkişafı və yerli platformalarının formalaşdırılması istiqamətində görülən işlər ölkənin bu sahə üzrə təməl potensialının artmasına töhfə verir. Uğurlu addımlar sırasında “ASAN xidmət”də süni intellekt həllərinin tətbiqi ilə bağlı 2024–2026-cı illər strategiyasının qəbulu göstərilə bilər. Yeni model artıq “ASAN xidmət”in fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edir və onun müsbət nəticələri var.

Xatırladaq ki, Azərbaycan 2025-ci ildə süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edən ölkə olub. “Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin yayımladığı “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi” hesabatına görə, Azərbaycanın süni intellektə hazırlıq səviyyəsi çox yaxşıdır. Ölkəmiz bir il ərzində 41 pillə irəliləyərək, 111-ci yerdən 70-ci yerə yüksəlib. Beləliklə, ən sürətli irəliləyiş sayəsində illik müqayisədə üstün artımın qeydə alındığı ölkə olmuşuq.

Hesabata əsasən, Azərbaycanın ümumi balı 48,96 təşkil edib ki, bu da Cənubi Qafqaz ölkələri, eləcə də Cənubi və Mərkəzi Asiya regionu üzrə orta göstəriciləri xeyli üstələyir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə həmin göstərici 39,92 olmuşdu. Bu nəticə Azərbaycanın dövlət idarəçiliyində rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal infrastrukturun gücləndirilməsi və innovasiya ekosisteminin inkişafı istiqamətində atdığı ardıcıl addımların göstəricisidir.

Eyni zamanda, qeyd olunur ki, bu tətbiqlər region ölkələrinin irəliləyişinə əlavə təkan verir. Azərbaycanın regional sıralamada ön mövqedə yeralması ümumi inkişaf xəttinin düzgün seçildiyini göstərir. Bu strateji yanaşma ölkəmizin süni intellektə əsaslanan dövlət xidmətlərini genişləndirməyə, innovativ həllərin tətbiqini sürətləndirməyə və qlobal mövqeyimizi gücləndirməyə imkan yaradır.

Dünyada süni intellektin “xaç atası” kimi tanınan Ceffri Qinton deyib ki, artıq 2026-cı ildə Sİ bir çox sahədə işçiləri tamamilə əvəz edə biləcək. Həqiqətən də, modern modellər addım-addım bütün sahələrə nüfuz edir. Məsələn, Yaponiyada süni intellekt partiya sədri seçilib. Bizim ölkəmizdə də, ilk dəfə olaraq, siyasi partiyalardan birində sədrin 1-ci müavini vəzifəsi süni intellekt əsaslı qadın modelə həvalə edilib. Yeni model partiya fəaliyyətinə dair məlumatların emalı, siyasi proseslərin analizi, kommunikasiya strategiyalarının hazırlanması və qərarvermə proseslərinə dəstək funksiyalarını icra edəcək.

Görək, nə olur. Amma yaddan çıxarmayaq ki, siyasət sırf peşəkar insanların fəaliyyət sahəsidir. Müəyyən imitasiyaların faydalı iş əmsalının zamana ehtiyacı var.

Beləliklə, müasir dövrün elmi-texnoloji yarışı, demək olar ki, sırf süni intellekt üzərində qurulur. Daha güclü bazaya və innovativ potensiala malik ölkələr gələcəyin iqtisadi və siyasi üstünlüyünü qazanacaq. Azərbaycanın süni intellekt sahəsinə strateji baxışının ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacağına ümid edirik.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see653

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see622

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see620

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see461

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see433

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see391

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see347

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see340

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see338

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see329

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see325

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see322

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see320

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see315

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see310

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see308

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see303

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri