Icma.az
close
up
RU
Süni qidalar orqanizmimizi necə dəyişir? SÜFRƏMİZDƏKİ TƏHLÜKƏ

Süni qidalar orqanizmimizi necə dəyişir? SÜFRƏMİZDƏKİ TƏHLÜKƏ

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər həm Azərbaycanda, həm də dünyada gənc yaşlarda ölüm halları daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Mütəxəssislər bunun səbəbləri sırasında genetik faktorlarla yanaşı, qidalanma vərdişlərini, emal olunmuş məhsulların artmasını və dəyişdirilmiş qidaların insan sağlamlığına təsirini də xüsusi qeyd edirlər.

Bəs gündəlik istifadə etdiyimiz meyvə-tərəvəz və digər qidalar insan orqanizmində genetik dəyişikliklər yarada bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov bildirib ki, Azərbaycana genetikası dəyişdirilmiş məhsulların gətirilməsi və rayonlaşdırılması qanunla qadağan olunub.

Onun sözlərinə görə, bəzi meyvə və tərəvəzlərin mövsümündən kənar istehlakı da düzgün hesab edilmir:

“Bütün meyvə və tərəvəzlər öz mövsümünə uyğun formalaşıb. Bu uyğunluq təbiətin yaratdığı bir sistemdir. Məsələn, alça və gilas yay mövsümündə orqanizmin tərləmə nəticəsində itirdiyi mineralların bərpasına dəstək olur. Qışda isə təbiət başqa xüsusiyyətli meyvələri təqdim edir. Heyva ağciyərlər üçün faydalıdır, alma isə qızdırma zamanı orqanizmə dəstək verir”.

Ağa Salamov ürək-damar xəstəliklərinin artmasında istifadə olunan yağların da mühüm rol oynadığını deyib. Müsahibimiz bildirib ki, ənənəvi olaraq Azərbaycan mətbəxində nehrə yağı, quyruq yağı və kərə yağından istifadə olunub:

“Bu gün isə daha çox bitki yağlarından istifadə edilir. Bitki yağları yüksək temperaturda istifadə olunduqda trans-yağlara çevrilə bilir və bu da orqanizmdə müxtəlif fəsadlara yol açır”.

Ağa Salamov: Əsas təhlükə təbii heyvan yağlarından çox, hidrogenləşdirilmiş və trans-yağa çevrilmiş yağlardır

Ekspert deyib ki, insanlar palma yağını və marqarini zərərli hesab etsələr də, qarğıdalı yağı kimi duru yağlar da yüksək temperaturda təhlükəli hala gələ bilir:

“Yüksək istilik nəticəsində yağın kimyəvi quruluşunda dəyişiklik baş verir və trans-yağ əmələ gəlir. Bu isə insan sağlamlığı üçün təhlükəlidir. Bitki yağlarında hazırlanan yeməklər daha çox pörtləmə üsulu ilə bişirilməli, yüksək temperaturdan qaçınılmalıdır. Yüksək temperaturda bişirilən bəzi məhsullarda akrilamid adlı maddə əmələ gələ bilər ki, bu da sağlamlıq üçün risk hesab olunur".

Zeytun yağının yüksək temperatura daha davamlı olduğunu və bitki mənşəli yeməklərin hazırlanmasında daha uyğun seçim sayıldığını vurğulayan ekspert milli mətbəxin düzgün formada təbliğinin vacibliyini də qeyd edib:

“Azərbaycan mətbəxinin ənənəvi forması əslində sağlam qidalanma prinsiplərinə əsaslanır. Əsas təhlükə təbii heyvan yağlarından çox, hidrogenləşdirilmiş və trans-yağa çevrilmiş yağlardır. Bəzi xəstəlikləri olan insanlar yağlı qidalarla bağlı mütləq həkim məsləhəti almalıdırlar”.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 May 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri