Süni Zəka ilə Sosial Dəyişim” adlı tədbir keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 11 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Qusar rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Süni Zəka ilə Sosial Dəyişim” adlı tədbir təşkil edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin əsas məqsədi süni intellekt sahəsindəki aktual trendləri, həmin texnologiyanın dövlət idarəçiliyində tətbiqi imkanlarını və ictimai xidmətlərdə rolunu müzakirə etmək olub.
Hər iki qurumun nümayəndələrinin iştirakı ilə “Dövlət və süni zəka: Texnologiyadan strateji alətə” adlı panel müzakirə keçirilib. Həmçinin süni intellektin sosial ehtiyaclarının proqnozlaşdırılması mövzularında müzakirələr aparılıb.
İştirakçılar həm nəzəri, həm də praktiki bilik və bacarıqlarını paylaşmaq və inkişaf etdirmək imkanı əldə ediblər.
Proqram çərçivəsində müxtəlif komanda yarışları təşkil olunub, qaliblərə diplom və mükafatlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 11 İyun 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















